Ulu öndər Heydər
Əliyevin ömür yolu Azərbaycan tarixinin şərəfli
bir hissəsidir
“Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli
Məclisin deputatı Cavid Qurbanov
- Cavid müəllim, mayın 10-da Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 94-cü
ildönümü tamam olur. Hər il 10 may tarixi ölkəmizdə
böyük təntənə ilə qeyd edilir. Ümummilli
liderimizin Azərbaycan dövləti və xalqı
qarşısında misilsiz xidmətləri haqqında fikirlərinizi
bilmək istərdik...
- Bu günlərdə Azərbaycanda və Azərbaycan
həqiqətlərinin tanındığı hər yerdə,
azərbaycanlıların kompakt yaşadığı xarici
ölkələrdə Ümummilli lider Heydər
Əliyevin anadan olmasının
94 illiyi ilə bağlı tədbirlər keçirilir. Bu da
təsadüfi deyil. Bu gün təkcə Azərbaycan
və Azərbaycan xalqı üçün deyil, bütün
türk dünyası üçün tariximizin ən əlamətdar
günlərindən biridir. Ümummilli liderimiz, dünya siyasətinin korifeylərindən biri, dahi dövlət adamı Heydər
Əliyevin həyat və fəaliyyəti tariximizə məhz
şərəf salnaməsi kimi daxil olmuşdur. İndi hamımızın mübarizə
yoluna və ölməz ruhuna
güvənc yeri kimi
baxdığımız Ulu
öndərimiz yeni Azərbaycanın
yaradıcısı və qurucusudur.
Heydər Əliyev öz tükənməz
enerjisini son damlasına kimi xalqın, millətin yolunda istifadə
etməklə, iyirminci əsrdə ikinci dəfə
qazandığımız
müstəqilliyi qoruyub-saxlamaqla, Azərbaycan həqiqətlərini
dünyaya çatdırmaqla xalqın Ümummilli liderinə
çevrildi. Belə insanlara tarixi şəxsiyyət
deyirlər. Ona görə yox ki, tarixin hansısa zaman kəsiyində
yaşayıblar, ona görə ki, belə şəxsiyyətlər
həm də öz titanik fəaliyyətləri ilə tarix
yaradırlar - Vətən tarixini. Həyatı və fəaliyyəti
ilə Azərbaycanın şərəf tarixinin qızıl
səhifələrini yaratmış böyük Heydər
Əliyev kimi.
Bir anlığa iyirminci əsrin 90-cı illərinə
qısa ekskurs edək. Onda
ölkə idarəolunmaz bir həddə çatmış,
bütün sütunlar laxlamışdı. O illər ölkənin
tarixində çox ağır bir dövr idi. Azərbaycanın
iqtisadiyyatı dağıdılmış, dövlətlərarası
münasibətləri tamam pozulmuşdu. Ölkəmiz bir
dövlət kimi dünyanın siyasi xəritəsindən
silinmək təhlükəsi ilə üz-üzə
dayanmışdı. Bunun səbəbi aydın idi. Siyasi
səriştəsi olmayan insanlar ölkəni özlərinin
maraq paliqonuna çevirmişdilər. Belə bir şəraitdə
cəmiyyət siyasi hakimiyyətin dəyişməsini tələb
edirdi. O zaman ölkənin bir qrup vətənpərvər
ziyalısı Yeni Azərbaycan Partiyasının
yaradılması zərurətini başa düşdü və
bu təşəbbüslə çıxış etdi. 21
noyabr 1992-ci ildə partiyanın təsis konfransı
Naxçıvanda keçirildi və Heydər Əliyev
yekdilliklə partiyanın Sədri seçildi. Ondan sonra siyasi hadisələrin necə cərəyan
etdiyini, cənab Heydər Əliyevin xalqın təkidi ilə
Azərbaycanın siyasi rəhbərliyinə qayıtması
ilə ölkəni sürükləndiyi uçurumdan necə
xilas etməsinin hamımız yaxşı bilirik.
Çünki biz bu yaxın keçmişimizin canlı
şahidləriyik.
- Ulu öndər Heydər Əliyev 1993-cü
ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə
qayıtdı. Sizcə, bu qayıdış Azərbaycana nə
verdi?
- Ulu öndərin 15 iyun
1993-cü ildə yenidən ölkənin siyasi rəhbərliyinə
qayıtması ilə respublikamızda xaosun qarşısı
alındı. Siyasi kurs müəyyən olundu, iqtisadi əlaqələr
genişləndi, mədəni dəyərlərin qorunması
istiqamətində mühüm addımlar atıldı,
ölkənin həyatında yeni bir ab-hava yarandı. Təsadüfi
deyil ki, məhz həmin gün Azərbaycanın tarixinə
Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyevin o
tarixi qayıdışı nəticəsində Azərbaycan
bir dövlət kimi məhv olmaq təhlükəsindən,
hansısa dövlətlərin müstəmləkəsinə
çevrilməkdən qurtuldu.
O tarixi qayıdış olmasaydı, bu gün
ölkəmizin taleyinin necə olacağı barədə
düşünmək çox çətin olardı. O tarixi
qayıdış olmasaydı, Azərbaycan xarici düşmənlərin
və daxili riyakarların maraq dairəsində parçalana
bilərdi.
Uzun illər imperiya siyasəti altında yaşamağa
məhkum olanlardan biri kimi Azərbaycan xalqı
azadlığın dadını əsrin əvvəlində
daddığından, onun bu istəyi daha güclü idi. Həqiqətən
də “Bir kərə yüksələn bayraq bir daha enməz”.
Bu azadlıq bayrağı yenidən Azərbaycan
səmasında dalğalanmağa başladı. 28 may 1918-ci
ildə yaranan Müstəqil Azərbaycan dövlətinin
varisi kimi, 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən
öz müstəqilliyinə qovuşdu. Ümummilli lider Heydər
Əliyevin xalqımız qarşısında xidmətləri
böyükdür. Amma onun ən böyük xidməti Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin qorunub
saxlanılmasını təmin etməsi idi.
Bütün bunlar asanlıqla başa gəlmirdi. Ölkədə normal
iş və yaşayış atmosferi bərqərar olana kimi
Ümummilli liderimiz gecəli-gündüzlü
çalışdı.
İndi dövlətimizin daxili və xarici siyasətinin
uğurla həyata keçirilməsi ölkədə Heydər
Əliyev ideyalarının yaşamasının nəticəsidir. O bilirdi və həmişə
xüsusi olaraq qeyd edirdi ki, iqtisadiyyatı güclü olan
dövlət hər şeyə qadir olacaq. Ona görə də
ümummilli lider iqtisadiyyatın dirçəldilməsinə
xüsusi önəm verirdi.
1994-cü ilin oktyabr ayında dünyaya səs salan
«Əsrin müqaviləsi” kimi nəhəng bir layihəni həyata
keçirmək üçün ancaq Heydər Əliyev iradəsi
lazım idi.
O iradə ki, zaman-zaman insanların düşüncəsində
əfsanəyə, nağıla çevrilənləri
reallaşdırdı. Xalqın oğlu xalqın yüz illər
sonrakı taleyini həll etmək üçün çiynini ağır bir
işin altına verdi.
Heydər Əliyevin fiziki yoxluğundan əziyyət
çəksək də, onun ideyalarının Azərbaycanda
hakim olması bizə təskinlik verir. Bu gün ölkəmizdə
onun yarımçıq qalmış arzularını
xalqımız Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin başçılığı altında
reallaşdırır. İndi Azərbaycanın
haqq səsi dünyanın ən yüksək tribunalarından
eşidilməkdədir. Biz buna Heydər Əliyev siyasi xəttinə
sadiq qalmağımızla nail olmuşuq. Ölməzlik
budur.
Öz həyat və fəaliyyəti ilə ölməzlik
zirvəsinə yüksələn Heydər Əliyevin
keçdiyi ömür yolu bizim üçün zəngin həyat
məktəbidir. Bu ömrün hər anından bizim
öyrənəcəyimiz çox şeylər var.
Çünki o böyük insanın ömür yolu Azərbaycan
tarixinin şərəfli bir hissəsidir. Biz
o tarixi öyrənməli və bizdən sonra gələn nəsillərə
çatdırmalıyıq. Bizdən sonra
gələnlər də bilməlidirlər ki, Azərbaycanın
dünyanın hegemon dövlətləri ilə bir sırada
dayanması, beynəlxalq qurumlara tam hüquqlu üzv olması,
haqq səsimizin beynəlxalq kürsülərdən
eşidilməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin
nəticəsidir.
Azərbaycan tarixinə qızıl hərflərlə
yazılmış bir dövr var. Bu dövr 1969-2003-cü illəri
əhatə edir. Həmin illər ölməz bir
insanın Vətəninə, xalqına xidmət göstərdiyi
illərdir. O illərdə tarixə yazılan hər səhifə
xalqımızın həyatında yeni bir eraya çevrildi.
1969-1999-cu illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi
və hərtərəfli inkişaf dövrü adandırmaq
olar. Məhz
bu illərdə istehsalatda əsas fəaliyyətlə
yanaşı,
14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və
bunlar dəmir yolunun bütün sahələrini əhatə
etmişdir. Təkcə bir faktı demək
lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə
verilən mühüm obyektlərin böyük əksəriyyəti
məhz onun təşəbbüsü və ciddi nəzarəti
sayəsində istismara verilmişdir. Böyük öndərin
qayğısı ilə dəmir yolunda həyata vəsiqə
alan yenilikləri sadalamaqla qurtarmaq olmaz.
Sovetlər Birliyində rəhbər vəzifədə olarkən
uzaq Sibir torpaqlarında inşa edilən Baykal-Amur
Magistralı, eləcə də Azərbaycan BAM-ı adlanan
Yevlax-Balakən yolu
Heydər Əliyevin birbaşa qayğısı ilə
çəkilmişdir. Ulu öndərimiz Azərbaycanın dəmir
yolu haqqında bildirib: “Dəmir
yolu sahəsinin Azərbaycanda dərin kökləri və
böyük ənənələri var. Dəmiryolçular həmişə
çox itizamlı olublar. Dəmir yolunun
özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var
idi ki, saatları həmişə dəmir yolunun saatları ilə
düzəldirdilər. Çünki dəmir
yolunun saatı həddindən artıq dəqiq işləyən
saat idi”.
1970-ci ildən
1988-ci ilədək üç nəfər dəmiryolçu-maşinist
Qəzənfər Əliyev, qazançı Qənbər
Balayev və qatar tərtibatçısı Danil Bondaryova
Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ad
verilmiş, 21 nəfər Lenin ordeni, 241 nəfər
"Qırmızı Əmək Bayrağı", 302 nəfər
"Şərəf Nişanı", 27 nəfər "Xalqlar
Dostluğu" ordeni, 24 nəfər "Oktyabr
İnqilabı" ordeni ilə təltif olunmuşdur. Cəmi 843 dəmiryolçu ordenlərlə, 380 nəfər
isə medallarla təltif olunmuşdurlar.
Böyük azərbaycanlı olan Heydər Əliyevin “Mən
həmişə fəxr etmişəm, bu gün də fəxr
edirəm ki, mən azərbaycanlıyam” sözləri bu
gün Vətənini, torpağını sevən hər kəsin
həyat kredosuna çevrilib.
-
Hazırda Azərbaycanda Heydər Əliyev siyasi kursu
uğurla davam etdirilir. Bütün sahələr,
o cümlədən Azərbaycanın dəmir yolu nəqliyyatı
indi özünün sürətli inkişaf mərhələsindədir.
Bu barədə nə deyə bilərsiniz?
- Ulu
öndər Heydər Əliyev tərəfindən təməli
qoyulan və ölkə başçısı İlham
Əliyev tərəfindən uğurla davam etdirilən irihəcmli
islahatlar, bütün sahələrdə olduğu kimi, dəmir
yolu nəqliyyatında da
uğurla həyata
keçirilir. Hazırda “Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tarixində
yeni era başlayıb. “Azərbaycan Dəmir Yolları”
QSC müxtəlif beynəlxlaq layihələrin fəal
iştirakçısı olmaqla, onların həyata
keçirilməsinə də ciddi yanaşır. Bu yöndə XXI əsrin
əsas tikintilərindən olan və təkcə üç
xalqı və üç ölkəni deyil, həmçinin
onlarla xalq və ölkə arasında körpü rolunu
oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti
bağlantısının reallaşması istiqamətində
işlər sürətlə davam edir. Bu il
bağlantının istismara verilməsi gözlənilir.
Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının
Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə
artıq bəzi sınaqların keçirilməsinə
başlanıb. Bağlantının
Gürcüstan hissəsindən Türkiyə sərhədinə
kimi dizel ilə işləyən lokomotivlərin bir neçə
dəfə sınağı keçirilib. Butun yol boyunca lokomotivlər maneəsiz hərəkət
edə bilirlər. Qeyd edək ki, Azərbaycan
Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinə
qoşulmaqla gələcəyə hesablanmış daha bir
addım atdı.
Azərbaycanın
xüsusilə önəm verdiyi beynəlxalq nəqliyyat layihələrindən
biri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2015-ci
ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin
Azərbaycan Respublikasının ərazisindən keçən
hissəsində işlərin sürətləndirilməsi
haqqında” imzaladığı Sərəncama uyğun olaraq,
Astara stansiyasından İİR sərhədinədək 8,3
km uzunluğunda yeni dəmir yolu xətti çəkilib, Astara
çayı üzərindəki dəmir yolu
körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə
sınaq qatarı sərhədi yeni
tikilmiş körpü vasitəsilə keçib.
Son iki il ərzində tranzit potensialının
artırılması istiqamətində olduqca uğurlu
addımlar atılıb. 2015-ci il avqustun
3-dən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunu
fəaliyyəti canlandırılıb. Artıq bu marşrut üzrə bir
neçə qatar yola salınıb.
13 may
2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin
“Vikinq qatarı” layihəsinə qoşulub. “Viking
train” layihəsi 3 ölkə - Litva, Belarus və Ukraynanı əhatə
etməklə yüklərin Baltik dənizi hövzəsindən
Qara dəniz hövzəsinə daşınmasını əhatə
edir.
Son vaxtlar
dəmir yolunda ən müasir standartlara cavab verən
texnologiyaların tətbiq olunması dövrü başlayıb. Enerji təchizatının
sabit cərəyandan dəyişən cərəyana
keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi
üzrə avadanlıqların alınması, yol təsərrüfatının
sağlamlaşdırılması, lokomotiv və vaqon
parklarının yenilənməsi və s. sahələrin
müasir tələblər səviyyəsinə
çatdırılması üzrə bir sıra mühüm
tədbirlər həyata keçirilib.
Bakı sərnişin
vağzalında aparılan əsasalı təmir işləri islahatlar
prosesinin əsas tərkib hissələrindəndir. Vağzalın əsas
binasının fasadı, memarlıq üslubunun saxlanması
şərtilə, yenidən qurulub, vağzal binasının
daxilində tam yenidənqurma işləri görülüb. Bilet kassaları, saxlama kameraları, sərnişin
platformaları müasir üslubda əsaslı təmir olunub,
eskalatorlar yenisi ilə əvəzlənib.
Bakı və
Sumqayıt şəhərləri arasında mövcud olan sərnişin
sıxlığını, eləcə də avtomobil yolunda
olan tıxac problemini aradan qaldırmaq üçün bu iki
şəhər arasında bir zamanlar mövcud olan dəmir
yolu əlaqəsini yaratmaq zamanın tələbi idi. Bunun
üçün, ilk növbədə, dəmir yollarının əsaslı
təmirinə ehtiyac var idi. 3 mart 2015-ci ildə
Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63
km uzunluğunda baş yolların əsaslı təmirinə
start verildi, centyabrın 2-də işlər başa
çatdırıldı.
Onu da qeyd edək ki, hələ 13 may 2015-ci ildə
Bakıda “Stadler Rail Group” şirkətindən
KİSS markalı 5 ikimərtəbəli elektrik
qatarınin alınması
üzrə saziş imzalandı və artıq qatarların beşi də Bakı-sərnişin
stansiyasına gətirilib.
2015-ci il
sentyabrın 12-də Bakı sərnişin stansiyasında
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən
ilk sərnişin qatarının yolasalma mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
mərasimdə iştirak etdi.
“Azərbaycan Dəmir
Yolları” QSC-də gedən yeniləşmə prosesinin əsas
tərkib hissələrindən biri yolların əsaslı təmiridir.
2015-ci ilin oktyabr ayında təmir işlərinin növbəti mərhələsinə
start verilib, bu günə kimi 200 km-dən artıq dəmir
yolu əsaslı təmir edilib. Bununla
yanaşı sərnişin – Pirşağı – Sumqayıt
istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolu təmir
olunur.
Son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi
istiqamətində də mühüm addımlar atılır. Qazaxstandan 10 ədəd
teplovozun alınması üçün müqavilə
imzalanmışdır. Artıq
teplovozlardan hamısı ölkəmizə gətirilib.
Eyni zamanda “Azərbaycan Dəmir
Yolları” QSC ilə Rusiya Federasiyasının F. Dzerjinski
adına “Uralvaqonzavod”
Elmi-İstehsal Korporasiyası arasında 3100
müxtəlif təmayüllü yük vaqonunun
alınması ilə bağlı müqavilə
imzalanmış, qısa müddət ərzində yeni yuk vaqonları ölkəmizə
gətirilmişdir.
Hazırda Bakı-Böyük-Kəsik istiqamətində
elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı
dartı sisteminə keçirilməsi mərhələlərlə
icra olunur. Dəmir yollarının
avtomatlaşdırılmış işarəvermə
sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən
idarə edilməsi ilə əvəzlənməsi işləri
davam etdirilir.
- Cavid
müəllim, hazırda dəmir yolu sahəsində hansı
yenidənqurma işləri həyata keçirilir?
-
2016-cı il oktyabrın 12-də “Azərbaycan Dəmir
Yolları» QSC 5 saylı İxtisaslaşdırılmış
Dəmir Yolu Müəssisəsi MMC-nin Səngəçal istehsalat
bazası əsaslı təmirdən sonra istifadəyə
verildi. Burada yoldəyşən qurğuların
yığılması üçün yeni meydança
tikilib. Bu meydancada yoldəyişənlərin
alt quruluş hissələri, yəni tirlər dəmir-betondan
yığılır. Bu, Azərbaycan Dəmir
Yolunun tarixində ilk dəfədir. Artıq 30-a yaxın yeni yoldəyişən
qurğu dəmir yolunun müxtəlif mənzillərində
quraşdırılıb.
Aparılan iri həcmli yenidənqurma
işlərinini əsas tərkib hissələrindən biri də «Azərbaycan
Dəmir Yolları» QSC-nin inzibati binasında əsaslı təmir
işlərinin həyata keçirilməsi oldu. Təmir
işləri müasir standartlar səviyyəsində həyata
keçirilib, dam örtüyü
tamam yenilənib, burada işləyənlər
üçün müasir starndartlara uyğun iş şəraiti
yaradılıb, bütün iş
otaqları mebel və avadanlıqıqlarla, sürətli
internet şəbəkəsinə qoşulub, isitmə və
soyutma sistemi mərkəzləşdirilib.
Bu
dövr ərzində dəmiryolçuların mənzil şəraitinin
yaxşılaşdırılması məqsədi ilə Cəmiyyət
rəhbərliyi ilə MHİRK-in əlbir fəaliyyəti
hamını sevindirib. İki il ərzində 150 dəmiryolçu mənzillə
təmin edilib. Dəmiryolçuların yenə
də mənzillərlə təmin edilməsi nəzərdə
tutulur.
28 dekabr
2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Bakıda Biləcəri stansiyasında səyyar
“ASAN qatar”la tanış oldu və
görülən işləri yüksək qiymətləndirdi.
Qeyd edək ki, ölkə başçısı İlham
Əliyevin tapşırığı əsasında “ASAN xidmət”
mərkəzlərinin olmadığı regionlarda vətəndaşların
dövlət xidmətləri ilə təmin edilməsi
üçün müasir texniki avadanlıqla təchiz
olunmuş səyyar “ASAN qatar” konsepsiyası
reallaşdırılıb. Bakı vaqon deposunda
“ASAN qatar” sisteminin tətbiqi ilə bağlı xüsusi
vaqonlar hazırlanıb. Səyyar “ASAN
qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların
istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Səyyar “ASAN qatar” vasitəsilə 4 dövlət
orqanı tərəfindən 9 növ xidmət göstərilir.
Eyni zamanda, qatarda 3 növ funksional
yardımçı xidmətlər - foto və tibb xidməti,
o cümlədən “Azərpoçt” MMC tərəfindən
göstərilən bank xidmətləri təşkil edilib.
Möhtərəm
Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident
xanım Mehriban Əliyevaın bu il fevralın 10-da Bakı Dəmir
Yolu Vağzalında və “Azərbaycan Dəmir Yolları”
QSC-nin inzibati binasında aparılmış yenidənqurmadan
sonra yaradılan şəraitlə tanış olması, kollektivimizə
uğurlar arzulaması dəmiryolçularda böyük ruh
yüksəkliyi yaradıb.
29 dekabr 2016-cı il tarixdən
daha bir qatar - Naxçıvan -
Məşhəd -Naxçıvan beynəlxalq sürət
qatarı hərəkətə başladı. Sürət
qatarı həftədə iki dəfə (dördüncü
və bazar günləri) hərəkətdə
olur. Sürət
qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd
marşrutu üzrə hərəkət edir. Dəmir yolunda
islahatlar prosesi davam edir. Ulu öndərimizin dediyi kimi: “Dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük
bir hissəsidir”.
Səs.-
2017.- 4 may.- S.4