Belarus və Ukrayna opera ulduzları Bakıda çıxış
ediblər
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında italyan klassik operasının ən dəyərli nümunələrindən biri
C.Verdinin “Riqoletto” operası növbəti dəfə nümayiş olunub.
Teatrın mətbuat
xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində
Riqoletto partiyasını
milli vokal sənətimizin istedadlı
nümayəndəsi Almaniyanın
Manheym Milli Opera Teatrında müqavilə ilə çalışan həmyerlimiz,
Xalq Artisti Əvəz Abdullayev ifa edib.
Həmçinin, səhnə əsərində
Xalq Artisti Əli Əsgərov (Sparafuçille) və gənc solist Nina Makarova (Maddalena) da çıxış
ediblər.
Tamaşada əsas
partiyalardan biri olan Cilda partiyasını
isə Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının
solisti, vokalçıların
beynəlxalq müsabiqələr
laureatı Tatyana Qavrilova canlandırıb. Eyni zamanda, Ukrayna
Milli Operasının solisti, Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq
müsabiqələr laureatı
Dmitri Kuzmin operada Hersoq rolunu ifa edib.
Xalq Artisti,
professor Cavanşir Cəfərovun idarə etdiyi opera aktyorların
ifasında tamaşaçıya
inandırıcı ştrixlərlə,
olduqca maraqlı tərzdə çatdırılıb.
Səs.-
2017.- 14 noyabr.- S.3.