İnsan hüquqlarının müdafiəsinin genişləndirilməsi

1961-ci ildə Avropa Şurası vətəndaş siyasi huquqların iqtisadi sosial-ictimai hüquqlarla əlaqəsi olduğunu onlarla birlikdə ümumi prinsiplər toplusunu yaratmalarını nəzərə alaraq, Avropa Sosial Xartiyasını qəbul etmişdir.

Xartiya 1988-ci ildə qəbul olunmuş Əlavə Protokol dövlət tərəfindən təmin olunması tələb olunan bir sıra minimum əsas hüquqlara təminat verir.

Əmək məsələlərində diskriminasiyaya yol verməmək;

Məcburi əməyin qadağan olunması;

Həmkarlar ittifaqları yaratmaq kollektiv müqavilələr bağlamaq hüququ;

Layiqli normal əmək şəraiti ədalətli mükafatlandırma hüququ; kişi qadınların eyni işlərə görə bərabər əməkhaqqı alması hüququ;

Məhdud əmək qabiliyyəti olan insanların əmək fəaliyyətinə inteqrasiyası;

15 yaşına qədər olan uşaqların əməyindən istifadənin qadağan olması 15-18 yaşında olan gənclərin əmək şəraitinin müdafiə olunması hüququ;

analığın müdafiəsi;

mühacir işçilərin bərabər şəraiti əmək haqqına hüquqlarının olması.

Sağlamlığın qorunması, sosial sığorta, tibbi sosial təminat, sosial xidmətlərin alınması hüququ;

Uşaq gənclərin fiziki mənəvi zərərin yetirilməsindən müdafiə olunması hüququ həmçinin, uşaq əməyinin istifadəsinin qadağan olunması;

Ailənin onun üzvlərinin hüquqi, sosial iqtisadi müdafiyənin təmin edilməsi hüququ;

Mühacir işçilər onların ailələrinin müdafiə edilməsi hüququ;

Yaşlı insanların müdafiə edilməsi huququ.

1996-cı ildə Avropa Sosial Xartiyasının qəbul olunduğu gündən bu tarixə qədər baş vermiş bütün radikal sosial dəyişiliklərə əsaslanaraq, Yenidən Baxılmış Avropa Sosial Xartiyası qəbul olunmuşdur. Tədricən 1961-ci ildə qəbul olunmuş Xartiyanı əvəz edərək, Yenidən Baxılmış Avropa Sosial Xartiyası aşağıdakı yeni sahələrdə hüquq normalarını təyin edir:

Qadın kişilər arasında bərabərliyin davamlı olaraq təmin olunması; Əlillərin sosial inteqrasiya şəxsi müxtariyyət hüququ;

Uşaq gənclərin sosial, hüquqi iqtisadi müdafiə olan huquqlarının qorunması, işdən xaric edilmə zamanı müdafiyə hüququ;

Ləyaqətin tapdalanmaması hüququ;

Ailə məsuliyyətli işçilərin digərləri ilə yanaşı bərabər şəraiti imkanlara malik olmaq hüququ;

Yoxsulluq sosial təcriddən müdafiə olunma hüququ;

Layiqli yaşayış yeri əldə etmək hüququ.

Dövlətlər tərəfindən Sosial Hüquqlar üzrə Avropa Komitəsinə Xartiya ilə müəyyən olunmuş hüquq normalara riayət edilməsi haqqında təqdim olunan hesabatlar, 1991-ci ildə qəbul olunmuş Protokol əsasında yaradılmış Nəzarət Mexanizminin əsasını təşkil edir.

1998-ci ilin iyul ayında qüvvəyə minmiş əlavə Protokola əsasən, milli hesabatların baxılması prosedurasına, həmçinin, kollektiv şikayətlər sisteminin vəziyyəti əlavə edilmişdir ki, bu da QHT-lər, həmkarlar ittifaqları işə götürənlərin təşkilatları üçün Avropa Şurasının Sosial Hüquqlar Komitəsinə Xartiyanın pozulması haqdı şikayət etmək imkanı yaradır.

Avropa Şurasının insan hüquqlarının təmin olunması sahəsində apardığı fəaliyyət son illər ərzində fiziki zorun tətbiqinə qarşı istiqamətlənmiş güclənmişdir.

Zorun tətbiqi, qeyri-insani ləyaqəti alçaldıcı münasibət ya cəzaya qarşı 1987-ci ildə qəbul olunmuş Avropa Konvensiyası, Avropa İnsan Hüquqları Konvensiyasının 3 saylı maddəsində nəzərdə tutulmuş hərəkətlərin qadağan olunmasının praktiki reallaşmasına yönəlmişdir.

Ziyarət (baş çəkmək) etmə sistemi əsasında qurulmuş müxtəlif sahələrdə olan müstəqil ekspertlərdən ibarət olan komitə Qeyri-insani, qəddar ləyaqəti alçaldıcı münasibət ya cəzaya qarşı Avropa Komitəsi tərəfindən həyata keçirilən xüsusi nəzarət mexanizmi yaradılmışdır. Komitə hökumət tərəfindən azadlıqdan məhrum edilmiş insanların saxlanıldığı yerlərə baş çəkir: həbsxanalar, yetkinlik yaşına çatmamışlar üçün koloniyalar, polis məntəqələri, hərbi kazarmalar, psixiatrik xəstəxanalar s.

Qeyd olunan ziyarətlərin əsas məqsədi dustaqların hansı vəziyyətdə saxlanılmasını qiymətləndirmək əgər lazımdırsa, bu şəraitlərin yaxşılaşdırılmasını təklif etməkdir. Bu ziyarətlər iki növə ayrılır ki, onlardan biri müxtəlif ölkələri ziyarət etmək məqsədilə planlı ya periodik şəkildə həyata keçirilir; ikinci isə işgüzar (ad hoc) ziyarətlərdir ki, onlar, əsasən, təcili hallarda istifadə olunur. 2001-ci ilin əvvəlinə komitə 79 periodik (planlı şəkildə) 35 işgüzar ziyarətlər təşkil etmişdir ki, bunlardan sonuncusunun sayı getdikcə artır.

Avropa Sosial Xartiyasının nəzarət mexanizmi aşağıdakılardan ibarətdir:

1. Xartiyanın icra olunması haqda hökumətlərin hesabatları.

2. İctimai tərəfdaş QHT-lərin şərhləri.

Sosial Hüquqları üzrə Avropa Komitəsinin əsas funksiyası:

Milli qanunvericiliyin qanunun istifadəsinin Xartiya ilə müəyyən olunmuş öhdəliklərə cavab verib-verməməsini təmin edir lazımi qiymət verir.

Hökumət komitəsinin vəzifəsi:

Avropa Şurasının Nazirlər Komitəsinin qərarlarını hazırlayır, tövsiyələr üçün baxılması zəruri olan işləri seçir.

Avropa Şurasının Nazirlər Komitəsinin funksiyası:

Hər bir nəzarət vaxtı bitdikdə dövlətlərin qanunvericiliyi qanunun istifadəsi praktikasının Xartiyaya uyğun etməsi istiqamətində zəruri tədbirlər üçün tövsiyələr qərarlar hazırlayır.

Komitə ziyarət edəcəyi ölkənin hökumətini əvvəlcədən öz gəlişi haqda məlumatlandırmalı, lakin ona səfərin dəqiq vaxtını deməyə məcbur deyil. Hökumətin göstərilən tarix yerin ziyarətinə öz etirazını bildirmək hüququ çox ciddi şəkildə məhduddur bu cür etirazlar çox qısa zaman ərzində aradan götürülməlidir.

Komitənin nümayəndələri öz arzuları əsasında maneəsiz istənilən azadlıqdan məhrum olma yerlərini (dustaqxanaları) ziyarət edə bilərlər. Onlar təklikdə məhbuslarla söhbət etmək məlumat verə biləcək hər bir şəxslə azad danışıqlara girə bilmək hüququna malikdirlər.

Komitə öz vəzifələrini həyata keçirərkən, əməkdaşlıq məxfilik prinsiplərinə əsaslanır. Hər bir səfərin sonunda hazırlanmış hesabat komitənin maraqlı olan dövlətlə azadlıqları məhrum olmuşlar üçün münasib şəraitin yaradılması üçün zəruri metod tədbirlərin həyata keçirilməsi üçün dialoqun başlanmasını təmin edir. Maraqlı olan dövlət komitədən həmin hesabatı çap etməyi xahiş edə bilər. Hal-hazırda 70 yaxın hesabat çap olunmuşdur.

Əgər dövlət komitə ilə əməkdaşlıqdan boyun qaçırarsa ya komitənin tövsiyələrinə diqqət yetirməzsə, onda komitə istisna halı kimi ictimaiyyət üçün açıq bəyanat verə bilər.

Komitə öz fəaliyyəti haqqında illik hesabat hazırlayır bu hesabat Avropa Şurasının üzv-dövlətləri üçün aşağıda qeyd olunan məsələlər barədə öz tövsiyələrindən ibarətdir: psixiatrik xəstəxanalara məcburi yerləşdirmə qaydaları; ölkəyə daxil olma qalma ilə əlaqədar olan əsasnaməyə görə azadlıqdan məhrum edilmiş əcnəbilərlə rəftar normaları; həbsxanaların qədərindən artıq dolması; dustaqlara tibbi xidmət; azadlıqdan məhrum edilmə polis məntəqələrində saxlanılma.

İşgəncələrə qarşı Avropa Konvensiyasına qoşulmuş dövlətlərin sayının artması bu Konvensiyanın artıq Avropa Şurasının üzvü olmayan ölkələrin imzalanması üçün artıq təqdim olunması ilə əlaqədar, komitənin fəaliyyət ərazisi Mərkəzi Şərqi Avropaya yayılmasını nəzərə alaraq, gələcəkdə komitə qarşısında ağır bir məsələnin olmasını göstərir.

 

Vahid ÖMƏROV,  fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2017.- 16 may.- S.15