Mədəniyyət və turizm naziri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini
dinləyib
Mayın 30-da mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Xaçmazda şimal bölgəsindən olan vətəndaşlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən
əvvəl Əbülfəs
Qarayev Xaçmaz şəhərinin mərkəzində
ümummilli lider Heydər Əliyevin abidəsi önünə
gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində
nazirliyin məsul əməkdaşlarının iştirakı
ilə keçirilən
görüşdə Quba,
Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından
olan 30-dan artıq vətəndaşın müraciətlərinə
baxılıb.
Müraciətlər yerlərdə mədəniyyət
müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması,
tarixi-mədəni abidələrin
təmir-bərpası, bölgələrdə
turizmin təşviqi və digər məsələlərlə bağlı
olub.
Xaçmaz rayonundan qəbula yazılan vətəndaşlar
regionda turizmin inkişafına dəstəyin
artırılması, Turizm
İnformasiya Mərkəzində
bələdçilərə ehtiyac olduğunu nəzərə alaraq xarici dil kurslarının
təşkil olunması,
özfəaliyyət və
xalq kollektivləri üzvlərinə fəxri
adların verilməsi
barədə xahişlərini
diqqətə çatdırıblar.
Quba sakinləri rayonda sağlamlıq turizminin inkişaf etdirilməsi, etnoqrafiya muzeyinin yaradılması, “Şahdağ”
xalq mahnı və rəqs kollektivinə milli geyimlərin verilməsi, Xınalıq Dövlət
Tarix-Memarlıq və
Etnoqrafiya Qoruğu üçün yeni inzibati binanın tikilməsi, işlə təmin olunma kimi məsələlərlə
bağlı müraciət
ediblər.
Qusar rayonundan qəbula gələnlərin müraciətləri
Şahdağ Turizm Mərkəzi ilə rayonun mədəniyyət
müəssisələri arasında,
eləcə də turizm obyektləri ilə turizm şirkətləri arasında
əlaqələrin genişləndirilməsi,
rəssamlıq emalatxanası
və rəsm əsərlərinin sərgi-satış
salonunun yaradılması,
turizm obyektlərinin ixtisaslı kadrlarla təmin olunması və digər məsələlər barədə
olub.
Şabran
rayonu sakinləri tərəfindən Çıraqqala
Tarix-Memarlıq Qoruğu
ərazisində mühafizə
köşklərinin qurulması,
rayon Mədəniyyət Mərkəzində
fəaliyyət göstərən
dram kollektivinə xalq
teatrı statusunun verilməsi, muzey bələdçiləri üçün
xarici dil kurslarının təşkili
xahiş edilib.
Siyəzən rayonundan qəbula yazılanlar rayondakı Heydər Əliyev Mərkəzinin ekspozisiyasının
zənginləşdirilməsi, rayon Mədəniyyət Mərkəzinə
milli geyimlərin verilməsi və digər məsələlər
barədə müraciətlərini
diqqətə çatdırıblar.
Qəbulda vətəndaşların müraciətlərinin
bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər
isə araşdırılması
üçün nəzarətə
götürülüb və
lazımi tədbirlərin
görülməsi ilə
bağlı müvafiq
tapşırıqlar verilib. Nazirliyin fəaliyyət
dairəsinə aid olmayan
müraciətlər aidiyyəti
qurumlara çatdırılmaq
üçün qeydiyyata
alınıb.
Nazir Əbülfəs
Qarayev jurnalistlərə
müsahibəsində dövlətimizin
başçısının tapşırığı ilə
yerlərdə mütəmadi
olaraq keçirilən
bu cür görüşlərin əhəmiyyətini
diqqətə çatdırıb. Qeyd edib
ki, ötən görüşlərdə olduğu
kimi, bu dəfə də vətəndaşlar tərəfindən
maraqlı təkliflər,
təşəbbüslər irəli sürülüb.
Nazir tarixi-mədəni irsin qorunması və bərpası, muzeylərdə
ekspozisiyaların yenilənməsi,
eləcə də turizm sahəsi ilə bağlı təşəbbüsləri xüsusi
qeyd edib. Regionlarda turizmin inkişaf etdirilməsinin Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olduğunu
vurğulayan nazir bununla bağlı səslənən təkliflərin
nəzərdən keçiriləcəyini
deyib.
Sonra Xaçmaz
şəhərində nazir
Əbülfəs Qarayevin
iştirakı ilə
Mədəniyyət və
Turizm Nazirliyinin
regional idarələrinin fəaliyyətinə
həsr olunmuş müşavirə keçirilib. Müşavirədə nazirliyin struktur bölmə rəhbərləri,
Bakı Şəhər
Mədəniyyət və
Turizm Baş İdarəsi və
regional mədəniyyət və turizm idarələrinin rəisləri,
məsul əməkdaşları
iştirak edib.
Tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan
regional idarələrin əldə
etdiyi nəticələr
təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin regional idarələrin paytaxtda keçirilən beynəlxalq
tədbirlərdə iştirakı
dəyərləndirilib.
Nazir müşavirəni
açaraq ölkəmizdə
mədəniyyət və
turizm sahəsində həyata keçirilən
tədbirlər haqqında
geniş məruzə
ilə çıxış
edib. Bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında”
29 mart 2016-cı il tarixli
Sərəncamına uyğun
olaraq yaradılan Bakı Şəhər Mədəniyyət və
Turizm Baş İdarəsi, o cümlədən
15 regional mədəniyyət və turizm idarəsinin fəaliyyətinin
gücləndirilməsi istiqamətində
çox vacib işlər həyata keçirilir. Bu ilin
əvvəlindən fəaliyyətə
başlayan regional idarələr
mədəniyyət və
turizm sahələrində
daha çevik idarəçiliyin təmin
olunmasına xidmət
edir.
Vurğulanıb ki, mütəmadi olaraq təşkil olunan belə müşavirələr görülən
işlərin təhlil
olunması və qarşıya çıxan
çətinliklərin aradan
qaldırılması baxımından
olduqca əhəmiyyətlidir.
Əbülfəs Qarayev ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən işlərdən
danışaraq qeyd edib ki, regionlarda
turizm sənayesinin inkişafı, turizm klasterlərinin yaradılması
istiqamətində görülən
tədbirlər davam etdirilir. Bildirilib ki, ölkəmizə
gələn turistlərin
sayının artırılması,
onlara göstərilən
mədəni xidmətlərin
səviyyəsinin yüksəldilməsi
istiqamətində vacib
tədbirlər görülür.
Regional idarələr də yerlərdə, turizm məkanlarında, açıq havada təşkil etdikləri konsert və sərgilərin sayını
artırmalıdırlar. Regional mədəniyyət və turizm idarələri ölkəmizin
mədəni, tarixi dəyərlərinin, turizm
imkanlarının xarici
qonaqlara tanıdılması
və təbliği işində yaxından iştirak etməlidir.
Regionlardakı mədəniyyət müəssisələri, rəqs
və musiqi kollektivləri bu işlərə daha da fəal qatılmalıdır.
Müşavirədə həmçinin yay turizm mövsümünə hazırlıq,
yeni turizm marşrutlarının yaradılması
istiqamətində müvafiq
tapşırıqlar verilib.
Regional idarələrin işinin təşkili üçün islahatların
davam etdiriləcəyini
deyən nazir əlavə edib ki, mövcud problemlərin aradan qaldırılması, müvafiq
sənədləşmə işlərinin həyata keçirilməsi, müraciətlərə
baxılması və
vaxtında öz həllini tapması diqqətdə saxlanılır. Regionlarda mədəniyyət
müəssisələri arasında
əlaqələrin, qonşu
rayonların mədəniyyət
kollektivlərinin mübadiləsinin
təşkili, kollektivlərdə
çalışanların əməyinin qiymətləndirilməsi
kimi məsələlərə
də önəm verilməlidir.
Sonda nazir yerlərdə mədəniyyət
və turizm xidmətlərinin günün
müasir tələbləri
səviyyəsində qurulmasının
vacibliyini bir daha diqqətə çatdırıb.
Müşavirədə çıxış edənlər
mövcud problemlərin
həlli, mədəniyyət
müəssisələrinin fəaliyyətinin optimallaşdırılması,
tələblərə uyğun
gəlməyən müəssisələrin
gələcək fəaliyyəti
barədə təkliflərin
hazırlanıb həyata
keçirilməsi haqqında
fikirlərini bildiriblər.
Regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti
ilə bağlı təkliflər səslənib,
qarşıda duran vəzifələrin icrası
nəzərdən keçirilib,
fikir mübadiləsi aparılıb. İdarə rəhbərlərinə işlərinə daha ciddi yanaşmaları və səmərəli fəaliyyət göstərmələri
üçün tapşırıqlar
verilib.
Səs.-
2017.- 31 may.- S.8-9.