"Heydər
Əliyev və Azərbaycan mədəniyyəti"
mövzusunda II Respublika
Elmi Konfransı keçirilib
Bu gün AMEA Nizami
adına Ədəbiyyat
İnstitutu və Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzinin birgə təşkilatçılığı
ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə
həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”
mövzusunda II Respublika
Elmi Konfransı keçirilib.
Trend-in məlumatına
görə, tədbirdən
öncə konfrans iştirakçıları Fəxri
Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını
ziyarət ediblər.
Konfransı Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti,
akademik Akif Əlizadə giriş sözü ilə açaraq ümummilli lider Heydər Əliyevin şərəfli
həyat yolundan bəhs edib. Sonra AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Heydər
Əliyevin azərbaycançılıq
təlimində ədəbiyyat
və incəsənət
məsələləri” adlı
məruzə ilə çıxış edib.
H.Əliyevin böyük şəxsiyyətini,
Azərbaycan xalıqının
taleyində və tarixindəki misilsiz xidmətlərini diqqətə
çatdıran akademik
İsa Həbibbəyli
Ulu öndərin azərbaycançılıq təlimindən
bəhs edib, ədəbiyyat və incəsənətin inkişafı
üçün göstərdiyi
qayğı və diqqətdən söz açıb.
Daha sonra AMEA-nın
İctimai Elmlər Bölməsinin akademik-katibi,
akademik Nərgiz Axundova, Riyaziyyat və Mexanika İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin rəhbəri,
akademik Teymur Bünyadov, Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev çıxış edərək
Heydər Əliyevin həyat və fəaliyyətindən, keçdiyi
şərəfli mübarizə
yolundan, Ulu öndərlə bağlı
xatirələrindən danışıblar.
Konfrans bölmələr
üzrə işini davam etdirib.
Tədbirdə həmçinin, ümummilli lider Heydər Əliyevin şərəfli həyat
yolunun, onun mükəmməl və müdrik siyasətinin nəticəsi olaraq respublikamızın qazandığı
uğur və müvəffəqiyyətləri, dövlətçiliyimiz yolunda
misilsiz xidmətlərini,
elm, ədəbiyyat, incəsənətin inkişafı üçün göstərdiyi diqqət və qayğını əks etdirən təqdimatlar nümayiş
etdirilib. Konfransda ümummilli lider Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri,
həmçinin Ulu öndərin müəllifi
olduğu və ona həsr olunmuş
kitablardan ibarət sərgi təşkil olunub.
Sonda Ədəbiyyat
İnstitutunun Elektron konfrans zalında tədbirin yekun yığıncağı keçirilib,
konfransın işi yüksək dəyərləndirilib.
Səmərəli keçən
konfransda iştirakçılara
“Heydər Əliyev” döş nişanları
təqdim edilib. Tədbirdə ən yaxşı
9 məruzə sahibinə
AMEA-nın vitse-prezidenti,
Nizami adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəylinin və Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki
Mərkəzin direktoru,
siyasi elmlər üzrə fəlsəfə
doktoru Asif Usubəliyevin imzası ilə diplomlar təqdim olunub. Həmçinin konfransın
təşkil edilməsində
fəal iştirak edən əməkdaşlar
xüsusi sertifikatlarla
mükafatlandırılıblar.
Səs.-
2017.-4 may.- S.14.