Azərbaycanda söz və mətbuat azadlığı
demokratik prinsiplərə əsaslanır
Hazırkı məqamda birmənalı
mövqe ondan ibarətdir ki, Azərbaycanda mətbuatın azad
fəaliyyəti və inkişafı üçün hər
cür şərait və imkanlar yaradılıb. Mətbuatda
fikir demək, hadisələrə münasibət bildirmək
üçün geniş imkanlar mövcuddur. Təbii ki, mətbuatın
inkişafına təkan verən amillərdən biri də
qanunvericilik bazasının yaradılmasıdır. Azərbaycan
Respublikasının Konstitusiyasında informasiya
azadlığı və onun təmin olunması dövlətimizin
ali məqsədlərindən biri kimi təsbit edilmişdir. Məlumat
azadlığının tərkib hissəsi isə informasiya əldə
etmək hüququdur. Müstəqil Azərbaycan
Respublikasının qurucusu Ulu Öndər Heydər
Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul
edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə
vətəndaşlarının söz, məlumat toplamaq,
öz rəyini sərbəst ifadə etmək hüquqları
təsbit olunub. "Kütləvi informasiya vasitələri
haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə
əsasən, Azərbaycanda kütləvi informasiya vasitələri
azaddır. Bu azadlıq ölkə vətəndaşlarının
qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq,
ötürmək, istehsal etmək və yaymaq hüququna
dövlət tərəfindən verilən təminata əsaslanır".
Qüvvədə olan qanuna əsasən, kütləvi
informasiya vasitələrinin təsis olunması, onlara sahiblik,
onların idarə edilməsi, onlardan istifadə, qanunvericililkdə
nəzərdə tutulan hallar istisna olmaqla, məhdudlaşdırıla
bilməz.
"Əkinçi" qəzetindən
başlayan müasir Azərbaycan mətbuatı
Azərbaycan xalqının söz, mətbuat
azadlığı uğrunda tarixi mübarizəsinin real məzmun
kəsb edərək, praktik surətdə gerçəkləşməsi
isə XIX əsrin əvvəllərinə təsadüf edir.
Bakıda ilk rus qəzetinin nəşrinədək Azərbaycan
xalqının iqtisadi və mədəni həyatına aid
faktları Tiflisdə çıxan rus qəzetləri əks
etdirirdi. XIX əsrin 20-ci illərindən
başlayaraq "Tiflisskiye vedomosti", "Zakavkazski
vestnik", "Kavkaz", "Novoye obozreniye" və
başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi
həyatına aid yazılar əhəmiyyətli yer tuturdu.
1832-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr
olunan belə qəzetlərdən biri də "Tiflis əxbarı"
qəzeti idi. Lakin çarizmin ideoloji-siyasi təsiri
altında olan bu qəzetlərin mövcudluğu ilə
barışmayan Azərbaycan xalqı özünün milli mətbuatını
yaratmaq üçün uzun illər mübarizə aparmalı
olmuşdur. Məhz bu mübarizənin nəticəsi
olaraq, 1875-ci il iyulun 22-də görkəmli ədib və
ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və
baş redaktorluğu ilə Azərbaycanın ilk mətbuat
orqanı - "Əkinçi" qəzeti işıq
üzü görmüşdür. Zərdabi
və onun məsləkdaşları Azərbaycan
xalqını gerilikdən çıxarmaq, cəhalət və
mövhumata ağır zərbə vurmaq, yeniliyi təbliğ
etmək kimi çətin vəzifəni üzərlərinə
götürmüşdülər. "Əkinçi"nin
səhifələrində xalqa zülm edən bəylər
və mülkədarlar kəskin tənqid edilir, insanların
elm, təhsil, savad alması, maariflənməsinin vacibliyi
geniş təbliğ edilirdi. Məhz buna görə də qəzet
çarizmin aşkar təzyiq və təhdidləri ilə
üzləşir, çapına ciddi maneələr törədilirdi.
Bu təzyiqlərin şiddətlənməsi nəticəsində
Həsən bəy Zərdabi 1877-ci ildə
"Əkinçi"nin nəşrini dayandırmalı
oldu. Görkəmli ziyalı 1905-ci ildə
"Həyat" qəzetində çap etdirdiyi "Rusiyada əvvəlinci
türk qəzeti" adlı məqaləsində
"Əkinçi"ni nə məqsədlə nəşr
etdiyini, qarşıya çıxan çətinlikləri,
çar senzurasının təqiblərini açıb
göstərmişdir.
Qəbul edilən demokratik qanunlar mətbuatın
inkişafına xidmət edir
Ulu Öndər Heydər Əliyevin
1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışı mətbuatımızın
inkişaf tarixində də yeni bir mərhələnin əsasını
qoydu. Ümummilli Lider Heydər Əliyev müstəqil mətbuatın
inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək,
bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, milli və bəşəri dəyərləri
rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və
aşkarlığın mühüm vasitəsi kimi
xalqımıza öz ali məqsədlərini həyata
keçirmək yolunda bələdçi olub, müstəsna
xidmətlər göstərib. "Mətbuat
cəmiyyətin güzgüsüdür"
çağırışı Ulu Öndərin ən
çox dəyər verdiyi ifadələrdən idi. Əsl,
peşəkar jurnalistlərdən əsas tələbi də
bu idi ki, heç vaxt, heç bir ləkə bu
güzgünün təmizliyinə və saflığına
ləkə gətirməsin. Humanist olduğu qədər
ədalətsizliyə, əsası olmayan saxta informasiyalara,
böhtan və yalanlara qarşı barışmaz olan
Ümummilli Lider Heydər Əliyevin mübarizliyi bu sahədə
də özünü büruzə verirdi. Ulu
Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı
ilə təsdiq edilmiş "İnsan hüquqlarının
müdafiəsinə dair Dövlət Proqramı", həmçinin,
1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan
Respublikasında söz, fikir və mətbuat
azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə
söz, mətbuat, fikir azadlıqlarının təminatına
əlverişli şərait yaratmış, Müstəqil
Dövlətlər Birliyi məkanında, ilk dəfə
olaraq, Azərbaycanda senzura ləğv olunmuşdur. 2000-ci ildə
Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması
isə dövlətin mətbuat üzərində
nəzarətinə tamamilə son qoymuşdur. 1999-cu ildə
"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan
Respublikasının Qanununun, sonrakı dövrlərdə isə
"Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında", "Məlumat
azadlığı haqqında", "İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında", "Ətraf mühitə dair informasiya almaq
haqqında" Azərbaycan Respublikasının
qanunlarının qəbul edilməsi ilə kütləvi
informasiya vasitələri cəmiyyətin dinamik şəkildə
demokratikləşməsinə təsir edən qüdrətli
vasitəyə çevrilmişdir. Dahi şəxsiyyətin
2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən
"2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin
maddi-texniki şəraitinin
yaxşılaşdırılması üçün Tədbirlər
Proqramı" isə bu sahənin maddi-texniki bazasının
gücləndirilməsində mühüm rol
oynamışdır. "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən
biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin
davam etdirilməsi və müasir beynəlxalq təcrübə
ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin
yaxşılaşdırılması, onların
imkanlarından respublikada hüquqi dövlət
quruculuğu, vətəndaş cəmiyyətinin
formalaşdırılması və inkişafı, demokratik
islahatların həyata keçirilməsində səmərəli
istifadə edilməsindən ibarətdir" söyləyən
Ulu Öndər Heydər Əliyev azad mətbuatın
inkişafına diqqət göstərərək,
uğurlu nəticələrə nail olmuşdur. Ulu Öndər Heydər Əliyev Azərbaycanda milli
mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki
xidmətlərinə görə 2002-ci ildə "RUH" Azərbaycan
Jurnalistləri Müdafiə Komitəsi tərəfindən
"Jurnalistlərin dostu" mükafatına layiq
görülmüşdür.
Ölkə Prezidenti İlham
Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası
Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması, Nizamnaməsinin təsdiq edilməsi də mətbuatın
inkişafına göstərilən diqqət və
qayğının bariz nümunəsidir. Milli
mətbuatımızın 135 illiyinin ölkəmizdə
dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin
mənzil şəraitinin
yaxşılaşdırılması, fəxri adlarla təltif
olunmaları haqqında sərəncamların imzalanması və
bu kimi biri-birindən əhəmiyyətli addımlar qeyd etdiklərimizin
təsdiqidir. Milli mətbuatımızın
138 illiyində jurnalistlər üçün tikilmiş
binanın istifadəyə verilməsi, eyni zamanda, "Azərbaycan
mətbuat işçilərinin sosial müdafiəsinin
gücləndirilməsinə dair əlavə tədbirlər
haqqında" növbəti Sərəncamın
imzalanması, mətbuatın yaradılmasının 140 illiyi
münasibəti ilə onlarla jurnalistin Prezident İlham
Əliyevin Sərancamı ilə dövlətin orden və
medalları ilə, fəxri fərmanlarla təltif edilməsi
mətbuatın inkişafına və jurnalistlərin əməyinə
verilən qiymətin davamlılığının nəticəsidir.
Bu gün Ulu Öndərin mətbuat
və söz azadlığı sahəsindəki mütərəqqi
siyasəti Azərbaycan Respublikasının Prezidenti Cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir,
kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti,
jurnalistlərin öz iradələrini azad şəkildə
ifadə etmələrii üçün hərtərəfli
şərait yaradılır. Söz və mətbuat
azadlığını yüksək qiymətləndirən
ölkə Prezidenti demişdir: "Bütövlükdə,
söz və informasiya azadlığı hər bir ölkə
üçün, ölkənin inkişafı
üçün ən vacib olan məsələlərdən
biridir. Söz və informasiya azadlığı,
demokratiyanın inkişafı, hüquqi dövlətin
qurulması Azərbaycanda çox vacib olan məsələlərdir.
Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox
böyük və uğurlu yol keçmişdir". Ulu
Öndər Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı
Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə
başladığı ilk gündən azad mətbuatın
inkişafına yönəlmiş bu siyasətə sadiq
olduğunu atdığı addımları ilə təsdiqlədi.
"Azərbaycan Respublikasında Kütləvi İnformasiya
Vasitələrinin inkişafına Dövlət Dəstəyi
Konsepsiyası" buna əyani sübutdur. "Söz və mətbuat
azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən
biridir. Zəngin tarixi və mütərəqqi ənənələri
olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi
dövlət və vətəndaş cəmiyyəti
quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm
vasitəsi kimi çıxış edir. Cəmiyyətdə
aşkarlığın və şəffaflığın təmin
edilməsində, aktual ictimai problemlərin ümumxalq
müzakirəsinə çıxarılmasında, sosial ədalət
prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının
rolu xüsusi qeyd olunmalıdır" - deyən Prezident
İlham Əliyevin bu fikirləri dövlət
başçısının ölkəmizdə mətbuat
azadlığının ən böyük təminatçısı
olduğunu bir daha nümayiş etdirir.
İ.ƏLİYEV
Səs.-
2017.- 20 may.- S.11