1918-ci il 31 Mart Soyqırımından 99 il keçir
1917-ci il oktyabr çevrilişi rus müstəmləkəçilərinə yeni qüvvə verdi. Qafqaz cəbhəsindən Rusiyaya
dönən rus döyüşçüləri bolşeviklərin fitnəkarlığı sayəsində öz yollarını
Bakı istiqamətinə saldılar. Daxil olduqları bölgələrdən
Azərbaycan kəndlərinə hücum edir,
talançılıqlar törədirdilər. Rus əsgərləri aclıq və təcrid
içərisində olduqlarından
Bakı Sovetinin qulluğunda olmağı əsas tuturdular. Başqa bir səbəbdən isə, Qafqaz cəbhəsindən qayıdan rus qoşunları öz
silah və hərbi sursatını erməni və gürcülərə, eləcə də, Bakı bolşeviklərinə verdiyindən azərbaycanlılar düşmən qarşısında əliyalın
qalmışdı.
Bolşeviklər və erməni əsgərləri Bakıda özlərini hərbi cəhətdən möhkəmləndirmək üçün yeni bir addım atmağı qərara aldılar. 1917-ci ilin
dekabrında Qafqaz ordusunun II diyar qurultayında Q.Korqanovun
başçılığı altında
yaradılmış Hərbi
İnqilabi Komitə
Tiflisdən
çıxarılaraq, Bakıya köçürüldü. Bundan əlavə, 1918-ci il
yanvarın sonunda Qırmızı Ordunun və donanmanın Balı Sovetinə tabe edilməsi haqqında qərar verildi. Ter-Stepanov,
Mirzoyan, Afanasev və
Trexovdan ibarət
Qırmızı Ordunun qərargahı
yaradıldı. 1918-ci il martın ilk
günündə milis dəstələri Bakı Sovetinin nəzarətinə keçdi. Ter-Qabraelyan Şəhər İdarəsinin
rəisi təyin oldu.
XIX-XX əsrlər arasında çox hissəsi Qərbi Azərbaycan ( indiki Ermənistan adlanan ) yalnız İrəvan quberniyasının ərazisində 407,4 min nəfər əhali yaşayırdı ki,
bunun da 250 min nəfərdən çoxu azərbaycanlılardan ibarət idi. 1918-ci ildə azərbaycanlıların sayı
575 min nəfər təşkil
edirdi.
Daşnak partiyası "Böyük Ermənistan"ın
yaradılması məqsədilə Azərbaycan və Gürcüstana qarşı müharibə aparmağa
başlamışdı. XX əsrin
əvvəllərindən
başlayaraq, ardıcıl olaraq tarixi Qərbi Azərbaycan
ərazisinə ermənilər xarici ölkələrdən
kütləvi surətdə köçürülməyə başladı. Qafqazın cənubunda
indiki Ermənistan
dövlətinin
yaradılması üçün aborigen azərbaycanlıların Qəbi Azərbaycanın ən qədim ərazilərindən - ata-baba
yurdlarından qovulmaları, onların deportasiya prosesi məqsədyönlü şəkildə həyata keçirilib.
1905-1907-ci
illərdə çar Rusiyasının
hakim dairələri tərəfindən müdafiə olunan və hərəkətə gətirilən erməni millətçiləri azərbaycanlılara qarşı genişmiqyaslı qətllər və vəhşiliklər törətdilər. Yüzlərlə yaşayış məntəqələri dağıdıldı,
minlərlə azərbaycanlı erməni terrorunun
qurbanı oldu. Tarixi Azərbaycan
torpaqları olan Zəngəzur, Göyçə, Sisyan və digər torpaqlar sovet rəhbərliyinin əli
ilə Ermənistana verildi. Dağlıq Qarabağa xaricdən
köcürülmüş ermənilərə muxtariyyət
verildi və gələcəkdə qanunsuz ərazi iddiaları
üçün zəmin
hazırlandı. 1948-1953-cü illərdə ermənilər yenə də SSRİ rəhbərliyinin qərarı ilə dövlət səviyyəsində azərbaycanlıların öz
tarixi əraziləri olan Qərbi Azərbaycandan bütöv şəkildə deportasiyasina nail oldular. Bu
gün həmin hadisələrdən 99 il keçir.
Azərbaycan Xalq Cumhuriyyəti 1920-ci il
bolşevik qüvvələri və XI Qırmızı Ordunun köməyi ilə hakimiyyətdən salınıb, ərazini işğal etdilər. Bu, 1915-ci il
mart hadisələrində özünü göstərmişdir. Qanlı
cinayətə V.İ.Leninin
silahdaşı S.Şaumyan başçılıq edirdi.
Azərbaycanda
hökmranlığa can atan V.İ.Lenin daşnak qüvvələrin həyata keçirdiyi vəhşiliklərdən xəbərsiz deyildi.
Bununla
kifayətlənməyən daşnak Şaumyan və onun işğalçı dəstəsi rus dəniz qüvvələrinin
Xəzər
donanmasındakı dənizçilərini də qırğına cəlb edə bilmişdi. 1918-ci ildə Azərbaycan Milli Ordusunun
yaranması çətinliklə başa gəlirdi. Əvvəla azərbaycanlılardan ibarət milli hərbi hissələr yox idi. Çünki
I Dünya müharibəsində türk-müsəlman xalqları, o
cümlədən, azərbaycanlılar səfərbərliyə
alınmırdı. Bu dövrdə müsəlmanlardan ibarət yeganə silahlı dəstə Lənkəranda yerləşən "Dikaya diviziya" nın
(vəhşi
diviziya) süvari polku idi ki, onlar az olmaqla bərabər, həm də pis
silahlanmışdılar.
Daşnak qüvvələrindən ibarət xüsusi dəstələr 1918-ci ilin yanvarında etibarən Salyana və Lənkərana basqınlar edərək, yolda müsəlman kəndlərini yandırır və talayırdılar. Astara topa
tutularaq darmadağın edilib və
kəndlər xarabaya
çevrilirdi.
Bakıda azərbaycanlılara qarşı soyqırımına
başlamaq üçün bəhanə tapıldı.
H.Z.Tağıyevin
faciəli şəkildə həlak olmuş oğlu Məhəmmədin dəfn mərasimində iştirak edən “Dikaya diviziya”nın bir qrup
əsgər və zabiti “Evelina” gəmisindən Lənkərana qayıtmaq istədikdə, bolşeviklər tərəfindən tərksilah edilməsi əhalinin mübarizliyini son həddə çatdırdı. Əhali tələb edirdi ki, silahlar geri
qaytarılsın. Bolşeviklər
bu tələbin yerinə yetiriləcəyini vəd
etdilər. Lakin bunun əksinə olaraq, martın
30-da başlanacaq döyüşlərə
başçılıq etmək
üçün Bakı Sovetinin İnqilabi Müdafiə Komitəsini yaratdılar.
Komitəyə S.Şaumyan, A.Çaparidze, Q.Korqanov, İ.Suxartsev,
S.Sarksyan və M.Yolçiyan daxil oldular.
Lakin gəmidəki müsəlman əsgər və zabitlər ultimatumu rədd etdilər.Bu hadisələrin törədilməsi üçün ermənilər şantaj və təxribat metoduna əl atdılar. Bakıda 1918-ci
il mart qırğınına başlamaq üçün erməni daşnakları şayiə
yaydılar ki, H.Z.Tağıyevin Lənkəranda xidmət edərkən, təsadüfən aldığı güllə yarası nəticəsində həlak olan oğlunun dəfnində iştirak edən müsəlman əsgərləri guya Lənkəran ruslarına (malakanlara)
hücum edib, onları qıracaq. 1918-ci il
martın 30-u sübh çağı erməni-rus birləşmələri gəmi və təyyarələrdən şəhərin müsəlmanlar yaşayan hissələrini (İçərişəhər, Kubinka, Güllüdərə) bombardman etdilər.Silahlı erməni əsgərləri, eləcə də, Bakıda yaşayan erməni ziyalıları da Sovet dəstələri tərəfindən döyüşlərə daxil oldular.
Erməni daşnak təxribatı və fitnələri ilə dənizdən rus hərbi gəmiləri əhalinin yaşadığı müsəlman məhəllələrini toplardan atəşə tutdular. Ermənilər rus dənizçilərini inandıra
bilmişdilər ki,
guya müsəlmanlar
rusları qırıblar. Dənizçilər gördülər ki, bu ermənilərin təxribatıdır.
Onlar atəşi
dayandırdılar.Bakıda erməni
və bolşevik dəstələri
əhalini atəşə tutmaları nəticəsində, azərbaycanlılar
müqavimət
göstərə bilmədilər. Silahlı hərbi
daşnak birləşmələri evlərə soxularaq
qadınları, körpələri və qocaları misli
görünməmiş
vəhşiliklə qətlə
yetirirdilər.
Erməni
quldur dəstələri məhəllələrə soxularaq əhalini
öldürür, onları xəncər və süngülərlə doğrayır,
yandırılmış evlərə uşaqları
atır, südəmər uşaqları
süngülərin
ucuna keçirirdilər.
Hadisələrin ilk vaxtlarında
torpağa 57 müsəlman
meyiti basdırıldı. Onların qulaqları,burunları
qoparılmış,qarınları yırtılmış,əzaları kəsilmişdi. Kimsəyə rəhm
edilmirdi. Uşaqlara rəhm edilmədiyi
kimi, qocalara da aman yox idi. Məsələn
Əlizadə
Hacı Əmirin evində
80 yaşlı anası və
60-70 yaşlı qadınları öldürülmüş,
25 yaşındakı gəlini
isə diri-diri divara
mismarlanmışdı. Erməni vəhşilikləri yalnız bir yerdə dəhşətli şəkildə qətlə yetirilmiş- qulaqları,burunları kəsilmiş, qarınları
yırtılmış 37 müsəlman qadınının meyiti
tapılmışdı.
Erməni dəstələrindən biri müsəlman evlərinə soxularaq, 8 qadın və uşağı güllələmişdi. Başqa bir erməni quldur dəstəsi Fars küçəsində Bala Əhməd Muxtarovun evinə soxularaq, 9 azərbaycanlı ziyalını küçəyə çıxararaq, kilsə meydanında güllələmişdir. Bakıda
xalqımıza aid binalar, milli rəmzlər,mədəniyyət
ocaqları dağıdıldı və yandırıldı. Qadınların saçlarını bir-birinə bağlayaraq,
üryan (çılpaq) halda küçəyə
qaçmağa sövq edir, digərlərini tüfəng qundaqları ilə vururdular. Üç gün ərzində Bakıda 17 minə qədər
azərbaycanlı qətlə yetirildi. “Kaspi”,
“Açıq söz” qəzetlərinin redaksiyası, eləcə də, Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası
yandırıldı.Bakıda bolşevik və erməni daşnakları tərəfindən qırgın 3 gün davam
etdi.
Mart hadisələrinin hansı səbəblərlə və məqsədlərlə baş verməsi bolşevik mətbuatında , siyasi liderlərin
çıxışında, eləcə də, Şaumyanın 13 aprel
BXKS-nin çağırılmış tarixi məruzəsində daha ətraflı şərh edilir. O yazırdı ki,
“biz döyüşlərdə parlaq nəticələr əldə etmişik. Düşmən tamamilə
məhv
edilmişdir”. O, "Daşnaksütyun"
Partiyasının köməkliyi ilə müsəlman
“əksinqilabının”
ləvğ
edilməsindən, Bakını “Azərbaycan xalqının
paytaxtına çevirmək, xülyasına düşən”
müsavatçıların və digər müsəlman milli cəmiyyətlərinin dağılmasından
sonra bolşeviklərin Bakıya tam sahib olduğunu bilirdi.
Ermənilərin törətdikləri mart hadisələri yalnız Bakı ilə qurtarmadı. Erməni bandaları 1918-ci
ilin aprelindən hərəkətə gələrək Şamaxıda,
Quba-Xaçmazda, Lənkəranda, Hacıqabul və Salyanda cinayətlər və
qırğınlar törətdilər.
Daşnak
Amiryan və Lalayanın başçılığı ilə Şamaxının
bütün müsəlman əhalisi qılıncdan keçirildi və 7 min nəfərədək adam,o
cümlədən, 1653 qadın və 965 uşağı qırdılar. Erməni quldurları bu ərazinin 40-a yaxın kəndini
darmadağın etdilər.
Ərazidə yaşayanların ucdantutma qırılması, hamilə qadınların
qarınlarının yırtılması, qızlaın vəhşicəsinə təhqir olunması, diri-diri
yandırılması və bütün bunlar daşnaklar arasında “bəzi haqsızlıqlar”
adlandırıldı. Fövqəladə İstintaq
Komissiyasının sənədlərində
qeyd edilir ki, təkcə yanvarda Bakıdan Mədrəsəyə 16 araba silah gətirilmişdir. Bakı Soveti və
onun daşnak üzvləri
matın ortalarında Şamaxıya 2 min erməni əsgəri, 60 araba silah gondərmişdilər.
Sənəddə göstərilir: "çoxlu uşaq
və
qadınları məsciddə gizlətmiş
Axund Molla Cəfər öldürüldü. Erməni azğın əsgərləri
məscidə soxularaq, axundu
tapıb onun gözlərini
çıxartdılar, dilini, burnunu və
qulaqlarını kəsdilər, üzünün
və
başının dərisini
soydular və
güllələdilər. Axundun evində
və məsciddə olan bütün
qadınları öldürdülər”.
Erməni quldur dəstələrinin başçısı
S.Şaumyan tərəfindən xüsusi səlahiyyət alan Amazasp
Quba qəzasına 1918-ci ilin aprelində
hücuma keçərək, 122 müsəlman kəndini dağıtdırmış, yüzlərlə və ləzgi əhalisi qılıncdan
keçirilmişdir.
Lənkəranda 2 minlik erməni ordusunun həyasızlığı o dərəcəyə çatmışdır ki,
burada olan gürcülər silaha sarılaraq, soyğunçuluğun
qarşısını almışdı. Bakıda və qəzalarda xalqımıza
qarşı düşünülmüş
soyqırımı siyasətində erməni kilsəsi yaxından
iştirak etmişdir.Ermənilər Bakı qırğınından doymayaraq Lənkəranda, Quba-Xaçmazda ən əsası isə, Ağsu və Şamaxıda dəhşətli qətllər törətdilər. Yalnız Gəncədə Nəsib bəy Yusifbəylinin fitnəkarlığı nəticəsində, 118 və 119 rus alayları tərk-silah olunaraq qovulduğu
üçün, eləcə də, Şəmkirdə yerləşən rus ordusundan ələ keçirilən silahlar Gəncə əhalisinə paylandığına
görə, ermənilərin azərbaycanlılara silahlı
basqın etməyə gücü çatmadı. Bakı əhalisi də təcavüzə məruz qalmaqda idi. Erməni daşnak dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda,
Muğanda, Qubada 50 mindən çox adamı qətlə yetirib, on minlərlə adamı torpağından
didərgin
salıblar.
Azərbaycanın tərkib hissəsi olan Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə 1988-ci ildən başlanan
separatçılıq hərəkatı, işğalçılıq müharibəsi, etnik təmizləmə Azərbaycana qarşı cinayətkar siyasətin növbəti mərhələsidir. Hazırda Azərbaycan ərazisinin 20%-i erməni işğalı
altındadır.Bir milyondan çox insan öz yurdundan didəgin salınıb, 50 mindən çox adam
əlil olub,
877 şəhər və kənd qarət edilərək, dağıdılıb. Xocalı
soyqırımının XX ildönümü haqqında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamında qeyd edilir ki, Azərbaycan xalqının tarixinə 1992-ci il
fevralın 25-dən 26-na keçən gece Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına
zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı
alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək, azərbaycanlılara qarşı
soyqırımı aktını törətmişlər.Bir neçə saat ərzində 613 soydaşımız, o
cümlədən, 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətə yol verilmişdir. Həmin kütləvi qırğın vaxtı
8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən,130 uşaq valideynlərinin birindən məhrum olmuş, 487 dinc
Xocalı əhalisi ağır yaralanmış və 1275 nəfər girov
götürülmüşdür. Girov
götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum
deyil.
Əgər bizə 1918-ci ilin mart qırğını barədə danışılsaydı,
çox güman ki, Xocalıda və digər bölgələrdə yeni faciələrlə üzləşməzdik. Bu tarixi yaddaşın
zaman-zaman unutdurulmasının nəticəsidir. Bakı qırğınından sonra ermənilər dünyaya həyasızcasına
bildirdilər ki,
Bakıda “çevriliş” olub. Uzun illər bolşeviklər və sovet tarixçiləri bu hadisələri “Vətəndaş müharibəsi” kimi qələmə
verməyə başladılar.
Əslində, bu, azərbaycanlılara qarşı vəhşi daşnak
soyqırımı idi.
Firudin
Cümşüdlü
Səs.-
2017.- 29 mart.- S.11