Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyəti olan partiya
adlı tədbir keçırildı.
Noyabrın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar
Şurasının təşəbbüsü
ilə partiyanın 25
illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlətçilik
tarixində mühüm
əhəmiyyəti olan
partiya” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər
verir ki, YAP Yasamal rayon təşkilatının
qərargahında keçirilən
tədbirin iştirakçıları
əvvəlcə ümummilli
lider Heydər Əliyevin büstünün
önünə gül
dəstələri qoyub,
xatirəsini ehtiramla yad ediblər.
Dövlət himninin səsləndirilməsindən
sonra YAP-ın 25 illik fəaliyyətinə
həsr edilən film nümayiş olunub.
YAP Qadınlar
Şurasının sədri,
partiyanın İdarə
Heyətinin üzvü,
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva tədbirdə çıxış
edərək bildirib ki, bu günlər
xalqımız partiyamızın
yaradılmasının 25-ci ildönümünü böyük
təntənə ilə
qeyd edir. Bunun çox böyük mənası var. 1992-ci il tariximiz üçün,
xalqımız üçün
sınaq dövrü idi. Çünki Azərbaycan parçalanmaq
təhlükəsi ilə
üz-üzə qalmışdı.
İnsanlar həmin dövrdəki rəhbərliyin
qurtuluş yolu tapacağına inanmırdılar.
Ona görə də ölkədə təbəddülatlar, hərc-mərclik
baş alıb gedirdi. Məhz belə bir dövrdə insanların mənəvi gücünü
səfərbər etmək
üçün ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını
yaratdı. Ulu Öndər əmin idi ki, bu
partiyanın sıralarına
məhz ölkənin
ən kamil, vətənpərvər, ziyalı
insanları daxil olacaq.
Nurlana Əliyeva
qeyd edib ki, ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki nüfuzuna,
onların mənəvi
potensialına, dərin
müşahidəsi və
həyati biliyinə bələd idi. Odur ki, bu
zərif, həm də çox güclü zümrənin
dövlətçiliyimizin və müstəqilliyimizin
çətin yollarında
böyük dayaq olacağına inanırdı.
Bu inam ilə
1995-ci ildə YAP Qadınlar
Şurası yaradıldı.
“Bir zamanlar
YAP ümid partiyası
idi, indi isə inam partiyasıdır”,
- deyən
N.Əliyeva bildirib
ki, ulu öndər
Heydər Əliyevin qeyd etdiyi kimi,
müstəqilliyi qazanmaq
asandır, onu qoruyub saxlamaq isə daha çətindir.
Müstəqilliyimizin qorunub
saxlanılmasında Yeni
Azərbaycan Partiyasının
rolu böyükdür.
Bu gün Azərbaycan dünyada böyük nüfuz qazanan bir ölkəyə
çevrilib.
N.Əliyeva Azərbaycanın
Birinci vitse-prezidenti,
YAP Sədrinin müavini
Mehriban Əliyevanın
çoxşaxəli fəaliyyətinin
hər bir qadın üçün örnək olduğunu deyib. O, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin Azərbaycan qadınları
tərəfindən birmənalı
şəkildə dəstəkləndiyini
vurğulayıb.
Milli Məclisin sədr
müavini, YAP İdarə
Heyətinin üzvü
Bahar Muradova partiyanın 25 illik yubileyi münasibətilə
təbriklərini çatdırıb.
Ölkəmizin hər
yerində bu münasibətlə tədbirlərin
keçirildiyini deyən
Bahar Muradova partiyanın yubileyini ümumxalq bayramı kimi səciyyələndirib.
Milli Məclis
sədrinin müavini
YAP-ın Azərbaycanın
siyasi həyatındakı
əhəmiyyətli yerindən
və rolundan bəhs edib. O, partiyanın yaranması və uğurlu siyasi fəaliyyəti ilə Azərbaycanın düşdüyü çətin
vəziyyətdən xilas
edildiyini, xalqımızın
nicat yoluna çıxdığını vurğulayıb. Bildirib ki, müxalifət partiyası kimi yaranan YAP-ın qısa müddətdə
iqtidara gəlməsi Azərbaycan xalqının
ümummilli liderimiz Heydər Əliyevə böyük inamından qaynaqlanırdı.
YAP İdarə Heyətinin üzvü ölkəmizin qazandığı
nailiyyətlərdən danışaraq
bunun təməlində
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin durduğunu söyləyib.
O, xalqımızı, o cümlədən
Azərbaycan qadınlarını
Heydər Əliyev ideyaları ətrafında
sıx birləşməyə
çağırıb.
Bahar Muradova
bildirib ki, Azərbaycan uzun illər yaşadıqca məfkurə daşıyıcısı
olan Yeni Azərbaycan Partiyası və onun qazandığı
nailiyyətlər haqqında
dönə-dönə danışacağıq.
Bu haqqı YAP öz fəaliyyəti, xalq qarşısında üzərinə götürdüyü
öhdəliklər, Ümummilli
Liderimizin yaratdığı
siyasi məktəbin ideya istiqamətlərinə
sadiqliyi ilə qazanıb. Buna görə də xalqın partiyamıza olan inamı, etimadı ildən-ilə artır. Bu gün biz ulu
öndər Heydər
Əliyevin xatirəsini
böyük ehtiramla yad edirik. Biz
Ümummilli Liderimizin fəaliyyəti, fədakarlığı
və qəhrəmanlığı
nəticəsində Azərbaycanın
müstəqilliyinin əbədi
və dönməz olacağına inandıq və bunu real
həyatda gördük.
Bahar Muradova bildirib ki, 700 mindən çox üzvü olan YAP Heydər Əliyev ideyalarının
gələcək nəsillərə
çatdırılması naminə əzmlə mübarizə aparır.Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova bildirib ki, YAP-ın yaradılması xalqımızın
siyasi həyatında ən mühüm hadisədir. Tarix baxımından 25 il qısa bir zaman
kəsiyi olsa da, bu partiyanın
gördüyü işlər
və dünyada qazandığı nüfuz
çox böyük əhəmiyyətə malikdir.
Biz hamımız bu partiyanın üzvü olmaqdan fəxr edirik. XX əsrin 90-cı illərinin
əvvəlində yaradılan
YAP ümummilli liderimiz
Heydər Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində xalqın böyük nüfuzunu qazandı.
Hicran Hüseynova
Azərbaycan qadınının
fəaliyyətinin partiyaya
uğurlar gətirdiyini
qeyd edərək deyib ki, YAP bu
baxımdan da digər partiyalara örnəkdir. Hazırda Azərbaycanın ictimai həyatının bütün
sahələrində qadınların
sayı və rolu getdikcə artır. Bu, Azərbaycan Prezidentinin qadınlara yüksək qayğısının və
etimadının daha bir göstəricisidir.
Ölkənin bütün sahələrində
qadınların böyük
rolu olduğunu deyən H.Hüseynova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmiz
və xalqımızın
gələcəyi üçün
var qüvvəsi ilə çalışdığını,
bütün sahələrdə
böyük işlər gördüyünü
bildirib. Mehriban Əliyevanın ədalət,
humanizm, xeyriyyəçilik
və digər bəşəri prinsiplərə
söykənən, sərhəd
tanımayan çoxşaxəli
fəaliyyəti nəinki
Azərbaycan, hətta
dünya qadınları
üçün örnəkdir.
Bu gün hər bir Azərbaycan
vətəndaşı, o cümlədən
qadınlarımız ölkəmizə
ulu öndər Heydər Əliyevin uğurlu davamçısı
Prezident İlham Əliyevin rəhbərlik
etməsindən qürur
duyur. Prezidentimizin reallaşdırdığı böyük siyasətin nəticəsində Azərbaycan
uğurlu inkişaf yolunda inamla irəliləyir.Azərbaycan Memarlıq
və İnşaat Universitetinin rektoru, YAP Siyasi Şurasının üzvü Gülçöhrə
Məmmədova tədbirdə
çıxış edərək
partiyanın keçdiyi
inkişaf yolundan, qazandığı nailiyyətlərdən və qadınların ictimai-siyasi
proseslərdə fəal
iştirakından bəhs
edib. Gülçöhrə Məmmədova bildirib
ki, YAP-ın tarixi ölkəmizin tarixindən ayrılmazdır.
Ölkəmizin keçdiyi
bütün tarixi mərhələlərdə partiyamız
uğurla fəaliyyət
göstərib, daim cəmiyyətin ön cərgələrində olub
və bütün sahələrdə böyük layihələrə
imza atıb. Ölkəmizin inkişafı
üçün partiyamız
böyük işlər
görüb. Bu gün Azərbaycan bütün sınaqlardan üzüağ çıxaraq,
iqtisadi çətinlikləri
dəf edərək gələcəyə doğru
böyük inamla addımlayır. Bu inkişafın əsasında
ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu
və bu gün Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri
İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır. Biz bu gün bu
siyasətin uğurlarını
görürük. Bu işıqlı və şərəfli yolda partiyamızın ən aparıcı qüvvəsi
qadınlardır. Bundan
başqa, YAP bəlkə
də yeganə ictimai-siyasi məktəbdir
ki, burada gənclər gələcək
ictimai-siyasi həyata hazırlanır. Bu istiqamətdə partiyamızın
Qadınlar Şurası,
Gənclər Birliyi çox uğurla fəaliyyət göstərirlər.
Tədbirdə Xalq Artisti Məleykə
Əsədova ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib.
Sonda YAP Qadınlar
Şurasının fəaliyyətində
fərqlənən bir
qrup qadına fəxri fərmanlar təqdim olunub.
Nəzakət
Ələddinqızı
Səs.-
2017.- 14 noyabr.- S.5.