“Alman dili
və
ədəbiyyatı ilə
bağlı multikultural
və
transkultural tədqiqatlar” mövzusunda beynəlxalq konfrans keçirilib
Martın 3-də Bakı
Slavyan Universitetində (BSU) “Alman dili və ədəbiyyatı ilə
bağlı multukultural
və
transkultural tədqiqatlar” mövzusunda beynəlxalq konfrans keçirilib. BSU-nun Germanistika İnstitutunun təşkilatçılığı
ilə
baş tutan konfransın əvvəlində Azərbaycan
və
Almaniyanın Dövlət himnləri
səslənirilib.
Tədbiri giriş sözü ilə
açan Almaniyanın
Osvald fon
Volkenştayn cəmiyyətinin prezidenti, Vürsburq Universitetinin professoru Ziqlinde Hartman çıxışında
Germanistika İnstitunun
BSU-da yeni yaranmasına baxmayaraq böyük uğurlara imza atdığını
dilə
gətirib.
BSU tələblərinin alman
dilinə
olan marağını
yüksək
dəyərləndirən
Z. Hartman konfransın işinə uğurlar arzulayıb.
Çıxış edən BSU-nun rektoru,
professor Nurlana Əliyeva bildirib
ki, multikultural dəyərlərin önündə təhsil
və
elm gəlir:
“Düşünürəm
ki, belə konfranslar
gənclərimizin elm və
təhsil
sahəsində beynəlxalq
aləmə inteqrasiyasında böyük
rol oynayacaq. Elm və
təhsil
dünyanın mütərəqqi hissəsinin bir araya gəlməsinə
zəmin
yaradır. Dildən yaxşı ünsiyyət vasitəsi
ola bilməz. BSU-da gənclərin alman dili və ədəbiyyatını
dərindən mənimsəmələri
xalqlarımızın bir-birinə yaxınlaşmasının başlıca
şərtidir”.
Almaniyanın Azərbaycandakı
səfirliyinin
nümayəndəsi xanım Tereza Şönfeld səfirlik adından konfrans iştirakçılarını salamlayıb. O qeyd edib ki, yaxın
günlərdə səfirlik
tərəfindən almanların Almaniyadan Azərbaycana
köçürülməsinin
200 illiyi münasibəti ilə
böyük konfrans keçiriləcək. Səfirlik nümayəndəsi həmin
köçkünlərin
Şillerin, Hötenin
dilini Azərbaycana gətirdiyini, alman mədəniyyətinin, adət-ənənlərinin
burada inkişafına
rəvac
verdiyini bildirib. T.Şönfeld alman dilinin təkcə şeir sənət
dili olmadığını,
bu dilin həm
də
dünya iqtisadiyyatının
dili olduğunu qeyd edib.
Konfransda çıxış edən Türkiyənin
Marmara Universitetinin professoru
İclal Cankorel Bakıda olmağından məmnun
qaldığını deyərək konfransda
yüksək
səviyyəli mövzuların müzakirəsinin aparılacağını diqqətə çatdırıb. İ.Cankorel bu
mövzuların Mərmərə
Universitetində
də
daim müzakirə olunduğunu bildirib.
Alman Akademik Mübadilə
Xidmətinin
(DAAD) Bakı ofisinin rəhbəri Stephanie Dufaux Germanistikanın bu gün bir
çox ölkələrdə
inkişafda olduğunu
nəzərə çatdırıb. Bakı Slavyan
Universitetində
Germanistika İnstitutunun
fəaliyyətini xüsusilə
yüksək
qiymətləndirən S.Dufaux bu universitetdə 200-dən artıq
tələbənin alman dilini öyrənməsinin
bu dilə göstərilən diqqətin
sübutu olduğunu söyləyib.
DAAD tərəfindən keçirilən
dil kurslarında
BSU-nun alman dilini tədris
edən
müəllimlərinin və
bu dili öyrənən tələblərin
daim fəal olduğunu
qeyd edib.
Konfransda iştirak edən professor Vilayət Hacıyev dəvətə görə
təşəkkürünü
bildirib, bu konfransın alman ədib və
filosoflarının əsərlərinin dilimizə tərcüməsinə, ümumiyyətlə almanşünaslığa olan
diqqəti
artıracağını söyləyib.
BSU-nun Germanistika İnstitutunun
direktoru Sevinc Rzayeva konfransın alman modeli əsasında keçirildiyini vurğulayıb.S. Rzayeva bu
konfransın Azərbaycanda almanşünaslığın inkişafına təkan verəcəyini, ölkələrimiz arasında daha sıx münasibətlərin dərinləşməsinə müsbət
təsir
göstərəcəyini bildirib.
Zümrüd
Səs.-2017.- 4
mart.- S.7