“Müstəqil
Azərbaycan dövləti
Xalq Cümhuriyyətinin
varisidir”
YAP Xəzər rayon təşkilatında
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
99-cu ildönümü ilə
bağlı tədibr
keçirildi
Yeni Azərbaycan
Partiyasının (YAP) Xəzər
rayon təşkilatında
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının
99-cu ildönümü münasibəti
ilə toplantı keçirilib. SİA-nın verdiyi məlumata görə, toplantını giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının
sədri, Siyasi Şuranın üzvü Namiq Əhmədov Xalq Cümhuriyyətinin yaranması faktorlarına toxunaraq qeyd edib ki, 1918-ci ilin 28 may tarixinə
qədər Azərbaycan
çətin vəziyyətdə
idi və həmin dövrlərdə
paytaxt Bakı da daxil olmaqla
xarici qüvvələr,
o cümlədən erməni
daşnakları öz
mənfur işğalçılıq
siyasətlərini yürüdərək
ölkəni zəbt etmək üzrəydilər.“Həmin ərəfələrdə
Rusiyanın çar hökuməti inqilab
vasitəsilə devrilmişdi
və nəticədə
Azərbaycan, Gürcüstan
və Ermənistan olmaqla Zaqafqaziya Federasiyası yaradıldı”,
- deyə qeyd edən Namiq Əhmədov baş verən ardıcıl siyasi hadisələr bu federasiyanın da dağılması ilə nəticələndi:
“Yaranan müstəqil
respublikalar içində
Azərbaycan da var idi və
Bakı şəhəri
işğalçıların əlində olduğuna görə, hökumətin
qurulması prosesi Gəncədə baş tutdu. Sonra Azərbaycan
xalqının şücaəti
nəticəsində Bakı
işğaldan azad edildi və hökumət paytaxta köçürüldü”.YAP
Xəzər rayon təşkilatının sədri
müstəqil Azərbaycanın
parlamentinin yaranması
tarixinə də toxunaraq Məmməd Əmin Rəsulzadənin,
Fətəli xan Xoyskinin və s. tarixi şəxsiyyətlərin
bu məsələdə
aparıcı rol aldıqlarını deyib və qeyd edib
ki, o dövrdə aparılan ardıcıl işlər
nəticəsində Azərbaycanın
gerbi, himni və dövlət bayrağı qəbul olundu. Lakin 23 ay ömrü
olan Azərbaycan Xalq Cümhuriyyəti
1920-ci ilin 28 aprel tarixində süquta uğradı.“Bu gün müstəqil Azərbaycanımız məhz
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq inkişaf və tərəqqi yolunu tutmaqdadır”, - deyə vurğulayan Namiq Əhmədovun sözlərinə görə, məhz xalqımızın Ulu Öndəri Heydər Əliyevin qətiyyəti,
iradəsi sayəsində
1991-ci ildə bərpa
edilən müstəqilliyimizin
itirilmək təhlükəsi
aradan qaldırıldı:
“Bu gün Heydər Əliyevin layiqli davamçısı
Prezident İlham Əliyev müstəqil Azərbaycanımızın inkişaf
yolunu uğurla davam etdirməklə yanaşı, onun adını dünyanın
bütün ölkələrində
tanıdıb. Həmçinin,
cənab İlham Əliyev Azərbaycanın
tarixini yaşadan mühüm qərarlara imza atmaqda davam
edir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin
100 illik yubileyinin təntənəli şəkildə
keçirilməsi buna
bariz sübutdur. Artıq, gələn il Xalq Cümhuriyyətinin
100 illik yubileyinin keçirilməsi ilə bağlı dövlət başçımız sərəncam
imzalayıb və xalqımız qarşıdan
gələn ildə bu bayramı böyük təntənə
ilə qeyd edəcək”.Çıxış
edənlər – YAP Xəzər rayon təşkilatının
sədr müavini Zeynəb Əliyeva, Xəzər rayon Ziyalılar Cəmiyyətinin
sədri Təvəkkül
Səlimov çıxışlarında
99 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
ilə bağlı bir sıra tarixi
aspektlərə toxunaraq,
bu tarixin ümumilikdə Azərbaycan
xalqı və dövlətçiliyi
üçün önəmli
və qürur mənbəyi olduğunu vurğulayıblar.
Səs.-
2017.- 25 may.- S.7