“The
Washington Times”: “Azərbaycanın
xeyirxah xanımı”
“The Washington Times” qəzetində
“Caspian Group Holdings”in direktoru
Rob Sübhaninin “Azərbaycanın xeyirxah xanımı” sərlövhəli məqaləsi dərc
edilib. Materialda Azərbaycanın
birinci xanımı və
Birinci vitse-prezidenti Mehriban Əliyevanın yüksək insani keyfiyyətlərindən və
xeyriyyəçilik
fəaliyyətindən bəhs
edilir.
Müəllif Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın bu
yaxınlarda ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin
edilməsinin
mədəni, iqtisadi və
siyasi baxımdan əsaslandırılmış olmasından söhbət
açaraq “Azərbaycanın Şekspiri” Hüseyn Cavidin aşağıdakı
misralarını sitat
gətirir:
“Gəzdim,
dolaşdım, uğradım
hər
elə,
Mən böylə bir qadın görmədim
hələ.
Böyüklükdə, mərhəmətdə
seçilmiş,
Alicənablıq boyuna biçilmiş”.
Müəllif yazır ki, müsəlman
dünyasında qadınlar
gender bərabərliyi və
mühüm qərarlar qəbul
edilən
masa arxasında yer uğrunda mübarizə
apardıqları bir vaxtda Azərbaycan
bu yüksək vəzifəyə qadını
təyin
etməklə tarixi əhəmiyyətli sıçrayış
edib.“Belə bir islahatçının,
ağıllı və uzaqgörən
siyasi xadimin bu vəzifəyə təyin olunmasını nə üçün dəstəkləmək lazımdır?”, - deyə soruşan müəllif öz sualına özü cavab verir: Əgər biz islam
ekstremizmi problemini uğurla həll etmək istəyiriksə, onda müsbət və nikbin alternativlər tapmalı və onları
dəstəkləməliyik.
R.Sübhani vurğulayır
ki, xanım Əliyevanın uğurları bütün
müsəlman dünyasında
ibrət
götürülməyə layiq nümunə ola bilər.Ekspert yazır
ki, Mehriban xanım çox cəhətdən, mənsub olduğu millətinin əsas dəyərlərini özündə
cəmləşdirir. Adının
hərfi
mənası
“xeyirxah xanım” demək
olan Mehriban xanım dini tolerantlığın fundamental əsasını
təcəssüm etdirir. O, bütün
dinlərə münasibətdə tolerantlığın tərəfdarıdır. Azərbaycanda müsəlman,
xristian, yəhudi və digər
konfessiyaların nümayəndələri
dinc yanaşı və
həmrəylik şəraitində yaşayır. Məsələn,
yəhudi
icması Azərbaycanın paytaxtı Bakıda yeni sinaqoq tikilməsini qərara
alanda Mehriban xanım bu qərarı bütünlüklə
dəstəkləmişdi.Müəllif daha sonra Mehriban xanımın Heydər Əliyev Fondunun rəhbəri kimi xeyriyyəçilik
fəaliyyəti, o cümlədən Pakistanda zəlzələdən sonra bu ölkənin ucqar bir rayonundakı məktəbin bərpası
üçün yardım
etməsi
barədə yazır. Məqalədə, həmçinin
Merilend ştatının
Montqomeri dairəsində fiziki imkanları məhdud
olan uşaqlara xidmət
edən
və
Heydər
Əliyev Fondundan ianələr alan “Longview” məktəbində
xeyriyyə
aksiyasında Azərbaycanın birinci xanımının iştirak etməsi də qeyd olunur. Vaşinqtonun
ən yoxsul sakinlər yaşayan
məhəllələrindəki gənclər məktəbdə oxuduqları
son il ərzində təcrübə keçmək
üçün Mehriban
xanımın sayəsində təqaüd
alırlar. Bu layihə Heydər
Əliyev Fondu ilə Vaşinqtondakı
“Urban Alliance” təşkilatının
tərəfdaşlığı
nəticəsində reallaşdırılıb.R.Sübhani məqalənin sonunda yazır ki, Yaxın Şərqin
çox yerində qadın hüquqlarının
tapdalanması davam etdiyi bir vaxtda
Azərbaycanın
“xeyirxah xanımı”nın
Birinci vitse-prezident vəzifəsinə təyin
olunması Birləşmiş Ştatlar tərəfindən alqışlanmalı və dəstəklənməlidir.
Babanlı Yusif
Səs.-
2017.-8 mart.- S.8