"Gilan Holding" "Made in Azerbaijan" brendi ilə çıxış edir

"Gilan Holding" "Made in Azerbaijan" brendi ilə çıxış edir SƏS TV Bakıda sərgi keçirilir

17-19 may, 2017-ci il tarixlərində Baki Ekspo mərkəzində 23-cü Azərbaycan Qida Sənayesi Sərgisi 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfati Sərgisi keçirilir. "WorldFood Azerbaijan 2017" sərgisinin iştirakçıları qeyd edilən sektorlar üzrə öz məhsullarını təklif edirlər. Qida sənayesi üçün avadanlıqlar, qida məhsulları, meyvə-tərəvəz, mal quş əti, qəhvə çay, konservləşdirilmiş məhsullar, süd məmulatları, baqqaliyyə məmulatları, inqrediyentlər, qənnadı un məmulatları, içkilər, soyutma sistemləri, laboratoriya avadanlıqları s.

 "Made in Azerbaijan" brendi ilə çıxış edən yerli şirkətlər sərgidə fəal təmsil olunur. Belə ki, yerli eksponentlər qrupuna sərginin daimi iştirakçıları - "Gilan Holding", "Azersun Holding", "Metak" şirkətləri rəhbərlik edir, yerli meyvə tərəvəz ixracatçıları isə "Amoris" "Buta Group" şirkətlərinin timsalında təmsil olunurlar.

Gilan kənd təsərrüfatı qrupunun satış üzrə kordinatoru Rəşad Məcidov bildirib ki, bu sərgi ənənəvi olaraq keçirilir holdinq olaraq biz bu sərgidə mütəmadi iştirak edirik. Bu sərgi beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilib sərgi işgüzar əlaqələrin qurulması üçün əhəmiyyətlidir. Gilan kənd təsərrüfatı olaraq ölkənin 30 rayonunda 6 istiqamət üzrə fəaliyyət göstərir. Biz  40 adda məhsul istehsal edirik. Həmin məhsullar bu sərgidə nümayiş etdirilir. Gilan Holdinqolaraq yaxın müddət ərzində özümüzə bir strategiya müəyyən etmişik.  Bu strategiya ondan ibarətdir ki, ixracımızı, qısamüddətli zaman ərzində iki dəfə artıraq.  İxracı artırmaq üçün belə sərgilərdə işirak işgüzar münasibətlər vacibdir. Belə bir sərginin təşkili ölkələrin mövcud potensialının nümayiş etdirilməsi, yeni texnologiyaların ötürülməsində, ərzaq təhlükəsizliyinin təmin edilməsində, işgüzar münasibətlərin qurulmasında müstəsna rol oynayır.

 Qeyd edək ki, Baş ofisi Bakıda yerləşən "Gilan Holdinq" ən yeni texnologiyaların tətbiqinə istehsal prosesinin səmərəliləşdirməsinə xüsusi diqqət yetirir. "Gilan Holdinq" üç əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar  inşat, turizim, kənd təsərrüfatı, logistika gündəlik tələbat malları (FMCG) sahələrini əhatə edir. Şirkət həmçinin idman klublarının, stadionların təsislərin qurulmasına sərmayə qoyaraq, Azərbaycanda idman hərəkatının inkişafına töhfə verməyə çalışır. "Gilan Holdinq", eyni zamanda, həm şirkətə, həm onun əməkdaşlarına qarşılıqlı fayda gətirən beynəlxalq filiallar da təsis edib.

Səs.- 2017.- 19 may.- S.12