-

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 10-da Talassemiya Mərkəzində olub.

 

AZƏRTAC xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev Heydər Əliyev FondununTalassemiyasız həyat naminəproqramı çərçivəsində inşa edilən Mərkəzdə bu günədək aparılan müalicələr barədə məlumat verib. Bildirilib ki, 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzi bu xəstəliyə düçar olanlara həm tibbi, həm mənəvi cəhətdən dəstək baxımından əhəmiyyətli səhiyyə ocağıdır.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mərkəzdə müalicə olunan uşaqlarla söhbət edərək onların müalicəsinin gedişi ilə maraqlandı. Həmçinin osteoporoz xəstəliyi olan uşaqlara Heydər Əliyev Fondu adından dərman preparatları təqdim olundu.

 

Leyla Əliyeva Mərkəzin gələcək fəaliyyəti üçün zəruri məqamlarla maraqlandı Fondun səhiyyə, xüsusilə uşaqların sağlamlığı ilə bağlı məsələlərə daim önəm verdiyini bildirdi.

 

Talassemiya Mərkəzinin istifadəyə verilməsi ilə Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə nail olunub.

 

Bu ilin aprelinə qədər Talassemiya Mərkəzində 2959 nəfər dispanser qeydiyyatına alınıb onlar xəstəlik dərəcəsinə uyğun olaraq müalicə edilir, dərman preparatları ilə təmin olunur. Mərkəzin gündüz stasionarında 976 xəstəyə mütəmadi olaraq eritrosit kütləsi köçürülür. Cari ilin birinci rübündə Respublika Talassemiya Mərkəzinə 6273 müraciət daxil olub onlardan 603 nəfəri ilkin müraciət edənlərdir. Onlardan 72 nəfər dispanser qeydiyyatına götürülüb. İlin üç ayı ərzində 105 xəstə stasionar müalicə alıb. İl ərzində 51 xəstə üzərində sümük iliyi transplantasiyası aparılıb.

 

Qeydiyyatda olan xəstələrin heç hamısında qan uyğunluğu olmur indi mərkəzdə qeydiyyatda olanların yalnız 300-400 nəfərində belə uyğunluq var. Həm xəstələrin bir çoxuna uzun müddət qan köçürülməsi nəticəsində daxili orqanlarda müəyyən problemlər yaranır onların bir müddət müalicə olunandan sonra sümük əməliyyatı aparılıb-aparılmaması barədə qərar verilir. Xəstələrin müayinəsi, əməliyyatqabağı əməliyyatsonrası prosedurların hamısının maliyyə vəsaiti dövlət hesabına ödənilir. İki ilə yaxındır ki, yeni ailə həyatı qurmağa hazırlaşan cütlüklərin nikahqabağı müayinə edilməsi ilə talassemiya daşıyıcıları əvvəlcədən aşkarlanır bu yolla xəstə körpələrin dünyaya gəlməsinin qarşısı alınır

Səs.- 2017.- 11 may.- S. 8-9.