Xalqın
say-seçmə ziyalılarını zaman özü tarixləşdirir.
Bu gün şərqşunaalim ,
pedaqoq , filologiya elmləri doktoru, professor Aida
İmanquliyevanın doğum günüdür.
Oktyabrın 10-da dünya şərqşünaslığı
tarixində xüsusi yeri olan görkəmli alim, professor Aida
İmanquliyevanın anadan olmasının 78-ci
ildönümü tamam olur.
Aida
İmanquliyeva çağdaş ərəb ədəbiyyatının
tədqiqində yeni bir səhifə, yeni bir yol açıb. O,
ərəb məhcər
ədəbiyyatının beynəlxalq
miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısı
kimi tanınır. Bunu nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta
Avropa şərqşünasları
belə etiraf edirlər.
1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq
fakültəsini bitirən
Aida İmanquliyeva
1966-cı ildə namizədlik,
1989-cu ildə doktorluq
dissertasiyası müdafiə
edib. Sonralar Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunda kiçik
elmi işçi vəzifəsindən bu elm ocağının direktoru vəzifəsinədək
yüksəlib. O, keçmiş
SSRİ-də Şərqşünaslıq
Cəmiyyəti rəyasət
heyətinin, Şərq
Ədəbiyyatının Tədqiqi
üzrə Əlaqələndirmə
Şurasının üzvü
idi. Uzun illər pedaqoji
fəaliyyətlə də
məşğul olan Aida xanım Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun
əsas yaradıcılarından
biri olub, yüksəkixtisaslı ərəbşünas
kadrların hazırlanmasına
mühüm töhfələr
verib.
Akademik Ziya Bünyadov
görkəmli şərqşünasın
elmi-pedaqoji fəaliyyətinin
bu cəhətini xüsusi vurğulayaraq qeyd edirdi ki,
Aida xanım həmişə öz dərin elmi biliyini gənc alim və aspirantlarla
bölüşür, onlardan
öz köməyini heç vaxt əsirgəmirdi. Aida
İmanquliyevanı tanıyanlar
onun son dərəcə zəhmətkeş
və özünə
qarşı həddindən
artıq tələbkar
bir alim olduğunu yaxşı bilirdilər. Aida xanımın qələmindən
çıxan hər bir əsər gərgin, böyük bir zəhmətin nəticəsidir. Bütün
bu deyilənlərin arxasında yüksək insani keyfiyyətlərə
malik, təvazökar,
mehriban, xeyirxah, gözəl, xanım-xatın
bir Azərbaycan qadını və ana obrazı dururdu. Bu keyfiyyətləri
ona bütün həmkarlarının ehtiramını
və məhəbbətini
qazandırmışdı.
Aida xanımın
elmi fəaliyyətinin
əhatə dairəsi
geniş və çoxşaxəli idi. Onun əsərlərində
Qərb və Şərq mədəni ənənələrinin sintezi,
yaradıcılıq üslubunun
inkişafı və yeni bədii cərəyanların təşəkkül
tapması tədqiq olunub. Bu da
nəinki ərəb ədəbiyyatının, həmçinin
bütün yeni Şərq ədəbiyyatının
gələcəkdə tədqiqi
üçün çox
mühüm zəmin yaradır.
Bu gün ərəb
Şərqi ilə geniş əlaqələr
yarandığı bir
vaxtda, bu ölkələrin həyatının
hər bir sahəsi ilə daha yaxından tanış olmaq zərurəti yaranır və bu baxımdan
Aida İmanquliyevanın
elmi əsərlərinin
özünəməxsus yeri
və əhəmiyyəti
var.
Üç monoqrafiya (“Mixail
Nuaymə və “Qələmlər birliyi”,
Moskva, 1975; “Cübran Xəlil Cübran”, Bakı, 1975; “Yeni ərəb ədəbiyyatının
korifeyləri”, Bakı,
1991) və 70-dən artıq
elmi məqalənin müəllifi olan Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış
bir çox elmi əsərlərin redaktoru olub.
Aida xanımın
doğulduğu, böyüdüyü
və gəlin gəldiyi hər iki ailənin Azərbaycan xalqının
ədəbi-mədəni fikrində
öz yeri var. Belə bir mühit onun ədəbi-elmi yaradıcılıqla dərindən
məşğul olması
üçün mənəvi
zəmin yaradıb. Belə ki, atası
Nəsir İmanquliyev
Azərbaycanın çox
məşhur mətbuat
nümayəndələrindən biri idi. Nəsir
müəllim uzun illər “Bakı” və “Baku” axşam qəzetlərinin
redaktoru işləmişdi.
Aida xanım görkəmli Azərbaycan
yazıçısı, alim
və pedaqoq Mir Cəlal Paşayevin ocağına gəlin köçmüşdü.
Boya-başa çatdığı mötəbər ziyalı
mühitinin təsirinin
nəticəsidir ki, akademik Cəmil Quliyevin dediyi kimi, Aida xanımın
həyat və yaradıcılığı milli
ziyalı qadınlar içərisində bənzərsizliyi,
yüksək dəyərli
xüsusiyyətləri ilə
seçilirdi. Azərbaycanın XX yüzillikdə ən mühüm nailiyyətlərindən
biri ictimai-siyasi, mədəni həyatın
bütün sahələrində
öz sözünü
deyə bilən müasir Azərbaycan qadınının formalaşmasıdır.
Əgər xalqımızın
XX əsrdə yetişdirdiyi
ən layiqli qadınların siyahısı tərtib edilsə, yəqin ki, bu siyahıda
yer alanlardan biri Aida xanım
İmanquliyeva olardı.
Bu gün
Aida xanım aramızda olmasa da, xatirəsi ürəklərdə yaşayır,
əsərləri ərəbşünaslıqda
dəyərli mənbə
olaraq qalır.
Zümrüd
Səs.-
2017.- 10 oktyabr.- S.6.