Naxçıvan şəhərində yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir”.

Bu gün muxtar respublikada sahibkarlıq davamlı dövlət qayğısı ilə əhatə olunub. Daxili tələbatı ödəyən, keyfiyyətli ixracyönümlü məhsul istehsal edən müəssisələrin yaradılması istiqamətində ardıcıl tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 25-də “Cahan Sənaye KompleksiMəhdud Məsuliyyətli Cəmiyyətinin istilik panelləri dam örtükləri istehsalı müəssisəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Cahan HoldinqKommersiya Şirkətləri İttifaqının sədri Vüqar Abbasov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Müasir texnologiyaların tətbiqi qabaqcıl idarəetmə təcrübəsindən istifadə rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin yaradılmasına keyfiyyətli məhsul istehsalına imkan verir. Muxtar respublikada istilik panellərinə dam örtüklərinə olan tələbat nəzərə alınaraqCahan Sənaye KompleksiMəhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istilik panelləri dam örtükləri müəssisəsi yaradılıb. Yeni müəssisə daxili tələbatı ödəməklə yanaşı, həm geniş ixrac imkanlarına malikdir. Vüqar Abbasov sahibkarların fəaliyyəti üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada daxili tələbatı ödəyən ixracyönümlü məhsul istehsal edən yeni müəssisənin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Bu gün Azərbaycan müstəqil ölkədir. Hər bir müstəqil ölkədə isə ərzaq təhlükəsizliyinin təmin olunması, sənayenin inkişafı, yerli istehsal hesabına daxili tələbatın ödənilməsi, yeni yerlərinin açılması daxili bazarın qorunması qarşıda duran əsas vəzifələrdir. Ölkəmizdə bazar iqtisadiyyatının tətbiq olunması öz bəhrəsini vermişdir. Muxtar respublikada qeyd olunan sahələrin inkişafı diqqətdə saxlanılır, Sahibkarlığa Kömək Fondunun kreditləri sahibkarların öz vəsaitləri hesabına yeni istehsal sahələri yaradılır, daxili tələbat ödənilir, xaricə valyuta axınının qarşısı alınır, sahibkarlıq müəssisələrinin ixrac imkanları genişləndirilir. Bu gün istifadəyə verilən müasir istehsal müəssisəsi Sahibkarlığa Kömək Fondunun krediti müəssisənin gəliri hesabına yaradılmışdır.

 

Ali Məclisin Sədri deyib: Bu gün muxtar respublikada dövlət tikintisinin həyata keçirilməsi, əhali tərəfindən yeni mənzillərin tikilməsi, eləcə istehsal xidmət sahələrinin yaradılması dam örtüklərinə istilik panellərinə olan tələbatı artırmışdır. İstifadəyə verilən istilik panelləri dam örtükləri müəssisəsi keyfiyyətli məhsul istehsalına daxili tələbatın tam ödənilməsinə imkan verəcəkdir. Keyfiyyətli rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin yaradılması sahibkarlığın inkişafında başlıca şərtdir. Ona görə istehsal müəssisələrində müasir avadanlıqlar quraşdırılmalı, keyfiyyətli xammaldan istifadə olunmalı keyfiyyət amilinə ciddi diqqət yetirilməlidir. Fəaliyyətə başlayan hər bir müəssisə həm muxtar respublika əhalisini keyfiyyətli məhsullarla təmin etməli, həm xarici bazarlara məhsul çıxarmalıdır. Bu gün muxtar respublikada yaradılan şərait sahibkarlıq müəssisələrinin xarici bazarlara çıxış imkanlarını artırır. Sahibkarlar bu imkanlardan səmərəli istifadə etməli, keyfiyyətli məhsul istehsalına yerli mütəxəssislərin hazırlanmasına diqqət artırılmalıdır. Mütəxəssis hazırlığı keyfiyyətli məhsul istehsalında başlıca şərtdir. Muxtar respublikadakı peşə məktəblərində sahibkarlıq müəssisələrində yaradılan şərait mütəxəssis hazırlığı üçün geniş imkanlar açır.

Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə sahibkarlığın inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. Ölkə başçısı Ümummilli Liderimizin yolunu uğurla davam etdirir, hər il sahibkarlıq fəaliyyəti ilə bağlı qərarlar qəbul olunur, müvafiq Sərəncamlar imzalanır. Həmçinin bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq istehsal müəssisələri dövlət tərəfindən özəlləşdirilərək sahibkarlara verilmişdir. Bu da sahibkarlıq sinfinin formalaşmasına onların səmərəli fəaliyyət göstərməsinə geniş imkanlar açır. Ona görə sahibkarlar fəaliyyətlərini daha da gücləndirməli, daxili tələbat yerli istehsal hesabına ödənilməli, sahibkarlıq müəssisələrində ixracyönümlü məhsul istehsal olunmalı, ölkəmizə valyuta axını təmin edilməlidir. Yeni müəssisələrin qurulması həm yeni yerlərinin açılması deməkdir. İş yerlərinin açılması isə məşğulluğun təmin olunmasına insanların yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət edir. Bir sözlə, dövlət-sahibkar münasibətləri, sahibkarların fəaliyyətinin tənzimlənməsi sahəsində görülən işlər ölkəmizin dayanıqlı inkişafını təmin edir. Muxtar respublikada da aid təşkilatlar sahibkarların fəaliyyətinə istehsal olunan məhsulların ixracına hərtərəfli köməklik göstərməlidirlər.

 

Ali Məclisin Sədri deyib: Bəzən sahibkarlar yalnız daxili bazarın tələbatını ödəmək üçün məhsul istehsal edirlər. Bu, sahibkarlığın inkişafına müəssisələrin fəaliyyətinin genişləndirilməsinə mane olur. Hər bir sahibkar bilməlidir ki, yeni texnologiyalar tətbiq olunmadan, ixracyönümlü məhsul istehsal etmədən müəssislərin inkişafına keyfiyyətli məhsul istehsalına nail olmaq mümkün deyil. Ona görə sahibkarlar yeni texnologiyaların tətbiqini ixracyönümlü məhsul istehsalını daim diqqətdə saxlamalıdırlar.

 

Ali Məclisin Sədri yeni istifadəyə verilən müəssisədə istehsal olunan məhsulların daxili tələbatı ödəyəcəyinə xarici bazarlarda layiqli yer tutacağına əminliyini bildirib, təşkilatçılara təşəkkür edib müəssisəyə fəaliyyətində uğurlar arzulayıb.

 

Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib.

 

Məlumat verilib ki, müəssisənin yaradılmasına 6 milyon 560 min manat vəsait sərf olunub, 5620 kvadratmetr sahədə dam örtükləri, istilik panelləri boyama istehsalı xətləri yaradılıb, müasir avadanlıqlar quraşdırılıb. İstilik panelləri sahəsinin gücü ayda 9500 metr panel 8000 metr alüminium radiator, dam örtükləri sahəsinin gücü isə ayda 250 min kvadratmetr metal dam örtüyüdür. Standartların tələblərinə uyğun istehsal olunan məhsulların 20 faizi yerli tələbatı tam ödəyəcək, 80 faizi isə ölkəmizin digər bölgələrində xarici bazarlarda satışa çıxarılacaqdır.

 

Binada otaqları, iclas zalı, mətbəx, torna dülgər emalatxanaları, tikinti materiallarının satış mərkəzi, hazır ehtiyat hissələri anbarları da istifadəyə verilib, 120 nəfər işlə təmin olunub, işçilər üçün xidməti otaqlar yaradılıb. Müəssisədə təhlükəsizlik tədbirlərinə diqqət artırılıb, video-müşahidə sistemi quraşdırılıb, işçilər pulsuz nahar yeməyi, xüsusi geyim forması nəqliyyatla təmin olunublar.

 

Plastik boru, profil aksesuarlar

 

istehsalı müəssisəsi yaradılır

 

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TalıbovCahan Sənaye KompleksiMəhdud Məsuliyyətli Cəmiyyətində yeni yaradılacaq plastik boru, profil aksesuarlar istehsalı müəssisəsinə baxıb.

 

Bildirilib ki, əsas tikinti işləri başa çatdırılmış müəssisədə Türkiyə, Çin Tayvan istehsalı olan tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılacaq, 38 istehsal sahəsi müasir laboratoriya istifadəyə veriləcək. Gücü ayda 1500 ton olacaq müəssisədə qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit sadə içməli su, eləcə polietilen suvarma boruları, lambir, saydinq aksesuarlar, müxtəlif boru fitinqləri olmaqla 7 növdə 160 çeşiddə məhsul istehsal olunacaq, daxili tələbat ödənilməklə yanaşı, geniş ixrac imkanları da yaradılacaq. Müəssisədə 285 yeni yeri açılacaq.

Ali Məclisin Sədri müəssisədə istehsal olunacaq məhsulların nümunələrinə baxıb, keyfiyyətli məhsul istehsalı, işçi-sahibkar münasibətlərinin tənzimlənməsi, sahibkarlar arasında əlaqələrin gücləndirilməsi ilə bağlı aid təşkilatlara tapşırıqlar verib.

Səs.- 2017.- 26 oktyabr.- S.8-9.