Həsən bəy Zərdabi. Seçilmiş məqalələri məktublarıkitabının təqdimatı olub

Zərdab Rayon İcra Hakimiyyəti Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü iləHəsən bəy Zərdabi. Seçilmiş məqalələri məktubları” (rus dilindən tərcümə) kitabının təqdimatı olub.

Mətbuat Şurasından AZƏRTAC-a bildirilib ki, Zərdab Rayon İcra Hakimiyyətində keçirilmiş tədbir milli mətbuatımızın banisi, görkəmli ziyalı, ictimai xadim naşir Həsən bəy Zərdabinin vəfatının 110 illiyinə həsr edilib.

Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda maarifçiliyin, mətbuatın, ictimai fikrin inkişafında Həsən bəy Zərdabinin tarixi xidmətləri danılmazdır. Ömrünü xalqın rifahına həsr etmiş, Azərbaycan ziyalılarının mənəvi atası sayılan Həsən bəy Zərdabinin xatirəsi bu gün hər yerdə olduğu kimi, Zərdabda da böyük ehtiramla anılır.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxışında deyib ki, Həsən bəy Zərdabinin xatirəsinə həsr olunmuş tədbirin məhz onun doğma yurdunda təşkili qürurvericidir. 110 il əvvəl - 1907-ci il noyabrın 28-də vəfat etmiş dahi şəxsiyyətin zəngin mənəvi irsi böyük xəzinədir. Onun əksəriyyətiKaspiqəzetində dərc edilən bu kitabda toplanan məqalə məktubları xalqımızın, ölkəmizin XIX əsrin sonları XX əsrin əvvəllərindəki həyatının, məişətinin dərindən öyrənilməsi üçün çox dəyərli mənbədir.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli qeyd edib ki, rus dilindən tərcümə edilənHəsən bəy Zərdabi. Seçilmiş məqalələri məktublarıkitabı Zərdabi irsinə böyük məhəbbətin məhsuludur. O, nəşrin ərsəyə gəlməsində əməyi keçən hər kəsin xidmətini vətənpərvərlik nümunəsi kimi dəyərləndirib.

Milli Məclisin mədəniyyət komitəsinin sədr müavini, Bakı Dövlət Universitetinin professoru Jalə Əliyeva vurğulayıb ki, Həsən bəy Zərdabi dahi millət fədaisi, ziyalılar ziyalısı idi. Onun rusdilli mətbuatda təqribən 125-130 il əvvəl dərc etdirdiyi çox dəyərli məqalə məktublarının Zərdabda təqdim olunması böyük ədəbi-mədəni hadisədir. Biz Zərdabi irsinin uzun illər ana dilimizə çevrilməsini gözləyən parlaq bir hissəsi ilə yaxından tanış olmaq imkanı qazanırıq.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli bildirib ki, Həsən bəy neçə-neçə ilklərə imza atıb. O, “Əkinçiilə elə bir maarif mədəniyyət toxumu səpdi ki, biz azərbaycanlılar dünya durduqca o toxumun bəhrələrindən faydalanacağıq. Bu gün təqdim olunan kitab fakültəmizin nəinki tələbələri, həm müəllimləri üçün dəyərli töhfədir.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin radio televiziya kafedrasının müdiri, professor Allahverdi Məmmədli Həsən bəy Zərdabinin həyat fəaliyyətindəki spesifik məqamlardan söz açaraq bildirib ki, təqdimatı keçirilən nəşr dahi mütəfəkkirin xatirəsinə böyük ehtiramdır.

Xalq qəzeti”nin əməkdaşı, kitabın redaktoru rəyçisi Tahir Aydınoğlu qeyd edib ki, bu nəşr Azərbaycan xalqının keçmişini əhatə edən canlı salnamədir. O deyib: yaxşı ki, Zərdab torpağının övladları sinələrini qabağa verərək bu müqəddəs işi öz üzərlərinə götürdülər, Həsən bəyin çox dəyərli irsinə ikinci həyat, anım gününə gözəl töhfə verdilər”.

 

Kitabın tərcüməçisi, “Əkinçiqəzetinin redaktoru İsaməddin Əhmədov məlumat verib ki, nəşrdə bütün məqalə məktublar hissə-hissəƏkinçiqəzetinin 2009-2016-cı illərdəki saylarında çap olunub. Bu məqalələr bu gün aktuallığını saxlayır. Bu kitabda oxuculara milli mətbuatımızın banisinin ömrünün müdriklik çağlarında, 25 illik bir dövr ərzində qələmə aldığı 280 məqalə məktubu təqdim olunur. Həmin məqalə məktublar kəndlərimizin şəhərlərimizin, ümumən xalqımızın qədim zəngin tarixini, məişətini, mədəniyyətini, toponim topoqrafiyasını, adət etnoqrafiyasını öyrənmək baxımından da çox qiymətli mənbələrdir.

 

Iki sahil.- 2017.- 28 noyabr.- S.13.