Ölkəmizə turistlərin cəlb edilməsi baxımından ideal imkanlar yaradılıb

Ölkə iqtisadiyyatına ən böyük gəlir gətirən sahələrindən biri olan turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi digər istiqamətlərdə dövlət tərəfindən məqsədyönlü işlər görülməkdədir. Davamlı olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramlarında turizmin inkişafına xidmət edən kompleks tədbirlər həyata keçirilir.

"Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində turizmin daha da  inkişaf etdirilməsi əksini tapıb. Məqsədyönlü səylər nəticəsində Bakı şəhəri qısamüddətli uçuş məsafəsində yerləşən 90 milyondan artıq əhalinin yaşadığı 26 şəhəri əhatə edən potensial turizm tələbat qrupundan əhəmiyyətli dərəcədə bazar payı əldə edə biləcək. Bütün bunlarla yanaşı, 2025-ci ilə qədər Avropanın iri şəhərlərini əhatə edən birbaşa uçuşların sayı 49-dan 100-ə çatdırılacaq. Bütün görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycana son üç ayda gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. Dövlətin siyasəti, ünvanlı layihələr nəticəsini verir. Viza rejiminin sadələşdirilməsi ölkəyə turist axınının artmasına təsirini göstərir.

Bu gün artıq cari ilin yanvarından fəaliyyətə başlayan "ASAN Viza" vasitəsilə turistlər Azərbaycana maneəsiz gələ bilirlər. Bu sistem vasitəsilə Azərbaycana səfər edən ölkələrin siyahısı genişlənməkdədir. Körfəz ölkələri, eləcə Çin, Koreya Respublikası, Yaponiya, Malayziya, Sinqapur ilə münasibətdə sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsirini göstərib. Bu ölkələrin əksəriyyətindən Azərbaycan gələn müsəlman turistlərin sayında əsaslı artım qeydə alınıb. Fəaliyyətə başladığı ilk aylarda "ASAN viza" portalı vasitəsilə e-viza verilən ölkələrin sayı 81 idisə, bu gün isə 93 ölkəni əhatə edir.

BAKIDA KEÇİRİLƏN "FORMULA-1" AVROPA QRAN-PRİSİ YARIŞLARINI DÜNYANIN 187 ÖLKƏSİNDƏ 500 MİLYONDAN ÇOX AZARKEŞ TELEVİZİYA VASİTƏSİLƏ İZLƏDİ

Ölkəmizdə təhlükəsizliyin, əmin-amanlığın hökm sürməsi, beynəlxalq tədbirlərin təşkili, qlobal forumlar, humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları, iqtisadi forumlar, idman yarışları s. turistlərin ölkəmizə axınına səbəb olub. Avropa Oyunları, "Eurovision", "Formula-1" turistlərin axınında əsas amillər sırasındadır. Artıq bir neçə gündən sonra ölkəmizdə yenidən  "Formula-1" yarışlarına start veriləcək. Ötən il Bakıda keçirilən "Formula-1" Avropa Qran-prisi yarışlarını dünyanın 187 ölkəsində 500 milyondan çox azarkeş televiziya vasitəsilə izlədi. "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə etdi. Amerika, Avropa, Avstraliya, Asiya Afrika ölkələrinin televiziya kanalları yarışları müntəzəm yayımladılar. Beş yüz milyon televiziya tamaşaçısının Avropa Qran-prisində dünyanın ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış oldu, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı haqqında geniş məlumat əldə edə bildilər. ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın, Fransanın, İspaniyanın, Avstraliyanın, Braziliyanın, Portuqaliyanın, Almaniyanın, İtaliyanın, Cənubi Afrika Respublikasının, Rusiyanın, Yaponiyanın, Polşanın, Hindistanın məşhur televiziya kanalları Bakı Qran-prisini yayımlamaqla yanaşı, paytaxtımıza həsr olunan 200-ə yaxın reportaj materiallar hazırladılar. Azərbaycanın beynəlxalq nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, qədim tarixi abidələrimiz diqqətdən kənarda qalmadı.

"FORMULA-1" KİMİ BİZİM TURİZM POTENSİALINA DƏSTƏK VERƏN İKİNCİ BEYNƏLXALQ TƏDBİR OLA BİLMƏZ"

Yarım milyarda yaxın insanın televiziya vasitəsilə birbaşa izlədiyi yarışların keçirildiyi məkan şəhər halqası olduğundan onlar təkcə avtomobilləri deyil, inkişaf etmiş Bakının gözəlliyini ətraflı görə biliblər. "Formula-1"-in Azərbaycanı dünyaya tanıtmaq üçün ən yaxşı kimi dəyərləndirildi. "Formula-1" yarışı ölkəmizin təbliği, eləcə turistlərin cəlb edilməsi baxımından ideal imkanlar yaratmış oldu. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Formula-1" kimi bizim turizm potensialına dəstək verən ikinci beynəlxalq tədbir ola bilməz: "...ikinci belə beynəlxalq tədbir ancaq Yay Olimpiya Oyunları ola bilər. Amma Yay Olimpiya Oyunları bir dəfə keçirilir. Özü o qədər böyük - milyardlarla vəsait tələb edir. Ancaq "Formula-1" hər il keçirilir. Artıq bütün infrastruktur var. Əlbəttə ki, turizmin inkişafı bundan sonra da sürətlə getməlidir".

Dövlətin turizmə yaxından diqqəti qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır. Məhz dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur.

Azərbaycanın müsbət turizm imicinin yaradılması turizm məkanı kimi tanıdılması istiqamətində aparılan məqsədyönlü tədbirlər ölkəyə gələn turistlərin sayının artımına öz töhfəsini verib.

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2017.- 24 may.- S.12