İslam həmrəyliyi, təkcə müsəlman dünyası deyil, bütün dünya
üçün, dinlərarası dialoq və münasibətlərin yuksəlişi üçün gözəl imkan kimi dəyərləndirilməlidir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə
- 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilib. Bunun əhəmiyyəti barədə nə
deyə bilərsiniz?
-
Bismillahir-rəhmanir-rəhim!
İlk
növbədə onu qeyd edim ki, Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə "İslam
Həmrəyliyi İli" elan
olunması olduqca əhəmiyyətli və zamanın tələblərinə cavab verən mühüm, qlobal çağırışdır. Bu
qərarın
tarixi əhəmiyyətini şərtləndirən məqam ondan ibarətdir ki, bu gün dünyada ziddiyyətli proseslər, ayrı-ayrı bölgələrdə milli-mədəni və siyasi qarşıdurmalar,
islamofobiya, ksenofobiya halları,
terrorizm, separatçılıq, dindən sui-istifadə edərək münaqişələr yaratmaq kimi bəşər sivilizasiyasını təhdid edən hadisələr yaşandığı bir
dövrdə mədəniyyətlərarası dialoqa, dövlət xadimlərinin və aparıcı dünya dinlərinin həmrəylik və sülh
çağırışlarına ciddi zərurət duyulur.
Belə bir dövrdə bu ilin elan olunması faktının özü -
İlham Əliyev həzrətlərinə xas müdriklik, yüksək alicənablıq və böyük uzaqgörənliyin nümunəsidir. Zati-alilərinin zamana etdiyi mükəmməl çağırış
– bütün insanları İslamın mahiyyətindəki sülh, bərabərlik və mənəvi dəyərlərlə həmrəyliyə dəvət etməkdir! Bu dəvətin məqsədi islami həmrəyliyi lokal çərçivədə deyil, ümumbəşəri problemlər müstəvisində geniş müzakirəyə çıxarmaqdır.
Dünyamızı sarsıdan problemlərin əksəriyyətinin mənəvi səciyyə daşıdığı
bir dövrdə insanlar arasında mənəvi telləri möhkəmləndirmək, onları ümumbəşəri önəm kəsb edən islam
idealları ətrafında bir araya gətirmək məramlı bu
çağırış, həqiqətən, böyük təqdirə layiqdir.
Çoxmillətli və çoxkonfessiyalı dövlət olan müasir Azərbaycan Avropa və Qərb dövlətləri ilə əməkdaşlığa önəm verdiyi kimi, eyni zamanda. İslam aləmi ilə
qarşılıqlı faydalı münasibətlərə malikdir. Əminik ki, Azərbaycan Respublikası Prezidentinin səyləri ilə İslam mədəniyyətinin təbliği və təşviqi, milli-mənəvi ənənələrin qorunması, İslam
dininin mütərəqqi mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən misilsiz işlər parlaq bir nümunə olacaqdır.
-
“İslam həmrəyliyi ili”nin elan olunması və bu kontekstdə ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi digər dinlər arasında münasibətlərin tənzimlənməsi və həmrəyliyin təmin olunması
baxımından hansı əhəmiyyətə malikdir?
- İslam bütün sülhsevər səmavi, ənənəvi dinlərin ideya və prinsiplərinə ehtiramla yanaşır və onlarla dialoq, əməkdaşlığa önəm verir. Möhtərəm dövlət
başçımızın İslam həmrəyliyi
ideyasına istinadı da məhz
İslamın bu səciyyəvi cəhətindən
qaynaqlanır. Prezidentimizin qlobal səviyyədə İslami həmrəylik ideyası digər səmavi dinlərlə sülh naminə birliyə
çağırışı ehtiva edir.
Bu baxımdan, İslam həmrəyliyi, fəqət, təkcə müsəlman dünyası deyil,
bütün dünya üçün, dinlərarası dialoq və münasibətlərin yuksəlişi üçün
gözəl imkan kimi dəyərləndirilməlidir.
Dini ideyaların qarşıdurma və münaqişələr üçün istifadəsinə yol verilməməsinin zəruri olduğu indiki dönəmdə İslam həmrəyliyi İslamı terrorla
eyniləşdirən, islamofobiyaya rəvac verən, müsəlman miqrantlara qarşı ayrıseçkilik
nümayiş etdirən, İslama qarşı çirkin gözdənsalma kampaniyası aparan,
İslam dünyası daxilinə nifaq salmaq istəyənlərə cavab olaraq İslamın əsl, mütərəqqi mahiyyətinin təbliği üçün imkan,
fürsətdir.
-
2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dünyaya mühüm bir
mesaj olmaqla yanaşı, Azərbaycanın tolerant ölkə olduğunu,
xalqımızın multikultural dəyərlərin
daşıyıcısı kimi çıxış etdiyini
bir daha nümayiş etdirdi. Bəs İslam həmrəyliyi nümunəsi dünyaya
hansı mesajları verəcək?
-
Multikulturalizm ümumbəşəri sərvət, İslam həmrəyliyi isə onun ayrılmaz parçasıdır. Azərbaycanın liderinin
elan etdiyi istər
Multikulturalizm, istər
İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl,
dəyərli töhfəsidir. Şərq-Qərb dialoquna qlobal əhəmiyyətli
iqtisadi layihələri ilə töhfələr verən
Azərbaycan öz
uğurlu birgəyaşayış
modelini də
bütün dünyaya təqdim
edir.
Biz hesab edirik ki, müasir dövrdə milli və dini zəmində baş verən münaqişələrə qarşı ənənəvi dinlərin sülh, ədalət, mənəvi-əxlaqi prinsipləri ilə yanaşı, dünyanın
Azərbaycanın
uğurlu birgəyaşayış modelindən istifadə etməsi məqsədə müvafiq olardı. Bu bir mədəniyyətdir,
həyat tərzidir. Ümummilli liderimiz Heydər
Əliyevin təbirincə desək, yüksək tolerantlıq
yüksək mədəniyyətin
təzahürüdür.
Dünya
iqtisadi böhran, siyasi gərginlik, mənəvi səciyyəli problemlər yaşadığı bir dövrdə Azərbaycan Prezidenti bütün
bunların fövqündə dayanmaq qüdrəti nümayiş etdirərək, Azərbaycandan bütün dünyaya
multikulturalizm ideyalarını təbliğ edir, millətlər, dinlərarası dialoqu təşviq edir, ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə
çağırışlarını bəyan edir.
Heç
şübhəsiz, İslam Həmrəyliyi ili bizə, həmçinin, Qarabağ
problemimizin ədalətli həlli ilə bağlı
çağırışlarımızı dünya ictimaiyyətinə çatdırmaq
üçün imkan yaradacaqdır. Ümidvarıq ki, Azərbaycanda Prezidentimiz İlham Əliyev cənabları tərəfindən elan olunmuş İslam həmrəyliyi ili
İslamın mütərəqqi ideallarının dünyanın mənafeyi naminə daha artıq xidmət etməsinə zəmin olacaq. İnanırıq
ki, Azərbaycan
multikulturalizm sahəsində olduğu kimi,
İslam həmrəyliyi istiqamətində də öz örnəyini meydana qoyacaqdır, inşallah.
- Rəhbərlik etdiyiniz Qafqaz Müsəlmanları İdarəsinin “İslam həmrəyliyi ili”ndə hansı tədbirlər həyata keçirəcəyi nəzərdə tutulur?
- İlk
öncə onu qeyd edim ki, Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə "İslam
Həmrəyliyi İli" elan
olunmasını İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan, Qafqaz müsəlmanları yuksək dəyərləndirirlər.
Bölgənin tarixi islam
dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi hazırda öz missiyasına uygun fəaliyyətini məhz bu prioritet məqam üzərində qurur. Əlbəttə, il ərzində bu istiqamətdə xeyli işlər görüləcək. İl boyunca
ölkə daxilində, müxtəlif bölgələrimizdə
geniş tədbirlər nəzərdə
tutulmuşdur. Ölkə xaricində
bu dəyərli ideyanın təbliği məqsədilə
Rusiya, Türkiyə,
Gürcüstan, İran, Mərakeş,
Finlandiya, Şimali Qafqaz respublikalarında beynəlxalq əhəmiyyətli
tədbirlər keçirməyi
planlaşdırırıq. Bu tədbirlərdə Azərbaycanda
yaşayan müxtəlif
dini icma başçılarının iştirakı nəzərdə
tutulur.
İlk
olaraq, Azərbaycanda 2017-ci ilin İslam həmrəyliyi ili elan olunması
çərçivəsində bu ilin mart ayının 15-də Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Respublikası Dini
Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə «İslam həmrəyliyi — zamanın çağırışı»
mövzusunda Beynəlxalq Konfrans keçirəcəkdir. Konfransda 15 ölkədən 30-dək
xarici qonağın, mötəbər din, elm və siyasət xadimlərinin iştirakı
gözlənilir.
Azərbaycanda İslam Həmrəyliyi ili
çərçivəsində keçiriləcək ilk mötəbər konfransın təşkilatçısı olaraq bunun qürur və məsuliyyətini tam dərk edirik. Konfransın qəbul edəcəyi dünya ictimaiyyətinə Müraciət vasitəsilə Azərbaycanın dövlət
başçısının bu qlobal əhəmiyyətli qərarının mahiyyətini
və
dünya üçün xeyirlərə vəsilə olacaq məqamlarını xüsusən təşviq etmək niyyətindəyik.
- Ötən ilin ilin yanvar ayının
15-də
Bakıdakı Heydər məscidində ölkə müsəlmanları məzhəbindən asılı olmayaraq ilk dəfə bir araya gələrək eyni vaxtda, bir sırada vəhdət namazı qıldılar və bu, ənənəyə çevrilərək digər məscidlərdə də tətbiq olunmağa
başladı. Bunun İslam həmrəyliyi
kontekstində əhəmiyyəti
və dəyərini necə
qiymətləndirirsiniz?
- Azərbaycan dünyada nadir məkanlardandır ki, dini və məzhəb ayrıseçkiliyinə yol verilmir, burada şiələr və sünnilər eyni məsciddə bərabər ibadət imkanına malikdirlər. Tarixən
formalaşmış bu ənənə Azərbaycanda
indi də davam edir.
Azərbaycanın
bir sıra məscidlərində — istər Bakıda, məsələn
Əjdərbəy məscidində, istərsə bölgələrdə, məsələn, Göyçayda, Xaçmazda,
Qubada müxtəlif
məzhəbdə olan dindarlar birlikdə namaz
qılırlar. Bu, bizim həyat tərzimizdir
və biz bununla
qürur duyuruq. Bu, eyni zamanda, müdrik
dövlətçilik
siyasətinin bəhrəsidir.
Hər iki məzhəbi təmsil edən Qafqaz Müsəlmanları İdarəsi də hər zaman bu istiqamətdə təbliğat işi aparır. Məsələn, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası ilə
ilə bərabər hazırladığımız hicri təqvimində azan vaxtlarının hər iki məzhəb üçün uyarlı,
ortaq məqamda göstərilməsi, Aşura günlərində qana ehtiyacı olan xəstələr üçün qanvermə aksiyalarına hər iki məzhəbdən olan insanların
qatılması, Məhərrəm ayının təziyə mərasimlərində sünni məzhəbindən olan din xadimlərinin iştirakı, Bakı İslam Universitetində hər iki məzhəbdən olan tələbələrin tədris prosesinin məzhəb ayrıseçkiliyi olmadan
həyata
keçirilməsi və s. . Qafqaz Müsəlmanları İdarəsi olaraq, ibadət proseslərinin, mərasimlərin məhz bu şəkildə - heç bir məzhəb təəssübkeşliyinə yol vermədən keçirilməsini təlqin edirik. Bu təşviqə uyğun olmayan davranış
nümayiş etdirən
din xadimləri
İdarədaxili
qanunlar çərçivəsində cəzalandırılırlar. Allah qarşısında hamımız bərabərik.
İslam
dəyərlərinə müstəsna qiymət verən ilk dövlət rəhbərimiz olmuş Ulu Öndər Heydər
Əliyev vaxtilə Təzəpir məscidində dindarlarla görüşü zamanı «Allahın
Yolunda bir olaq» deyə çağırış etdi. Azərbaycançılıq
məfkurəsinin müəllifi olan Ulu Öndər bizi məzhəbindən
asılı olmayaraq birlikdə
olmağa çağırdı. Ümummilli
mənafelərimiz, dövlətçiliyimizin
maraqlarımıza xidmət
edən bu bərabərlik bizi səfərbər
etdi.
Namazda bir olmaq, mənəvi həyatda birlik olmağa dəvət kimi düzgün qəbul edilməli, xalqa da bu şəkildə
çatdırılmalıdır. La ikrahə fid-din — Dində məcburiyyət yoxdur - İslamın məhək prinsiplərindəndir. Bu
baxımdan bir məzhəbin digərinin arxasında
namaz qıldırılmağa məcbur
edilməsi istər şəri, istərsə də
dünyəvi
qanunlara («Dini etiqad azadlığı haqqında» AR Qanununa)
ziddir. Könüllü olaraq olursa, bu, Azərbaycanda illərlə formalaşmış, zamanla ənənə
halını almış məzhəblərarası yaxınlaşmanın bariz
nümunəsi kimi təqdirəlayiqdir.
Şükürlər olsun ki, məzhəbi vəhdətin, mənəvi birliyin nadir nümunəsini ölkəmizdə yaşamaq və bəyan etmək imkanımız
mövcuddur. Bunu dəyərləndirmək,
qoruyub, gələcək nəsillərə ötürmək zəruridir.
- Azərbaycanda din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasəti və bu istiqamətdə mövcud durumu necə səciyyələndirmək olar? Azərbaycanda dini etiqad
azadlığının təmin
olunması, həmçinin
insanların öz ibadətlərini sərbəst şəkildə yerinə yetirməsi müsbət nümunə kimi göstərilir. Buna paralel olaraq ibadət
yerlərinin təmiri və yenidən bərpası, yeni məscidlərin istifadəyə verilməsi
də təqdirəlayiq haldır.
Bu barədə nə deyə
bilərsiniz?
-
Din-dövlət münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur və hal-hazırda bu siyasət Prezidentimiz İlham Əliyev cənabları tərəfindən yüksək
səviyyədə davam və inkişaf etdirilir. Fəxrlə deyə bilərik ki, milli və mənəvi dəyərlərinə sadiq, demokratik, dünyəvi Azərbaycan — din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğu nümunəvi dövlət modelidir.
Azərbaycanda dini mərkəz olaraq QMİ ilə Azərbaycan Respublikası Dini
Qurumlarla iş üzrə Dövlət Komitəsi arasında xüsusən son illər ərzində olduqca məhsuldar əməkdaşlıq münasibətləri formalaşıb ki, bu da son
nəticədə, din-dövlət münasibətlərinin yüksək səviyyəyə yüksəlməsinə və dini-mənəvi həyatın daha təkmil olmasına şərait yaradır. Dini Komitə, habelə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə həyata keçirdiyimiz tədbirlər, layihələr dindarlar tərəfindən layiqincə dəyərləndirilir.
Ulu
öndərin başlatdığı ali mənəviyyat yolu, əlhəmdülillah, davam edir! Azərbaycanda dini məbədlər — məscidlər, kilsə, sinaqoq və digər mənəvi məkanlar dövlətimizin
maddi, mənəvi yardımıyla təmir, bərpa olunur, yeniləri inşa edilir,
Tolerantlıq ənənələrimizin, mədəni-mənəvi irsimizin təblığində Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Mehriban xanım Əliyevanın milli və bəşəri dəyərlərə dünya miqyasında ali himayəsi ən yüksək qiymətə layiqdir.
Zati-aliləri Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban
xanım Əliyevanın dəstəyi ilə hər zaman təbliğ edilən və dünyaya
multikulturalizmin
nümunəsi kimi təqdim olunan Azərbaycan modeli dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına,
qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqinə və təkamülünə öz töhfəsini
verməkdədir.
Ölkəmizdə dini icmalar öz fəaliyyətlərini sərbəst həyata keçirir, dövlətin
qayğı və yardımı sayəsində ərsəyə gəlmiş yeni məscidlərdə, bərpa olunmuş və yenidən qurulmuş ibadətgahlarda ibadətlərini yerinə yetirir, qanunla təsbit olunmuş hüquqlarından yararlanırlar. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi kimi hiss edir, dövlətin diqqətini, qaygı və himayəsini, maddi yardımını
eyni dərəcədə üzərlərində hiss edirlər. Dindarlar
dövlətin diqqətindən, dövlət
başçımızın yürütdüyü siyasətdən, dini dəyərlərə
olan özəl
ehtiramından razıdırlar.
Dövlətimizin dini maarifləndirmə işinə böyük diqqətini xüsusi minnətdarlıqla vurğulamaq istərdim. Dini məzmunlu kitabların
çapı, ənənəvi mənəvi dəyərlərimizin
təbliği ən yüksək səviyyədə dəstəklənir. Bu
yaxınlarda 7 mədrəsənin – dini kollecin dövlət qeydiyyatına
alınması islami dəyərlərin tədrisinə verilən önəmin göstəricisi oldu.
Biz ümumbəşəri dəyərlərə ehtiram göstərən, eyni zamanda, öz qədim tarixi milli-mənəvi, dini dəyərlərinə sahib çıxaraq, onu
dünyaya təqdim edən xalqın nümayəndələriyik. Bizim amalımız bütün
dünyada sülh və
sabitliyin, rifah və
tərəqqinin bərqərarı naminə Uca Yaradanımızın bizlərə təlqin
etdiyi şəkildə dünya
nizamının bərqərarı işinə öz xoşməramlı töhfəmizi verməkdir. Bu
baxımdan, Azərbaycan dövlətinin, onun liderinin dünyada bizə böyük ehtiram
qazandıran qlobal təşəbbüs və səylərinə görə, habelə Azərbaycanda həyatın bütün sahələrində olduğu kimi, dini-mənəvi dəyərlər sahəsinə göstərilən diqqət, qayğı və himayəyə görə dindarlar adından minnətdarlıq bildirmək istərdim.
Vəs-səlamu əleykum və rəhmətullahi
və bərəkatuhu!
Səs.-
2017.-16 mart.- S.-8-9