Azərbaycanda insanların hüquq
və azadlıqlarının təmin olunması dövlət
maraqları müstəvisində
Məlum olduğu kimi, maraqlar ictimai münasibətlərin xüsusi növü olub dövlət və insan münasibətlərində mühüm rol oynayır. Vətəndaş cəmiyyəti daxilində müxtəlif maraq və mənafeləri düzgün əlaqələndirməzdən, ictimai-siyasi gerçəkliklə sosial ədalət prinsiplərini ardıcıl surətdə bərqərar etmədən, hər hansı milli dövlət quruculuğundan danışmaq çətindir. Hüquqi dövlət milli-mənəvi simanın formalaşması, milli həyatın çoxcəhətli komponentlərinin inkişafı üçün mühüm məziyyətdir.
Tədqiqatçılar göstərirlər ki, hüquqi və milli-dövlət maraqlarının formalaşmasında dövlət və onun tələbatlarının ödənilməsi şəraitinin müəyyənləşməsində dövlətin xüsusiyyətləri həlledici rol oynayır. Fərdi və qrup şüuruna münasibətdə obyektiv olan dövlətə münasibətdə obyektiv olmaya da bilər.
Keçmiş sovet tədqiqatçıları və Azərbaycan alimləri millət və dövlətin eyni məna vermədiyini, onlar arasında fərqlər olduğunu, etnik-milli birliyin dövlət birliyilə üst-üstə düşmədiyini, milli və dövlət maraqlarının fərqləndiyini göstərmişlər.
Eyni zamanda, milli və dövlət maraqları arasında dərin qarşılıqlı əlaqənin mövcudluğu xüsusi nəzərə çatdırılır. Vətəndaş cəmiyyəti, sosial-mədəni və mənəvi həyat fəaliyyətinin təminatı onların yenidən təşkili və nəsildən-nəslə ötürülməsi sistemi ayrı-ayrı fərdlərin və kollektivlərin özünü reallaşdırması həm fərdi, həm də kollektivçilik və modemizm, yaxud azərbaycançılıq əsasında vahid ümumi təsəvvür tipini əsaslandırmaqla millətin və dövlətçiliyin bütün problemlərinin həll ediləcəyi fikrinə şübhə ilə yanaşır. Bu ideyanı qəbul etməyənləri zor gücünə inandırmağı isə o, kəskin tənqid edir: "Belə mühakimələrdə əsas məsələ unudulur ki, bu, ancaq həmin ümumi təsəvvürlər işdə millətin maraqlarını əks etdirərsə, baş verə bilər. Bu isə, o deməkdir ki, maraqların subordinasiyası, bütövlükdə və tamamilə şüurlu fəaliyyət sahəsinə aiddir və dövlət də idarəetmə və hakimiyyət sistemindən asılıdır. Bu zaman maraqların müxtəlif tərzcə dərk olunması səviyyəsi müxtəlif rol oynayır.
Azərbaycanda müasir hüquqi, milli-dövlət quruculuğu siyasətində "xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır" prinsipi həyata keçirilir. Dövlət müstəqilliyinin möhkəmlənməsinin əsas amili milli-dövlət maraqlarının ümummilli maraqlarla üst-üstə düşməsidir. Azərbaycanda dövlətçilik ənənəsi formalaşdırılmaqla yanaşı, dövlətçilik ideologiyası və dövlətçilik psixologiyası yaradılır.
Azərbaycan dövlətçiliyinin ən uğurlu fəaliyyətindən biri bütün dövlətlərlə bütün sahələrdə (siyasi, iqtisadi, mədəni-mənəvi) münasibətdə öz milli maraqlarından çıxış etməsidir.
Vətəndaş cəmiyyətinin və hüquqi-milli dövlətin formalaşması mərhələsində dövlətin ən mühüm funksiyalarından biri milli maraqları həyata keçirməkdən ibarətdir. Milli dövlətin yaranmasında ən mühüm amili isə milli mənlik şüurudur.
Akademik R.Mehdiyevin fikrincə, Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyası dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir ideyadır: "Azərbaycançılıq ideyalarının dərk olunmasının əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur və bu, nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların bir çox nəsillərinə xidmət edəcəkdir və müstəqillik, milli eyniyyət tezliklə həmin nəsillər üçün həyatı, azadlığı dərk etməyin ayrılmaz atributlarına çevriləcəkdir".
Ulu Öndər Heydər Əliyev azərbaycançılığı milli ideologiyanın əsası kimi Azərbaycan gerçəkliyində bərqərar olmasında və inkişafında müstəsna xidməti olan dövlət başçısıdır.
Şəxsi, fərdi, ictimai-milli və dövlət maraqlarının qarşılıqlı əlaqəsində şəxsi maraqlar cəmiyyət prizmasından keçir. Sovet dövründə ictimai maraqla dövlət marağı eyniləşdirilirdi. Əslində, ictimai maraqla cəmiyyət marağı eyni deyil. Sosial qrupun, ictimai birliyin, siyasi partiyanın, kollektivin marağı ictimai maraq kimi səciyyələndirilə bilər. Şəxsi və qrup maraqları da mövcuddur. Cəmiyyətin maraqları fərdi və ictimai maraqların nisbətini əhatə edir. Bu isə, artıq dövlət marağına da uyğun gəlir.
Dövlət maraqları cəmiyyətin, xalqın və millətin maraqlarını ifadə etdikdə bunları adekvat işlətmək mümkündür.
Azərbaycanda milli-dövlət maraqlarının gerçəkləşməsi prosesində "etnik-milli mənsubiyyətlə vətəndaşlıq, milli-dövlət mənsubiyyəti arasındakı fərqlər, bu fərqlərin fəlsəfi-etik və sosial-siyasi aspektlərdə dəyərləndirilməsi zərurəti" (S.Xəlilov) ön plana çəkilir.
Milli dövlət maraqları və insanların hüquqi statusu vəhdət təşkil etdikdə, onların hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Şəxsiyyətin hüquqi statusu dedikdə, onun hüquqi məsuliyyəti, dövlətin müəyyən etdiyi qanunlara riayət etməsi və cəmiyyətdə subyektin vəziyyətinin təsbit edilməsidir.
Şəxsiyyətin hüquqi statusunun nüvəsinə aşağıdakı komponentləri aid edirlər:
1. Hüquq və vəzifələr;
2. Qanuni maraqlar;
3. Hüquqi subyektiklik;
4. Vətəndaşlıq.
İnsan hüquqları universal, ümum-sosial anlayış olub şəxsiyyətin cəmiyyətdə dövlət tərəfindən təhlükəsizliyinin təmin olunması, şəxsiyyətin azadlığı sahəsində ümumbəşəri standartlar və tələblərin reallaşmasıdır.
İnsan hüquqlarına aşağıdakı əlamətlər xasdır:
1. Onlar insanın təbii və sosial mahiyyəti əsasında əmələ gəlir və inkişaf edir;
2. Dövlətin qəbul edib-etməməsindən asılı olmayaraq, obyektiv təşəkkül tapır;
3. İnsana anadan olduğu vaxtdan məxsus olur;
4. Təbii və ali
sosial dəyər kimi qəbul olunur;
5. Dövlət və şəxsiyyətin
qarşılıqlı münasibətlərinin
prinsip və normalarını özündə
əks etdirir;
6. İnsan hüquqlarının qəbul
olunması, müdafiə
olunması və ona riayət olunması dövlətin əsas vəzifəsidir.
Azərbaycan Respublikası
Konstitusiyasının 12-ci maddəsində
göstərilir: "İnsan
və vətəndaş
hüquqlarının və
azadlıqlarının, Azərbaycan
Respublikasının vətəndaşlarının
layiqli həyat səsiyyəsinin təmin
edilməsi dövlətin
ali məqsədidir".
Azərbaycanda insan hüquqlarının
təmin olunması dövlət siyasətinin
tərkib hissəsini təşkil edir.
Ümummilli Liderin insan hüquqlarının
qorunması, vətəndaş
cəmiyyəti quruculuğu,
demokratik inkişaf istiqamətində həyata
keçirdiyi siyasət,
Onun layiqli davamçısı Prezident
İlham Əliyev tərəfindən uğurla
inkişaf etdirilməkdədir. Bunu çoxlu
sayda imzalanan qərar və sərəncamlardan da aydın görmək mümkündür.
Prezident İlham
Əliyevin 2006-cı il dekabrın 28-də
Azərbaycan Respublikasında
insan hüquqlarının
müdafiəsi üzrə
Milli Fəaliyyət Planının təsdiq edilməsinə dair imzaladığı Sərəncam
mühüm əhəmiyyətə
malikdir. Sərəncamda Azərbaycanın müasir inkişaf dövründə hüquqi
dövlət quruculuğu
və insan hüquqlarının müdafiəsi
sahəsində səylərin
gücləndirilməsi dövlət
siyasətinin əsas istiqamətlərindən biri
kimi müəyyən
edilmişdir. Sərəncamda xüsusi vurğulanmışdır
ki, hazırda Azərbaycanın yaşadığı
yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi
sahəsində aparılan
ardıcıl islahatların
davam etdirilməsini şərtləndirir. Qarşıdan
gələn illər üçün Azərbaycan
Respublikasının normativ-hüquqi
aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin
edilməsi, beynəlxalq
təşkilatlarla yeni
əməkdaşlıq strategiyasının
hazırlanması və
həyata keçirilməsi,
dövlət orqanlarının
fəaliyyətinin insan
hüquqlarının təminatı
baxımından təkmilləşdirilməsi,
elmi-analitik işlərin
stimullaşdırılması, hüquqi maarifləndirmə
işinin genişləndirilməsi,
dövlətlə vətəndaş
cəmiyyəti arasında
qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsi
kimi vəzifələr
müəyyən edilir.
Respublikamızda gedən demokratikləşmə
prosesi, ictimai həyatın bütün
sahələrində aparılan
uğurlu islahatlar, beynəlxalq miqyasda əldə olunmuş nailiyyətlər insan hüquqları kimi həssas və daim konseptual yanaşmaların müəyyən
olunmasını tələb
edən sahədə tənzimləyici milli mexanizmlərin daha da təkmilləşdirilməsini
və ardıcıl tədbirlərin həyata
keçirilməsini vacib
edir. Bu baxımdan, dövlət
başçısının 27 dekabr 2011-ci il
tarixli Sərəncamı
ilə "Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin
səmərəliliyini artırmaq
sahəsində Milli Fəaliyyət Proqramı"nın
təsdiq edilməsi insan hüquqları sahəsində tədbirlərin
davamlılığının təmin olunması məqsədini daşıyaraq,
eyni zamanda, "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyasının hədəflərinə
yönəlmişdir.
Azərbaycan Parlamentinin
üzvü, hüquq elmləri doktoru, professor Aytən xanım Mustafazadə yazır:
"Onu da qeyd edək ki, insan hüquq
və azadlıqlarının
müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində
Milli Fəaliyyət Proqramında və "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyasında nəzərdə
tutulan istiqamətlər
üzrə Azərbaycanda
artıq bir sıra işlər görülmüşdür. Lakin ölkəmizdə
insan hüquqlarının
maksimum təminatına
maneə yaradan problemlər mövcuddur.
Bu maneələr beynəlxalq
hüququn ümumi qəbul edilmiş prinsiplərinə bütün
ölkələr tərəfindən
əməl olunmaması,
beynəlxalq qanunvericilikdə
müəyyən boşluqların
olması, yaxud da insan hüquqlarının
obyektiv qanuni əsaslardan daha çox subyektiv siyasi məqsədlərə
tabe edilməsinin nəticəsi kimi mövcud olan ikili standartlar vəziyyətinə münasibətdə
dünya ictimaiyyətinin
qəti mövqeyinin hələ də ortaya qoyulmamasının nəticəsidir. Məsələn, bu gün ərazi
bütövlüyünün pozulması, etnik separatizmin və terrorizmin yalnız konkret dövlət əleyhinə deyil, bütün bəşəriyyət
əleyhinə yönəldilmiş
cinayətlər kimi təsbit edilməsi, dünyada hüquqları ən çox pozulan insanların - qaçqın və məcburi köçkünlərin
status və problemlərinin
həlli məsələsində
açıq-aşkar boşluğun
olması həqiqətdir.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2017.- 17 iyun.-
S.15.