Laçının işğal tarixindən 25 il ötür

1992-ci il mayın 17-də Ermənistan ordusu Şuşanın Turşsu kəndi Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçərək, Laçını işğal edib. İşğal 18 mayda tam başa çatıb. Bu, hər bir azərbaycanlının 25 ildir ki, xatırladığı ağrılı-acılı gündür - Laçınının işğalı günü. Düz 25 il əvvəl törədilən işğalın acı nəticələrini, bu gün yaşayırıq. Laçının işğalı damarında azərbaycanlı qanı dövr edən hər kəs üçün çox ağırdır. Şuşa şəhərinin Turşsu deyilən ərazisindən Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal etdi. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub. Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycanın dağınıq halda olan silahlı dəstələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib. Bu işğala səbəb o vaxtkı iqtidarın hakimiyyət uğrunda mübarizə aparan anti-milli qüvvələrin fəaliyyəti idi. Laçının işğalı Dağlıq Qarabağla Ermənistan arasında əlaqənin yaranmasına gətirib çıxartdı. İşğal nəticəsində 1835 kv. kilometrlik ərazi zəbt edildi, yüzlərlə maddi mədəniyyət nümunəsi erməni vandalizminə tuş gəldi. 24 ildir ki, 60 mindən artıq laçınlı respublikanın 59 şəhər rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb. Müharibə zamanı 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib. Bu statistik rəqəmlər Laçının erməni qəsbkarları tərəfindən necə zəbt olunmasını açıq-aydın göstərir. Bütün dünyanın beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atırlar. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Laçının işğal altına düşməsi təkcə laçınlıların deyil, bizim hamımızın böyük faciəsidir: "Çünki Laçının gözəl abidələri indi dağıdılıbdır. Bizim dini abidələrimiz dağıdılıbdır. Muzey eksponatlarımız talan edilibdir, evlər dağıdılıbdır. Laçınlıların evlərində indi düşmənlər yaşayır. Bu da bir dərddir. Evin sökülməsi dərddir, amma evdə düşmənin yaşaması ondan da böyük dərddir". Prezident İlham Əliyev Laçın rayonunun belə vəziyyəti ilə barışmağın mümkün olmadığını bildirib.

İndi Azərbaycan dünya səviyyəsində böyük hörmətə malik olan ölkə kimi tanınır. Azərbaycanın iqtisadi potensialı, hərbi gücü onu deməyə əsas verir ki, işğal altında olan torpaqlarmızın azad olacağı gün uzaqda deyil. Bu, qaçılmaz reallıqdır. "Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, bütün köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar" - deyən Prezidentin bu fikirləri  Azərbaycan həqiqətlərinə söykənir: "Biz bu illər ərzində böyük dərəcədə güclənmişik. Biz güclü hərbi potensial yaratmışıq. Bundan sonra, növbəti illərdə Ermənistan ilə Azərbaycan arasındakı fərq ancaq böyüyəcəkdir. Bu fərq hər yerdə özünü göstərir - iqtisadiyyatda, ölkələrimizin siyasi çəkisində, beynəlxalq dəstəkdə, hərbi potensialda eyni zamanda, demoqrafik göstəricilərdə".

Hazırda Azərbaycan danışıqlar prosesini, ardıcıl olaraq, davam etdirir. Azərbaycan Ermənistanla müqayisədə istənilən sahədə irəlidədir qələbə əzmi ölkəmizdə yüksəkdir. Bütün beynəlxalq təşkilatların qərarları qətnamələri Azərbaycanın haqlı mövqeyini müdafiə etsə , erməni lobbisi havadarları ermənilərə dəstək olurlar. Ermənistan beynəlxalq təşkilatların, BMT-nin, onun Təhlükəsizlik Şurasının qətnamələrini icra edilməlidir. "Beynəlxalq ictimaiyyət tələb etməlidir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çəkilsin, imkan versin Azərbaycan vətəndaşları o torpaqlara qayıtsınlar. Çünki bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır", - deyən Cənab İlham Əliyev  dünya erməniliyinin onların arxasında dayanan anti-Azərbaycan qüvvələrinin fəaliyyəti nəticəsində, bu məsələnin belə dondurulmuş vəziyyətdə qaldığını bəyan edir.

Təbii ki, işğal altında olan torpaqlarımız işğalçılardan azad ediləndən sonra, bütün torpaqlarda, o cümlədən, Laçında yeni inkişaf dövrü yaşanılacaq. Buna Azərbaycanın iqtisadi gücü var. Bu gün respublikamızın, ümumilikdə, 59 rayon şəhərində müvəqqəti məskunlaşan 71,2 min laçınlıdan 13 mini Ağcabədi rayonu Taxtakörpü ərazisində yerləşib. Məcburi köçkünlər üçün burada yeni yaşayış qəsəbələri, parklar salınıb Şəhidlər Kompleksi ucaldılıb. Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan qəsəbədə bütün imkanlar yaradılsa da, dövlət başçısının apardığı prinsipial ardıcıl siyasəti, birmənalı şəkildə, müdafiə edən laçınlılar el-obalarına, Laçına getmək arzusundadırlar. Ölkəmizin artan beynəlxalq nüfuzu hərbi qüdrəti onların dədə-baba torpaqlarına tezliklə dönəcəklərinə əminlik yaradıb. İyirmi beş illik məcburi köçkünlük həyatı yaşamalarına, baxmayaraq, inanırlar ki, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.

Azərbaycan Prezidenti Cənab İlham Əliyev işğal altında olan torpaqlarımızın geri qaytarılacağını çıxışlarında əminliklə qeyd edir: "Bizim orduda xidmət edən gənclərimiz vətəni ləyaqətlə qoruyurlar düşmənə çox güclü zərbələr vururlar. Belə olmalıdır, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlib. Cəmiyyətdə müşahidə olunan həmrəylik, səfərbərlik bizim qələbəmizi şərtləndirən amillərdən biridir, iqtisadi hərbi gücüdür. Biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik".

Erməni faşistləri zəbt etdikləri torpaqlarımızı, şəhərlərimizi, o cümlədən, doğma Laçını sülh yolu ilə tərk etməsələr, Azərbaycan xalqı onun rəşadətli ordusu düşməni məhv edərək, öz torpaqlarını azad edəcəkdir.

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2017.- 17 may.- S.13