Sona Vəliyevanın
poeziyasında sufi və hürufiliyə dönüş
İstedadlı şairə Sona Vəliyevanın "Arazbarı"
şeirlər kitabından sonra daha yeni bir "Dünya Tanrı biçimdədir"
adlı
kitabı
da işıq üzü gördü.
Poeziyasını mütamadi izlədiyim bu xanımın şeirləri mükəmməlliyinə,
üslubuna, insanın
daxili aləminin açılıb çözülməsində,
içindən gələn
ilahi eşq axtarışına yüksəlməsində,
etiraf etməliyəm ki, müasirlərin poeziyasından köklü
şəkildə fərqlənir. Şairə,
sanki sufi
və hürufi şairlərinin beş yüz il bundan
öncə yaşamış
ruhlarını çağırır,
bu məktəblərin
itmiş izlərinə
düşüb onları
tapmaq və diriltməkdə qətiyyət
göstərir və buna nail olur da.
Məlumdur ki, sufilərdə ilahi eşqə çatmaq üçün
dörd mərhələni
adlamaq gərəkdir. Adaşım
Yunus İmrə demişkən:
"Şəriət, Təriqət
yoludur varan
Həqiqət, Mərifət ondan
içəri"
Hürufilərdə isə Tanrı özünü hərflərdə
və rəqəmlərdə
təcəlli edir.
Maraqlıdır ki, Sona xanım
hər iki yolu vəhdətdə götürür və bu yolla İlahi
eşqin dərinliyinə
varır, əqlin və elmin birliyini
İlahi hissə və eşqə çevirməyi bacarır.
Kitabın adı "Dünya Tanrı biçimdədir". Elə kitabın
adı, artıq çox şeyi deyir, çox mətləbləri özündə
ehtiva edir, müəllifin ortaya qoyduğu ideyaya sadiqliyini göstərir.
Dünya
Tanrı biçimdəydi,
Haqqın nuru içimdəydi.
Böyük kimdi, kiçik nəydi?
Söylədirlər mən də gəldim.
Adi oxucu belə fikirləşə
bilər ki, "Dünya Tanrı biçimdədir"misrası Tanrının dünyaya sığması deməkdir. Amma Hansı
dünyaya? Burada fikrin,
eşqin dərinliyi insanı kainatın ucsuz-bucaqsız, sonu görünməyən və
bilinməyən ənginliklərinə,
dərinliklərinə aparır.
Şairə bu ənginlikləri
və dərinlikləri
dərk etmək, fəth etmək istəyir.
Burada hürufi şairi Nəsiminin
"Məndə sığarikən
cahan, mən bu cahana sığmaram"
misrası elə bil Sona xanımın
müasir və daha sadə dildə "Dünya Tanrı biçimdədir"
misrası eynilik təşkil edir desək yanılmarıq.
Bu baxımdan şairənin
"Ol" dan əvvəlki "Sözdənəm"
şeiri sufi
və hürufi şairi Şah İsmayıl Xətainin
"Yer yox ikən,
göy yox ikən ta əzəldən
var idim
Cövhərin yekdanəsindən illəri
pərgar idim"
beyti, yaxud onun:
"Haqqın qapısından girdim,
Kəndi
vücudumu gördüm,
Mərifət qazanın qurdum,
Eşqi qaynadan kürəyə.
gəraylısı, Sona xanımın
"Bəxt yazısın yazan varmış,
Çox
istəyən azdan olmuş,
Ömür almazsız nağılmış,
Gəlmişik qulaq asmağa
Mən kiməm,
kimim var burda?
Gəldim nəyi axtarmağa?
Dünya
yol üstə güzgüymüş,
Gəldim özümə baxmağa. - bəndləri ilə
oxşarlıq təşkil
edir. Sanki hər
ikisinin ilahi eşq axtarışında
yolları kəsişir,
bir-birinin ruhları şeir məclisi təşkil edib deyişməyə başlayırlar.
Xətaidə "Kəndi vücudumu
gördüm" , - Sona xanımda isə "Gəldim özümə baxmağa"
misraları dediklərimizi təsdiqləyir.
Yaxud, Xətainin;
"İki əlin qızıl qanda,
Çox
günahlar vardı məndə,
Ya İlahi, kərəm səndə
Düşgün qula nəzər eylə."
Sona Vəliyevanın;
"Əlim göydə, haqq önündə,
Duam içimdən
dərində.
İnsan
şeytan xislətində
Düşüb şeytandan qabağa"
- bəndləri
fani dünyada şeytanın əməlindən
Tanrıdan əfv dilər, kərəm eyləməsini cani-dildən
arzulayırlar. Hər ikisi
gözəl anlayır
ki, İlahi eşqə gedən yolda şeytani əməllər onların
qarşısını kəsə
bilər, amma şeytanın kəsdiyi yol dəf edilməlidir.
Odur ki, şairə yazır;
Əmanət verdiyim ruhumla,
Səndən özgəyə oxunmayan
İki əməl dəftərimlə...
Sənə dönəcəyəm...
Son əvvələ qayıdacaq.
Sona xanımın
şeirlərində Təsəvvüf
elmi duyulur. Məlumdur
ki, bu elm səkkiz hiss üzərində
qurulub: təmizlik, razılıq, səbr, işarət, qürbət,
yun paltar geyinmə, səyahət, fəqirlik. Təmizlik İbrahimə, razılıq
İshaqa, səbr Əyyuba, işarət Zəkəriyyaya, qürbət
Yəhyaya, yun paltar Musaya, səyahət İsaya fəqirlik (ehtiyac, bir Allaha ehtiyacı
olmaq) Məhəmməd
(c) peyğəmbərlərə məxsusdur.
Şairə şer yaza-yaza təvafdadır:
"Yallı" çalınır.
Yaddaş oyanır.
Bu, oyun deyil,
təvafdır, təvaf
"Ya Allah, Ya Allah".-
Sufizmin son nöqtəsi
Kamil İnsan olmaqdır. Sufizmin son qayəsi, müəyyən
zaman kəsiyində yaradılmaqla, məhrum olduğu əsl bəqa (haqla var olmaq) halının
dönüşünə hazırlıq
olaraq fəna (insaniliyin haqq nurunda yox olması,
ruhun maddilikdən azad olması) halına çatmaqdır.
Bu baxımdan onun "Milyon il əvvəl"
şeiri yuxarıda
yazdıqlarımızı təsdiqləmiş kimi olur:
Yer üzü bomboş idi,
Mənim
qəlbim kimi...
Tanrı
"Ol" dedi.
Sən qarşıma şıxdın...
Mən sən "Ol"dum...
Şeirindən də göründüyü
kimi şairə şeirlərinin içində
haqqın nuru ilə əriyir. Tanrının "Ol" u olur.
Amma, Sona Vəliyevanın şeirlərindən sufi və hürufiliklə yanaşı
şamanlıq, qamlıq
(maqlıq) da var. Zatən
bunların hamısı
həmişə vəhdətdə
olub, sadəcə olaraq şamanlıq və qamlıq islama qədər ki, dövrə aid olduğu üçün çox zaman bunları bir-birindən ayırırlar.Ancaq,
istənilən halda bunların hamısının
mənbəyində Ali İnsani
hiss və Söz durur.
Şairə Ali duyğusuna güc
verib "Söz"ün
yoluna çıxır:
Sözün qırx qapısın
açıb görərəm,
Dözümüm saçımdan asılıb
göyə.
Canım
söz içində
sehirli quşdur,
Bir igid gələcək xilas etməyə.
Açılar ömrümün köz karxanası.
Sökülər dərd yükü,
söz barxanası,
Allahla aramda körpü olası
Sətir
böyüdürəm ona
yetməyə,
Şairə sətiri böyüdüb
tanrıya çatmaq istəyir, sözün gücünü Ali hisslə
birləşdirib əqlin
və elmin nurunu yaradır:
Qalacaq ruhumun yükü sözümdə
O, məndən doymadı, doymadım ondan
Mən
"Ol"la gəlmişdim,
"Öl"lə gedirəm,
Yaşamaq ümidim
başlayar sondan
Bütovlükdə kitab çox gözəl, səmimi, insani şeirlərlə zəngindir. Burada bir ruhun, ananın
psixoloji harayı, naləsi, vətən harayı, millət harayı, sevgi harayı, torpaq harayı var. Amma bu haraylar
səssizdir. İnsan təkbaşına Tanrısı
ilə səssiz-səmirsiz
pıçıldaşdığı kimi
Oğuz
Yunus
Səs.-
2017.- 19 may.- S.10