Azərbaycanda səhiyyə sahəsində insan
hüquqları: mahiyyəti və istiqamətləri
Müasir dövrdə tibbi hüquq sahəsində öyrənilən məsələlərdən biri insanın səhiyyə sahəsində hüququnun normativ qanunlarla təmin olunmasıdır. Bu sahə beynəlxalq və dövlətdaxili hüquqi aktlarla tənzimlənir.
Tibbi fəaliyyət sahəsində insan hüquqlarının təmin olunqmasının səviyyələri aşağıdakılardır:
- Beynəlxalq səviyyə;
- Ümumdövlət səviyyəsi;
- Yerli səviyyə.
Tibbi fəaliyyət sahəsində insan hüquqları aşağıdakı kimi təsnif edilir:
- Sağlamlığın qorunması hüququ;
- Sağlamlığa təsir edən amillər haqqında informasiya əldə etmək hüququ;
- Tibbi-sanitar yardım hüququ.
Sağlamlığın qorunması sahəsində əhalinin ayrı-ayrı qruplarının hüquqları:
- Ailə üzvlərinin hüquqları;
- Anaların və hamilə qadınların hüquqları;
- Yetkinlik yaşına çatmayanların hüquqları;
- Hərbi qulluqçuların hüquqları;
- Yaşlı insanların hüquqları;
- Əlillərin hüquqları;
- Pasiyentlərin hüquqları.
Azərbaycanda tibbi fəaliyyət sahəsində insan hüquqlarının təmin olunmasının istiqamətləri aşağıdakılardır:
- Normativ - hüquqi - vətəndaşların hüquqlarının reallaşması mexanizmini əks etdirən yuridik sənədlər;
- Təşkilati istiqamət;
- Maliyyə-iqtisadi;
- İnformasion istiqamət.
Azərbaycan Respublikası
Konstitusiyasında "Sağlamlığın qorunması
hüququ" bölməsi mövcuddur. Konstitusiyanın
digər bölmələrində "Yaşamaq
hüququna", "İstirahət hüququna",
"Sosial təminat hüququna dair maddələrində də
tibbi fəaliyyət sahəsində insan hüquqlarının
təmin olunması məsələlərinə
toxunulmuşdur.
Bundan başqa Azərbaycan
Respublikasında qəbul olunmuş aşağıdakı
qanunvericilik aktları mövcuddur:
1. "Əhalinin
sağlamlığının müdafiə olunması
haqqında" AR Qanunu (26 iyun 1997-ci il).
2. "Qan və onun komponentlərinin
donorluğu haqqında" Qanun (26 sentyabr 1996-cı il).
3. "İnsan orqanlarını və
(və ya) hüceyrələrinin köçürülməsi"
haqqında Qanun.
4. "Psixatrik yardım
haqqında".
5. Şəkərli diabetdən zərər
çəkən insanlara dövlət yardımı
haqqında qanunlar.
Göründüyü kimi,
tibbi fəaliyyət sahəsində insan hüquqlarının
təmin olunması Azərbaycan dövlətinin siyasətinin əsasını
təşkil edir. Bundan başqa, qeyri-dövlət təşkilatları,
xüsusilə, Heydər Əliyev Fondu bu sahədə
geniş fəaliyyət göstərir.
Azərbaycan tədqiqatçısı
Sevinc Budaqova özünün "Ümid qapısı, mərhəmət
ünvanı" adlı fundamental əsərində Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın hələ Heydər Əliyev Fondunun Prezidenti
olarkən, bu sahədə gördüyü tədbirlərdən
bəhs etmişdir: "Heydər Əliyev Fondunun fəaliyyətinin
əhəmiyyətli bir hissəsini də səhiyyə sahəsində
həyata keçirilən layihələr təşkil edir.
Tibb ocaqlarının, uşaq müalicə-profilaktika müəssisələrinin
yenidən qurulmasında, müasir avadanlıqla təchizatında
iştirak, xarici ölkələrdən mütəxəssislərin
yerli klinikalara dəvət olunmasına, treninqlərin
keçirilməsinə, həkimlərin mübadiləsinə
dəstək, dünyanın bir sıra aparıcı tibb
müəssisələri, səhiyyə şirkətləri
ilə əməkdaşlıq əlaqələrinin
inkişafı bu yöndə həyata keçirilən fəaliyyətin
ayrı-ayrı şaxələridir".
Müəllif daha sonra qeyd
edir ki, tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə
yüksəldilməsi, vətəndaşların
sağlamlığının etibarlı təminatı məsələləri
bütün zamanlarda dövlətin üzərinə
götürdüyü sosial öhdəliklər
sırasında mühüm yer tutur. Azərbaycan
Respublikasının Prezidenti Cənab İlham Əliyev Ulu
Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
strateji siyasət kursunu bu sahədə də layiqincə davam
etdirir.
Ötən müddətdə
səhiyyə sisteminin inkişafı - bu sahənin maddi-texniki
bazasının, kadr potensialının gücləndirilməsi
və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində
saxlanılmışdır. Prezident İlham
Əliyev ölkə həyatının digər sahələri
kimi, insanların sağlamlığında mühüm rol
oynayan səhiyyə ocaqlarının da inkişafına, bu sahədə
mövcud problemlərin tez bir zamanda aradan
qaldırılmasına çalışır. Dövlət büdcəsindən səhiyyəyə
ayrılan vəsaitlərin ildən-ilə
artırılması tibb müəssisələrinin fəaliyyətinin,
ümumilikdə, tibbi xidmətin çağdaş tələblər
səviyyəsinə qaldırılmasına yeni imkanlar
açır. Azərbaycan Prezidenti Cənab
İlham Əliyev çıxışlarında dəfələrlə
vurğulamışdır ki, "biz artan iqtisadi
imkanlarımızı, ilk növbədə, sosial sahələrin
inkişafına, o cümlədən, səhiyyənin problemlərinin
həllinə yönəltməliyik".
Səhiyyənin son illərdəki
əhəmiyyətli dərəcədə artan büdcəsinə
nəzər saldıqda, dövlət
başçısının verdiyi vədlərin real işə
söykəndiyi bir daha təsdiqlənir. Müstəqil
respublıkamız ötən illərdə səhiyyə sahəsində
həlledici uğurlara imza atmışdır. Respublika
Prezidentinin təşəbbüsü ilə son illərdə
Səhiyyə Nazirliyi tərəfindən ən vacib sahələr
üzrə - "Qanın, qan komponentlərinin donorluğu və
qan xidmətlərinin inkişafına dair Dövlət
Proqramı", "Hemofiliya və talassemiya irsi qan xəstəliyi
üzrə Dövlət Proqramı", "Xroniki böyrək
çatışmazlığı üzrə Tədbirlər
Proqramı", "Yoluxucu xəstəliklərin
immunoprofilaktikasına dair Tədbirlər Proqramı",
"Onkoloji xəstələrin həyati vacib şiş əleyhinə
preparatlarla təminatı üzrə Tədbirlər
Proqramı", "Ana və uşaqların
sağlamlığının qorunması haqqında Tədbirlər
Proqramı" hazırlanmış və Nazirlər Kabineti tərəfindən
qəbul edilmişdir.
Tibbi fəaliyyət sahəsində
insan hüquqları aşağıdakı etik prinsiplərə
əsaslanır:
- Pasiyentin sərbəst və
şüurlu qərarına hörmət edilməsi;
- Həkimi sərbəst seçmək
hüququ;
- İnsanın həyat və ləyaqətinə
hörmət edilməsi;
- Peşə sirlərinə və
özəl həyata müdaxilə edilməsi hüququna riayət
edilməsi.
Qanunvericilik pasiyentin
hüquqlarını müdafiə etmək üçün
ümumi (məhkəməyə müraciət) və
xüsusi üsullarını (müalicə-profilaktika müəssisəsinin
vəzifəli şəxsinə və müvafiq icra
orqanlarına müraciət) nəzərdə tutur.
AMEA-nın İnsan Hüquqları
İnstitutunun əməkdaşı Nərgiz Həsənova
Pasiyentlərin hüquqlarının müdafiəsi zamanı
dünya təcrübəsindən Azərbaycanın milli
spesifikliyini nəzərə almaqla istifadə etməyin zəruriliyini
göstərir: "Dünyanın hüquqi və mülki
inkişaf təcrübəsinin zənginliyi və müxtəlifliyi
respublikamız üçün adekvat olan pasiyentlərin
hüquqlarının müdafiəsinin dövlət və
qeyri-dövlət institutlarının modellərini tətbiq
etməyə imkan verir. Pasiyentlərin
hüquqlarının pozulmasının mənbəyi həkim
və pasiyent arasında yaranan münaqişədir.
Onları aşağıdakı konflikyaradıcı amillər
şərtləndirir:
- Həkimlərin peşəkarlıq
səviyyəsinin aşağı olması;
- Etik pozuntular;
- Müalicənin gözlənilən
nəticələrinin alınmaması;
- Təbabətin elmi-texnoloji və
infrastruktur imkanlarının çatışmaması.
Müəllif haqlı olaraq
bu sahədə milli Azərbaycan reallıqlarını nəzərə
alaraq Avropa təcrübəsindən istifadə edilməsini
tövsiyə edir. Böyük Britaniyada pasiyentlərin
hüquqlarını müdafiə edən iki institut
mövcuddur:
1. Sağlamlıq işləri
üzrə Parlament səlahiyyətləri olan dövlət
institutu;
2. Tibbi səhvlərin qurbanı
olanları müdafiə hərəkatının timsalında
qeyri-dövlət institutu. Bunlar tibbi fəaliyyət
sahəsində insan hüquqlarının müdafiəsini səmərəli
surətdə təmin edir.
A.D.Ramişvili, V.İ.Viter,
N.İ.Nevolin "Səhiyyədə müasir hüquq və
etika problemləri" məqaləsində Rusiyada tibbi
sığortanın etik aspektlərinə toxunaraq, həm də
tibbi yardımın əsas prinsiplərinin kobud
pozulmasını da diqqətə çatdırırlar:
- İnsan sağlamlığı və
yaşamaq hüququ;
- Seçim hüququ;
- Həkimin tibbi yardım göstərmək
obrazının pozulması;
- Sosial ədalətə riayət
edilməsi".
Müasir dövrdə Azərbaycanda
vətəndaş cəmiyyəti quruculuğu gedişində
mövcud səhiyyə sisteminin demokratikləşməsi və
bu sahədə qanunvericilik aktlarının təkmilləşdirilməsi
prosesi davam etdirilir.
Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə
təsdiq olunmuş "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)" və "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər Proqramı"na əsasən, ARDNŞ-in
maliyyə vəsaiti hesabına respublikamızın 10-dan
artıq bölgəsində beynəlxalq standartlara cavab verən
yeni müalicə-diaqnostika mərkəzləri inşa edilir.
Artıq Lənkəranda, Siyəzəndə, Şirvanda,
Naxçıvanda və Şahbuz rayonunda müasir tələblərə
cavab verən müalicə-diaqnostika mərkəzləri əhalinin
istifadəsinə verilmişdir. Azərbaycan
Prezidenti İlham Əliyevin bu müalicə-diaqnostika mərkəzlərinin
açılışında şəxsən iştirak etməsi
də, onun səhiyyə sisteminə yüksək
qayğısının əyani təzahürü kimi diqqəti
çəkir. Dövlət
başçısının tapşırığı ilə
bu diaqnostika mərkəzlərinin hamısında ən unikal
cərrahi əməliyyatların aparılması
üçün hər cür şərait
yaradılmış, məşhur Avropa, Amerika və Yaponiya
şirkətlərinin istehsalı olan qabaqcıl tibbi
avadanlıqlar quraşdırılmışdır.
Səhiyyəyə dövlət
qayğısının tərkib hissəsi kimi, Azərbaycan
Respublikası Prezidentinin 13 mart 2008-ci il
tarixli Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə
Klinikasının yaradılması haqqında Sərəncamı
da xüsusi əhəmiyyət kəsb edir. Son
illər ərzində Azərbaycan Tibb Universitetinin maddi-texniki
bazasının yaxşılaşdırılması istiqamətində
bir sıra əhəmiyyətli tədbirlər həyata
keçirilmiş, ölkədə tibb kadrlarının
hazırlanması səviyyəsinin yüksəldilməsi məqsədi
ilə bəzi tədris klinikaları
yaradılmışdır. Cərrahiyyə
kafedralarının Bakı şəhərinin müxtəlif
rayonlarının ərazisində yerləşməsi Azərbaycan
Tibb Universitetində bu ixtisaslar üzrə tədris prosesinin
normal təşkilində müəyyən problemlər
yaradırdı. Dövlət başçısı bu
problemləri həll etmək, bütün cərrahiyyə
kafedralarını bir mərkəzdə cəmləşdirmək,
nəticə etibarilə tədris prosesinin təşkilini
yaxşılaşdırmaq, həmçinin,
ixtisaslaşdırılmış tibbi təhsilin və tibb
elminin inteqrasiyasını təmin etmək, nəzəri
bilikləri praktik təcrübə ilə daha sıx əlaqələndirmək
məqsədi ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə
Klinikasının yaradılmasını qərara almış
və bu məqsədlə Azərbaycan Prezidentinin Ehtiyat
Fondundan zəruri maliyyə vəsaiti
ayrılmışdır.
Dövlət
başçısının 2007-ci ilin sentyabrında
imzaladığı Sərəncamla özünəməxsus ənənələri
ilə nəinki Azərbaycan tibb elmində, eləcə də,
keçmiş İttifaqda, Avropa və dünyanın ən
qabaqcıl uroloji klinikaları arasında yeri olan Respublika
Kliniki-Uroloji Xəstəxanasının yenidən qurulması
da səhiyyəyə göstərilən qayğının əyani
təcəssümüdür. Bu Sərəncama
görə, Azərbaycanda dünya səviyyəli böyrəkköçürmə
mərkəzi və uroloji klinikanın yaradılması,
bütövlükdə, transplantasiya elminin inkişafı
üçün tədbirlər planı nəzərdə
tutulmuşdur. Bu işlərin
görülməsinə və eyni zamanda, xəstəxananın
müasir avadanlıqla təchiz edilməsinə Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinə
6 milyon manal məbləğində vəsait
ayrılmışdır.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.-
2017.- 13 iyun.- S.15.