İnsan vətəndaş hüquq azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyəti

 

Tweet

 

Поделиться

12.05.2017 16:17 | 443 dəfə oxunub

Polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur.

Polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan tərzdə rəftar etməsi yolverilməzdir. Cinayət törədən ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki ya mənəvi təsir göstərmək qadağandır.

Şəxsin hüquq azadlıqlarına qarşı polis tərəfindən bu qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsas qaydada yol verilir.

Hər hansı şəxsin hüquq azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını səbəblərini, habelə, bununla əlaqədar həmin şəxsin hüquq vəzifələrini ona izah etməlidir.

Polis tutulan ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin edir.

Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı:

1) zəruri müdafiə son zərurət halları istisna olmaqla şəxsin tutulması ya həbsə alınması zamanı təhlükəsiz üsul vasitələrdən istifadə etməlidir;

2) tutulan ya həbsə alınan şəxsə özünü təqdim etməklə xidməti vəsiqəsini göstərməlidir;

3) tutulan ya həbsə alınan anda müqavimət göstərən ya anlaqsızlıq vəziyyətində olan şəxslər istisna olmaqla, hər hansı şəxsə onun tutulmasının ya həbsə alınmasının əsaslarını bildirməli hüquqlarını izah etməlidir;

4) tutulmuş ya həbsə alınmış şəxsi təxirəsalınmadan polis orqanına gətirməli, tutulma ya həbsəalma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsəalma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir;

5) xüsusi təhlükəli dövləti cinayət törətmiş şəxs istisna olmaqla, tutulmuş ya həbsə alınmış şəxsin yaxın qohumlarına, onun tələbi ilə ya təhsil yerinə tutulması ya həbsə alınması barədə təxirəsalınmadan məlumat verməlidir;

6) tutulmuş ya həbsə alınmış şəxsin tələbi ilə onun müdafiəçinin köməyindən istifadə etmək hüququnu təmin etməlidir;

7) tutulmuş ya həbsə alınmış şəxslə davranışda onun şəxsiyyətinə ləyaqətinə hörmətlə yanaşmalı, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə əlillərə xüsusi diqqət yetirməlidir;

8) Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş tutulma ya həbsəalma müddətlərinə riayət etməli, bu müddətlər keçənədək tutulan ya həbsə alınan şəxsi, onun tutulmasının ya həbsə alınmasının qanuniliyini müəyyənləşdirmək üçun hakimin yanına gətirməlidir;

9) 3 saatdan artıq müddətə tutulmuş ya həbsə alınmış şəxs barədə onun tutulmasından ya həbsə alınmasından 24 saat keçənədək hakimə yazılı məlumat verməlidir;

10) məhkəmənin (hakimin) qərarına əsasən, habelə, tutulma ya həbsəalma müddətləri keçəndən sonra tutulan ya həbsə alınan şəxsi dərhal azad etməlidir.

I. Polis əməkdaşı şəxsin azadlıq hüququnu hakimin qərarına əsasən, tutulma həbsəalma yolu ilə yalnız aşağıdakı hallarda məhdudlaşdıra bilər:

1) cinayət ya inzibati hüquqpozma törədilməsində şübhəli olduqda, yaxud cinayət ya inzibati hüquqpozma törətməsinə görə həbs olunduqda;

2) yetkinlik yaşına çatmamış şəxs üzərində tərbiyəvi nəzarət həyata keçirildikdə ya səlahiyyətli orqana gətirildikdə;

3) yoluxucu xəstəliklərin yayılmasının qarşısı alındıqda, habelə, ruhi xəstələr, alkoqoliklər, narkomanlar avaralıqla məşğul olanlar zərərsizləşdirildikdə;

4) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısı alındıqda ya şəxs ölkədən çıxarıldıqda, yaxud başqa dövlətə verildikdə;

5) təqsirləndirilən şəxsin, cavabdehin, şahidin məhkəmə iclasına gəlməsini təmin etdikdə, atalığın müəyyənləşdirilməsi üçün test keçirildikdə, psixi müayinə aparıldıqda ya hər hansı öhdəliyin yerinə yetirilməsi (müqavilə öhdəlikləri istisna olmaqla) təmin edildikdə.

II. Polis əməkdaşı hər hansı şəxsi o vaxt tuta ya həbsə ala bilər ki, məhkəmənin (hakimin) qərarında, məhz həmin şəxsin azadlıq hüququnun məhdudlaşdırılması nəzərdə tutulsun.

III. Polis əməkdaşı tərəfindən məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin təxirəsalınmadan tutulmasına 48 saatdan artıq olmayan müddətə yalnız aşağıdakı hallarda yol verilə bilər:

1) şəxs cinayət ya inzibati hüquqpozma törədərkən, yaxud törətdikdən, bilavasitə sonra yaxalandıqda;

2) hadisəni, bilavasitə görənlər, o cümlədən, zərər çəkmiş şəxslər məhz həmin şəxsin cinayət ya inzibati hüquqpozma törətdiyini göstərdikdə;

3) şübhə edilən şəxsdə ya onun paltarında, ona məxsus digər əşyalarda ya mənzilində cinayətin ya inzibati hüquqpozmanın izləri tapıldıqda.

IV. Cinayət ya inzibati hüquqpozma törədilməsi ilə əlaqədar tutulmuş ya həbsə alınmış şəxsin, onun məsələsinə tezliklə məhkəmədə baxılmasını tələb etmək hüququ vardır.

V. Şəxsin qanunsuz tutulmasına ya həbsə alınmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.

I. Bu Qanunun 21-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş hallarda hər hansı şəxsin azadlıq hüququnun məhdudlaşdırılma müddəti yalnız qanunla müəyyənləşdirilir.

II.  Bu Qanunun 21-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş hallarda hər hansı şəxsin azadlıq hüququnun məhdudlaşdırılması müddətləri inzibati hüquqpozmanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikasının inzibati hüquqpozmalar haqqında qanunvericiliyi ilə, cinayətin törədilməsi ilə əlaqədar isə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyənləşdirilir.

I. Polis əməkdaşı tərəfindən hər hansı şəxsin mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırmasına mənzilə orada yaşayanların iradəsi ziddinə daxil olmasına yalnız aşağıdakı hallarda yol verilir:

1) hakimin qərarı olduqda;

2) digər şəxslərin hüquq azadlıqlarının qorunması, ictimai qaydanın ictimai təhlükəsizliyin təmin olunması yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların epizootiyaların qarşısının alınması onların nəticələrinin aradan qaldırılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə.

II. Hakimin qərarı olmadan polis əməkdaşı mənzilə orada yaşayanların iradəsi ziddinə aşağıdakı əsaslardan birinin olduğu barədə dəqiq məlumatı ya əsaslı şübhələri olduğu halda daxil ola bilər:

1) mənzildə şəxsiyyət əleyhinə ağır cinayətin ya xüsusi təhlükəli dövləti cinayətin törədilməsi;

2) cinayət törətmiş, həbsdən ya azadlıqdan məhrumetmə yerlərindən qaçmış şəxsin həmin mənzildə gizlənməsi;

3) cinayət törətmiş şəxsin, bilavasitə "isti izlərlə" təqib edilməsi;

4) mənzildə insan meyitinin olması;

5) mənzildə insan həyatı ya sağlamlığı üçün real təhlükənin olması, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, cinayət məsuliyyətinə səbəb ola bilən əxlaqsız hərəkətlərin edilməsi.

III. Məhkəmənin (hakimin) qərarı ya bu maddənin 1 2-ci hissələrində göstərilmiş hallardan əsaslardan hər hansı biri olmadan mənzil toxunulmazlığı hüququnu məqsədəuyğunluq, müvəqqəti zərurilik ya digər mülahizələrlə məhdudlaşdırmaq qadağandır.

IV. Bu maddənin 2-ci hissəsinin əsasında mənzilə, orada yaşayanların iradəsi ziddinə, daxilolma faktı barəsində 24 saat ərzində hakimə yazılı məlumat verilməlidir.

V. Bu maddənin müddəaları fiziki ya hüquqi şəxslərə məxsus qeyri-yaşayış binalarına, tikililərə, torpaq sahələrinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər obyektlərinə daxilolma hallarına da şamil edilir.

 

Vahid ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2017.- 15 may.- S. 7