Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş
tarix” kitabı İsveçrədə alman
dilində çap olunub
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin müəllifi olduğu “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix”
kitabı (Berg-Karabach.
Aus den Quellen erforschte Geschichte) İsveçrənin
“Publishing Partners” nəşriyyatı tərəfindən alman dilində çap olunub. “Publishing Partners” nəşriyyatı
eyni zamanda kitabın İsveçrənin
müxtəlif kitabxanaları
və kitab mağazaları arasında
yayılmasını həyata
keçirəcək.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi
köklərinə həsr
edilən kitabda problemin yaranma səbəbləri, bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə
məxsusluğunu əks
etdirən müxtəlif
qiymətli mənbələr
yer alıb. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri
ümumiləşdirmələr aparılmaqla yanaşı,
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həllinə mane olmaq
üçün məqsədyönlü
şəkildə törədilən
süni əngəllərə
də münasibət
bildirilir. Müəllif çoxsaylı mənbələr
və elmi ədəbiyyat əsasında,
ilk növbədə, xarici
dillərdə və erməni dilində nəşr olunmuş mənbələrdəki faktlara
istinad edərək Dağlıq Qarabağın
ən qədim dövrlərdən Azərbaycanın
ayrılmaz tərkib hissəsi olduğunu sübuta yetirir. Bu fundamental elmi əsərin
alman dilində nəşri oxucu auditoriyasının genişlənməsi
baxımından xüsusi
əhəmiyyət kəsb
edir. Kitab Dağlıq Qarabağın
tarixinə, münaqişənin
başvermə səbəblərinə,
onun doğurduğu acı nəticələrə
dair obyektiv və səhih məlumatlar əldə etmək istəyən almandilli oxucular üçün dəyərli
mənbə olacaq.
Bu kitabı İsveçrə
ilə yanaşı, Almaniya və Avstriyanın onlayn kitab satışı portallarından da əldə
etmək mümkün
olacaq.
Hazırda kitabı
İsveçrədə www.buchhaus.ch,
www.orellfuessli.ch, www.lehmanns.ch, www.buch.ch, Almaniyada
www.buecher.de, www.hugendubel.de, www.osiander.de, www.buchhandel.de,
www.thalia.de, www.amazon.de, Avstriyada isə www.thalia.at, www.buchhandlung-frick-webshop.at,
www.herder.at saytlarından sifariş
etmək mümkündür.
Elgün Niftəli
Səs.- 2017.-19 may.- S.6.