Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının növbəti IX konfransı keçirilib

 

Dünən Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının növbəti IX konfransı keçirilib. Konfrans iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Rayonun  Mədəniyyət Mərkəzinin iclas zalında davam etdirilən konfransda iştirakçılar rayonun ictimai-siyasi iqtisadi-mədəni həyatından bəhs edən video-çarxa baxıblar.

Eyni zamanda, konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayon təşkilatının VIII konfransından sonrakı dövrdə vəfat etmiş YAP üzvlərinin xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Konfrans açıq elan olunduqdan sonra Dövlət Himni səsləndirilib.

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov VIII konfransdan ötən dövr ərzində rayon təşkilatının fəaliyyəti qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, artıq 25 ildir ki, Yeni Azərbaycan Partiyası sıralarında birləşdirdiyi 700 min nəfərədək partiya üzvləri ilə birlikdə ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərməklə təkcə regionun deyil, artıq uzun tarixə malik böyük dövlətlərdə fəaliyyət göstərən siyasi partiyalarla sıx əlaqə quran siyasi təşkilata çevrilmişdir. YAP Tərtər rayon təşkilatı rayonun sosial -iqtisadi, siyasi mədəni həyatında yaxından iştirak edərək, hər bir YAP üzvünün nümunə olmalarına çalışır.

Məruzə ətrafında YAP Tərtər rayon təşkilatı qadınlar şurasının sədri Xatirə Məmmədova, rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, rayon Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Xeyri Həcər, Bəyimsarov kənd xəstəxanasının baş həkimi Hicran Hüseynova çıxış ediblər.

YAP Siyasi Şurasının üzvü, Ekologiya Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov konfransda çıxış edərək, YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi çətin şərəfli yoldan, partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edərək, vurğuladılar ki, məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində, Azərbaycan dövləti parçalanmadan, anarxiya, xaos tənəzzüldən qurtularaq, bugünkü vəziyyətə gəlib çıxmışdır. Qeyd olundu ki, nail olduğumuz müstəqillik bu gün möhtərəm Prezidentimiz, YAP-ın Sədri İlham Əliyevin yürütdüyü daxili xarici siyasət nəticəsində, daha da möhkəmlənmiş, Azərbaycanın müstəqilliyi əbədilik qazanmışdır. Çıxışlardan sonra, konfrans təşkilati məsələlərə baxdı. Açıq səsvermə yolu ilə rayon təşkilatının 31 nəfərdən ibarət şurası, 13 nəfərdən ibarət idarə heyəti, 5 nəfərdən ibarət isə nəzarət-təftiş qrupu təsdiqləndi. Ramiz Şabanov yenidən Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri seçildi.

 

Rəfiqə

Səs.- 2017.- 25 may.- S.6.