Ölkəmizdə muzey işinə
dövlət qayğısı
artır
Dünyanın 150-dən artıq ölkəsində
keçirilən 18 May
Beynəlxalq Muzeylər
Günü Azərbaycana
da geniş şəkildə qeyd olunur
Bu gün
Beynəlxalq Muzeylər
Şurasının təşəbbüsü
ilə 1977-ci ildə təsis olunan 18 May Beynəlxalq Muzeylər Günü bütün dünyada geniş qeyd edilir. Beynəlxalq
Muzeylər Günü,
bir qayda olaraq, "Xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək"
şüarı ilə
keçirilir. Beynəlxalq
Muzeylər Gününün
əsas məqsədi
muzeylərin cəmiyyətin
həyatında nə
qədər mühüm
bir rol oynadığını
göstərməkdir.
Hər il
müxtəlif devizlərlə
keçirilən bu bayram muzey əməkdaşlarını
birləşdirir, ictimaiyyətin
diqqətini muzeylərə
cəlb edir. Bayram günü muzeylər öz qapılarını ziyarətçilərin
üzünə açır
və yaşından,
vəzifəsindən asılı
olmayaraq, insanlara pulsuz xidmət göstərilir. Tarixi, maddi və mənəvi
abidələrlə zəngin
olan ölkəmizdə
də Beynəlxalq Muzeylər Günü qeyd edilir. Bu
peşə bayramı
münasibətilə müxtəlif
tədbirlər keçirilir,
tariximizlə, mədəniyyətimizlə
daha yaxından tanış olmaq məqsədilə mayın
18-də bütün muzeylərimizdə
"Açıq qapı"
günü elan edilir. Muzeylər eksponatları komplektləşdirən,
qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinədir.
Muzeylərin əsas vəzifəsi əşyaların
və eksponatların,
sadəcə, qorunub-öyrənilməsi
deyil, həm də onu təbliğ
etməkdən ibarətdir.
Azərbaycanda muzeylərin təşəkkül
tapmasının əsası
XX əsrin ikinci onilliyinin əvvəllərində
qoyulmuşdur. "Doğma
diyarın öyrənilməsi
muzeyi" adlanan ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey
isə 1938-ci ildə Şəkidə yaradılmışdır.
Azərbaycanın dəyərli eksponatları
1920-ci ildə ilk muzey yaranana qədər Rusiya, Avropa, o cümlədən,
Böyük Britaniya muzeylərini bəzəsə
də, bu gün tariximiz və incəsənət nümunələrimiz dövlət
muzeylərimizdə nümayiş
olunur.
Ötən əsrin
30-cu illərindən etibarən
bir-birinin ardınca mahiyyətinə görə
müxtəlif təmayüllü
- dövlət, memorial,
səyyar, ədəbiyyat,
incəsənət, tarix,
musiqi, qoruq və teatr muzeyləri
yaradılmışdır. Muzeylər sırasında
tanınmışlardan Nəriman
Nərimanov, Məmməd
Səid Ordubadi, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə
və digərlərinin
ev-muzeyləri də vardır. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə yerləşən
Milli Azərbaycan Tarix Muzeyinin binasının özü
də Azərbaycan tarixinin keçmişindən
xəbər verən daş abidə kimi qiymətlidir. Qoruq-muzeylər, adətən,
açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr,
bulaqlar, məqbərələr,
məbədlər və
qalalar sayılır. Azərbaycanda belə möhtəşəm muzeylərə
Şəki Xan Sarayını, Qobustan qayalıqlarını, "Şirvanşahlar
Sarayı Kompleksi"ni,
Möminəxatun Məqbərəsini,
eləcə də, Şuşa şəhərini
göstərmək olar.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN
HAKİMİYYƏTƏ QAYIDIŞINDAN SONRA MUZEY
İŞİ ÖZ İNKİŞAFININ YENİ
MƏRHƏLƏSİNƏ QƏDƏM QOYUB
Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən,
muzey işinə daim dövlət qayğısı olmuşdur.
Ölkəmizdə bu
sahənin inkişafı,
muzeylər şəbəkəsinin
yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli Liderimiz həmişə muzeylərə
böyük önəm
vermiş, bu sahəyə də diqqət və qayğı ilə yanaşmışdır. Xalqımızın böyük oğlu Azərbaycana rəhbərlik
etdiyi bütün dövrlərdə respublikamızda
muzeylərin, xüsusilə,
tarix-diyarşünaslıq, xatirə, ev-muzeylərinin
və digər profilli muzeylərin yaradılması, onların
maddi-texniki bazasının
möhkəmləndirilməsi məqsədilə mühüm
tədbirlər həyata keçirmişdir.
Qısa müddətdə
Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq
muzeyi yaradılmışdır.
Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından
sonra mədəniyyət
sahəsi, həmçinin,
muzey işi öz inkişafının
yeni mərhələsinə
qədəm qoymuşdur.
Ulu Öndərin təşəbbüsü
ilə 1993-cü ildə
Nazirlər Kabinetində
muzey işçilərinin
respublika müşavirəsi
keçirilmişdir. 1994-cü ildə bu müşavirənin
materialları əsasında
"Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması
haqqında" qərar
qəbul edilmişdir.
2000-ci il martın 24-də
qüvvəyə
minmiş "Muzeylər
haqqında" Azərbaycan
Respublikasının Qanunu
ölkəmizdə muzeylərin
fəaliyyətinin təşkilati-hüquqi
əsaslarını müəyyən
edir və bunlarla bağlı münasibətləri tənzimləyir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu sahədə uğurlu addımlar atılır və böyük layihələr reallaşır.
Hazırda Azərbaycanda
200-dən çox muzey
fəaliyyət göstərir.
Dövlətimizin başçısı İlham Əliyevin "Azərbaycan Respublikasının
paytaxtı Bakı şəhərində İstiqlal
Muzeyinin yaradılması
və İstiqlal Abidəsinin ucaldılması
haqqında", "Müasir
İncəsənət Muzeyinin
yaradılması haqqında"
sərəncamları muzey
işinə dövlət
qayğısının aydın
təzahürüdür. Son dövrlər yaradılan muzeylərin sırasında ölkənin
əksər şəhər
və rayonlarında inşa edilmiş Heydər Əliyev mərkəzlərini xüsusi
qeyd etmək lazımdır.
Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyi nəticəsində "Şirvanşahlar
Sarayı Kompleksi",
Qız Qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. Fondun həyata keçirdiyi müxtəlif layihələr
çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq
təşkilatlara çatdırılır.
Azərbaycan dövlətinin uğurlu
mədəniyyət siyasəti
nəticəsində, son
illər muzeylərimizin
dünyanın nüfuzlu
muzeyləri ilə əlaqələri genişlənmiş,
bu sahədə beynəlxalq əməkdaşlıq
sahəsində yeni nailiyyətlər əldə
edilmişdir.
Hazırda Azərbaycanda
201 muzey fəaliyyət
göstərir: bunlardan
52-si Heydər Əliyev
Muzeyi, 14-ü incəsənət,
7-si ədəbiyyat, 12-si tarix,
68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti,
43-ü ev muzeyləridir.
Eyni zamanda, Milli Elmlər Akademiyası sistemində,
digər nazirlik və təşkilatların
nəzdində müxtəlif
profilli və şəxsi muzeylər fəaliyyət göstərir.
Belə zəngin tarixi irsə malik olan Azərbaycanda
Beynəlxalq Muzeylər
Günü qeyd olunur. Bu gün
İCOM Azərbaycan Milli
Komitəsinin dəstəyi
ilə ölkəmizdə
"Beynəlxalq Muzeylər
Günü" qeyd olunacaq. Bu il Beynəlxalq
Muzeylər Şurası
(İCOM) tərəfindən "Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə
deyilməyənlərin səslənməsi"
mövzusu elan olunub. Ölkəmizin əksər muzeyləri bu şüar altında birləşərək,
öz profillərinə
uyğun tədbirlər
təşkil edəcəklər. Keçiriləcək
tədbirlərin məqsədi
insan irqinə məxsus tarixin aydın olmayan tərəflərinin dərk
edilməsindən ibarətdir.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.-
2017.- 18 may.- S.12.