Azərbaycanda demokratiya insanların hüquq və azadlıqlarının etibarlı zəmanətçisidir

 

Məlum olduğu kimi, "demokratiya"nın qədim mənası "xalq hakimiyyəti" deməkdir. Demokratiyanın müasir tərəflərinin hamısı formaca müxtəlif olsa da, məzmun və mahiyyətcə qədim mənasını verir, insanın hüquq və azadlıqlarının təmin olunması ilə sıx əlaqədardır:

- Demokratiya forma və məzmunca xalqın hakimiyyətidir və hakimiyyətlə olan münasibətlərin məğzidir;

- Hakimiyyətin xalq ruhunda formalaşdırılması prosesidir;

- Bütün siyasi münasibətlərin formalaşması üçün universal fenomendir;

- Xalqın özünü siyasi baxımdan dərk etməsidir;

- Xalqın mədəni (yaradıcı quruculuq) əzminin əsasıdır;

- Xalqla dövlət arasındakı münasibətlərin ümumi əsasını formalaşdıran meyardır;

- Siyasi təşkilatlanma dəyəridir;

- Normayaradıcı meyardır;

- Norma tətbiqedici prosesdir;

- İdarəçilik nəzarətçilik formasıdır;

- Dövlətlə xalqı bir-birinə bağlayan mədəni vəhdət təşkil edən prosesdir;

- Siyasi sistem mexanizm yaradan vasitədir;

- Siyasi düşüncə, siyasi hüquqi status kriteriyasıdır;

- Dövlət-fərd, fərd-dövlət bağlılığı harmonik vəhdət kriteriyasıdır, fərdin hüquq siyasət, eləcə , mədəniyyət kriteriyasıdır-demokratiya mədəni akt olaraq dövlət cəmiyyəti, hakimiyyəti yaratmaq hakimiyyətdə təmsil olunmaq üçün haqlar müəyyən edir.

Demokratiya siyasi qurumların bütün formaları ilə müqayisədə üstünlüyə malik olan bir fenomendir. Qərb mədəniyyətçisi Robert Dahl demokratiyanın, bilavasitə insan hüquq azadlıqları ilə bağlı olduğunu göstərir: "Demokratiya öz vətəndaşları üçün qeyri-demokratik sistemlərin vermədiyi heç vaxt verə bilməyəcəyi hüquq azadlıqlara zəmanət verir. Demokratiya öz vətəndaşları üçün digər istənilən siyasi sistemə verə biləcəyindən daha geniş dairədə şəxsi azadlıqları təmin edir. Demokratiya insanlara öz təməl mənafelərini müdafiə etmək imkanı verir. Yalnız demokratik hökumət şəxsiyyətə öz müqəddəratını təyin etməsi, yəni onun özünün seçdiyi qanunlar üzrə yaşaması üçün maksimum şərait yaradır. Yalnız demokratik hökumət mənəvi məsuliyyətin üzə çüxması üçün maksimum imkanlar açır. Demokratiya insanın inkişafını digər istənilən sistemdən daha çox həvəsləndirir. Yalnız demokratik hökumət siyasi bərabərliyin nisbətən yüksək səviyyəsini təmin etməyə qabildir. Müasir nümayəndəli demokratiyalar bir-biriləri ilə müharibə etmirlər. Demokratik ölkələr qeyri-demokratik blkələrlə müqayisədə firəvanlığa daha çox meyillidir. Bütün bu üstünlükləri nəzərə almaqla, insanların çoxu üçün demokratiya onun alternativi olan istənilən siyasi sistemlə müqayisədə daha münasib variantdır".

Dünyanın demokratik ölkələri arasında ən önəmli yer tutan Azərbaycan Respublikası insan hüquq azadlıqlarının müdafiə olunduğu ən demokratik-hüquqi azad ölkədir.

Burada Azərbaycanın bütün vətəndaşları, həqiqi mənada, hüquq bərabərliyi, etik dini bərabərlik şəraitində yaşayırlar. Azərbaycanda insan hüquq azadlıqlarının təmin olunmasının demokratik cəmiyyət quruculuğunun banisi Ulu Öndər Heydər Əliyev demişdir: "Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir".

Ulu Öndər Heydər Əliyev demokratik cəmiyyətdə insanların hüquq azadlıqlarının pozulmasının qəti əleyhdarı kimi göstirirdi: "Hər bir fərdin hüququ qorunmalı təmin olunmalıdır, əgər insanların hüququ kütləvi surətdə pozulursa, hüquqları tapdalanırsa, bu məsələ daha çox diqqəti cəlb etməməlidir buna münasibət daha üstün xarakter daşımalıdır".

Ulu Öndər Heydər Əliyev Azərbaycanda demokratiyanın birdən-birə inqilabi yolla formalaşması inkişafının əleyhinə olub, bu sahədə təkamül yoluna üstünlük verirdi: "Bəziləri belə hesab edirlər ki, Azərbaycanda demokratiya Böyük Britaniyada, Fransada, yaxud ABŞ-dakı kimi olsun. Biz bu səviyyəyə çatmağa çalışırıq. Demokratiyanı bir-iki gündə əldə etmək mümkün deyil. Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik heç bir inqilabla olmur, təkamül yolu ilə tədricən gedir".

Azərbaycanda demokratiyanın, bütövlüklə, ictimai-siyasi tərəqqi kontekstində həyata keçirilməsi zərurətini dönə-dönə qeyd edən Heydər Əliyev bir dəfə xarici "məsləhətçilərə" "demokratiya alma deyil ki, onu bazardan almaq olsun" - dedi. Lakin həqiqətən, demokratiyanı bazardan almaq istəyənlər var. Bu gün onu xaricdən idxal etmək istəyənlər, inkişaf etmiş ölkələrdəki hazır demokratiya modellərini (bir çox "xarici müəllimlərimiz" onu hədiyyə etməyə hazırdırlar; əslində, bu modellərin bizə nəyin bahasına satıldığını ancaq dərindən düşünənlər dərk edə bilərlər) Azərbaycana köçürmək istəyənlər , Azərbaycanda "dibçək demokratiyası" yaratmağa çalışanlar da az deyil.

AMEA-nın müxbir üzvü C.Xəlilov yazır: "Ulu Öndər Heydər Əliyev, məhz ona görə yaradıcı dövlət başçısıdır ki, O, hətta ən mükəmməl demokratiya modellərinin belə qondarma transplantasiyasını inkar edərək, Azərbaycanın milli mentalitetinə dövlətçilik ənənələrinə söykənən canlı demokratik rejim qurmaq yolu seçmişdir. Demokratikləşmə prosesi ilə yanaşı, siyasi şüurun siyasi mübarizə mədəniyyətinin paralel surətdə inkişafı lazımdır. Birinci ikincini qabaqladıqca, siyasi şüurluluq siyasi aktivlikdən geri qaldıqda, anarxiya meyilləri əsl demokratiya meyillərini üstələyir. Son illərdə dövlət quruculuğunda demokratik prinsiplərin tədricən təmin olunması ilə yanaşı, ölkədə siyasi biliklərin siyasi mədəniyyətin inkişafı istiqamətində çox ardıcıl məqsədyönlü aparılır".

Azərbaycanda demokratik cəmiyyət quruculuğu kontekstində vətəndaş hüquq azadlıqlarının müharibə əsasında Azərbaycan dövləti bu sahədə müəyyən istiqamətlərdə mübarizələr həyata keçirilir. Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin aşağıdakı istiqamətlərini göstərir: "Ölkədə insan hüquq azadlıqlarının müdafiəsi təmin edilməsinin konstitusion əsaslarının normativ-hüquqi bazasının beynəlxlq standartlara müaviq olaraq yaradılması, Azərbaycan Respublikasının bu sahədə beynəlxalq konvensiya sazişlərə qoşulması;

- insan-vətəndaş hüquq azadlıqlarının təmin edilməsi sahəsində dövlətin normayaradıcı təşkilati fəaliyyətinin vəhdətinin təmin edilməsi;

- insan hüquqlarının müdafiəsi sahəsində milli mexanizmləri əhatə edən dövlət proqramlarının işlənilməsi onların həyata keçirilməsinin təmin edilməsi;

- ölkədə aparılan siyasi, hüquqi, iqtisadi sosial islahatların insan-vətəndaş hüquq azadlıqlarının müdafiəsi təmin olunmasına yönəlməsi;

- insan-vətəndaş hüquq azadlıqlarının təmin edilməsi sahəsində icraedici, qanunverici məhkəmə hakimiyyətlərinin fəaliyyətinin istiqamətləndirilməsi əlaqələndirilməsi, bu sahədə beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi;

- insan-vətəndaş hüquqlarının müdafiəsi təmin edilməsi sahəsində qeyri-hökumət təşkilatları ictimai birliklər şəbəkəsinin formalaşdırılması fəaliyyəti üçün əlverişli şəraitin yaradılması;

- vətəndaşların öz hüquq vəziyələrinin başa düşməsinə kömək etmək məqsədilə hüquqi maarifləndirmə proqramlarının həyata keçirilməsi s.".

Beləliklə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan insan hüquq azadlıqlarının demokratik cəmiyyət şəraitində müdafiə olunma siyasəti Onun layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə yaradılmış siyasi sabitlik şəraitində İlham Əliyevin prezidentliyi dövründə demokratiyanın yüksək vüsətlə inkişafı, o cümlədən, insan hüquq azadlıqlarının təmin olunması istiqamətində mühüm işlər görülmüşdür ki, bu da Azərbaycan Respublikasının beynəlxalq aləmdə imicinin artmasına səbəb olmuşdur.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2017.- 20 iyun.- S.13.