Leyla Əliyevanın təşəbbüsü
ilə Bakı Zooloji Parkında yenidənqurma işləri
başlayır
Heydər Əliyev
Fondunun vitse-prezidenti,
IDEA İctimai Birliyinin
təsisçisi və
rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə 80 ildən çox fəaliyyətdə
olan Bakı Zooloji Parkında yenidənqurma və bərpa işləri başlayır. Qeyd edək ki, Bakı
Zooloji Parkının təmiri ilə bağlı ətraf mühit və heyvanların qorunması üzrə fəaliyyəti
ilə seçilən
Leyla Əliyevaya şəhər sakinləri
tərəfindən çoxsaylı
müraciətlər ünvanlanıb.
AZƏRTAC xəbər verir ki, Leyla
Əliyeva iyunun 28-də
Bakı Zooloji Parkını bir daha ziyarət edərək buradakı mövcud vəziyyət və görüləcək
işlərlə tanış
olub. Həyata keçiriləcək təmir-quruculuq tədbirləri
çərçivəsində Zooloji Parkın ərazisinin genişləndirilməsi,
ziyarətçilər üçün
daha rahat məkana çevrilməsi,
heyvanların saxlanma şəraitinin yaxşılaşdırılması
və ərazidə müxtəlif əyləncə
obyektlərinin istismara
verilməsi nəzərdə
tutulub.
Yenidənqurma işləri nəticəsində
zooparkın ərazisi
iki dəfə genişləndiriləcək. Heyvanların öz arealına daha yaxın şəraitdə yaşamalarını
təmin etmək, həm də sakinlərin və şəhərimizin qonaqlarının
rahat və zövqoxşayan ziyarətlərini
təşkil etmək
məqsədilə zooparkda
daha təbii mühit yaradılacaq, müasir dizayn olunacaq.
Zoopark fiziki
qüsurlu şəxslərin,
həmçinin bütün
yaş qruplarından olan ziyarətçilərin
rahatlıqla istirahət
edəcəyi və maariflənəcəyi məkan
olacaq. Zooparkın əməkdaşları üçün
beynəlxalq təcrübəli
mütəxəssislər tərəfindən
təlimlər keçiriləcək.
Heyvanlar EAZA (Avropa Zoopark və Akvariumlar Assosiasiyası) standartlarına uyğun şəraitdə saxlanılacaq.
Heyvanların saxlandığı
qəfəslər (volyerlər)
hər növün özünəməxsus ehtiyacları
nəzərə alınaraq
hazırlanacaq və onların sahəsi genişləndiriləcək. Ziyarətçilər
heyvanların təbii
davranışlarını izləyə biləcək,
maarifləndirici tablo və materiallar əsasında oradakı müxtəlif heyvanlar barədə ətraflı
məlumat əldə
edəcəklər.
Zoopark cəmiyyətin
bütün hədəf
qrupları üçün
heyvanlar və təbii ekosistem, xüsusən Azərbaycanın
nadir təbiəti haqda məlumat əldə edə biləcəkləri tədris,
tədqiqat və konservasiya mərkəzinə
çevriləcək. Zooparkın
fəaliyyətində uşaqların
və gənclərin
təbiət və onun mühafizəsi haqqında biliklərinin artırılmasına yönələn
proqramların həyata
keçirilməsinə xüsusi
önəm veriləcək.
Zooparkın daxilində
azyaşlı uşaqlar
üçün ev heyvanlarından ibarət sevimli guşə (pet farm) və
kəpənəklər evi
də fəaliyyət
göstərəcək. Yaralı
və xəstə heyvanlar üçün xüsusi karantin zonası və reabilitasiya mərkəzinin
də tikilməsi nəzərdə tutulur.
Eyni zamanda,
Zooloji Parkın fəaliyyətinin səmərəliliyinin
artırılması və
ictimaiyyətlə əlaqələrin
təkmilləşdirilməsi məqsədilə yeni internet səhifəsi yaradılacaq.
Səksən ildən çox
Bakı sakinlərinin
və şəhərin
qonaqlarının xidmətində
olan Bakı Zooloji Parkı hər kəsi yenidənqurma işlərindən
sonra zooparkın fəaliyyətini sosial şəbəkələr, veb-səhifəsi
və mətbuatda izləməklə dəstək
olmağa, onun insan, təbiət və heyvanların bir araya gələcəyi bir məkana çevrilməsinin şahidi
olmağa dəvət
edir.
Səs-
2017.- 30 iyun.- S.13.