İrəvan xanlığının tarixindən bəhs
edən əsərlərin təqdimatı olub
.
Sentyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix
İnstitutunda “İrəvan
xanlığının paytaxtı
- İrəvan şəhəri”,
“Erməni vandallarının
yox etdiyi İrəvan qalaları”,
“İrəvan xanlığının
mahalları” və “İrəvan xanlığının
əhalisi” kitabçalarının
təqdimat mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, “İrəvan
xanlığı: Rusiya
işğalı və
ermənilərin Şimali
Azərbaycan torpaqlarına
köçürülməsi” kitabı kimi Azərbaycan və rus dillərində hazırlanmış bu əsərlər də Prezident İlham Əliyevin təşəbbüsü
ilə yazılıb.
Bu kitabçalar Azərbaycan
Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyələşdirdiyi “İrəvan
xanlığının tarixinə
dair 4 adda broşürün nəşr
olunması” layihəsi
çərçivəsində “Azərbaycan Tarixçiləri”
İctimai Birliyi tərəfindən çap
etdirilib. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə
doktoru Mehri Xanbabayevadır.
“İrəvan
xanlığının paytaxtı
- İrəvan şəhəri”,
“Erməni vandallarının
yox etdiyi İrəvan qalaları” və “İrəvan xanlığının mahalları”
adlı kitabçaların
müəllifi tarixçi
alim Güntəkin Nəcəfli, “İrəvan
xanlığının əhalisi”
adlı kitabçanın
müəllifi isə
tarixçi alim İradə Məmmədovadır.
Təqdimat mərasimində
akademik Yaqub Mahmudov yeni nəşrlərin
ermənilərə, onların
havadarlarına və bütövlükdə dünya
ictimaiyyətinə ciddi
mesaj olduğunu bildirib. Diqqətə çatdırılıb ki,
müasir Ermənistan
Respublikasının ərazisi
yaxın keçmişdə
- XIX əsrin əvvəllərində
İrəvan xanlığının
torpaqları olub. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq
eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox
mühüm tarixi hadisələr, proseslər
Azərbaycanın məhz
bu regionunda – İrəvan xanlığının
ərazisində cərəyan
edib. Çar Rusiyası erməniləri
Qacarlar İranı və Osmanlı imperiyası ərazisindən
Cənubi Qafqaza köçürdükdən sonra
Azərbaycan xalqına
qarşı etnik təmizləmələr, zorakı
deportasiyalar və soyqırımları dövrü
başlanıb. Nəhayət
1918-ci il mayın 29-da
Şimali Azərbaycanda
– keçmiş İrəvan
xanlığının ərazisində
erməni dövləti
yaradılıb. Yaqub Mahmudov deyib: “Ermənilər nəinki Cənubi Qafqazın, hətta Asiya qitəsinin yerli əhalisi deyillər. XVII əsrin 70-ci illərində
Azərbaycanın İrəvan
bölgəsinə, o cümlədən
İrəvan şəhərinə
səyahət etmiş
türk səyyahı
Evliya Çələbi
“Səyahətnamə”sində və fransız səyyahı Jan Şarden “Parisdən İsfahana səyahət” əsərində bu torpaqların əhalisinin mütləq əksəriyyətinin Azərbaycan
türkləri olduğunu
bildiriblər. İlk mənbələr, o cümlədən
erməni mənbələri
təsdiq edir ki, İrəvan şəhərində oturaq
erməni əhalisi yaşamayıb”.
Məlumat verilib ki, “İrəvan xanlığının
paytaxtı - İrəvan
şəhəri” kitabçasında
Azərbaycanın qədim
şəhərlərindən biri olan İrəvan
xanlığının paytaxtı
– İrəvan şəhərinin
şanlı tarixinə
həsr olunub. Əsərdə İrəvan
toponimi, İrəvan şəhərinin tarixi, səyyahların təsviri
haqqında mühüm
məlumatlar və illüstrasiyalar əksini tapıb. Nəşrdə
qeyd edilir ki, XVI əsrdə Osmanlı yürüşləri
zamanı sultanın katibi olmuş İbrahim Rəhimizadə
İrəvan şəhərini
“Azərbaycan mülkünün
gözü” adlandırıb.
“Erməni vandallarının yox etdiyi İrəvan qalaları” kitabçasında
isə İrəvan bölgəsində mövcud
və erməni vandalları tərəfindən
amansızcasına məhv
edilən Azərbaycan
qalalarının tarixinə,
o cümlədən məşhur
İrəvan və Sərdarabad qalalarının
XIX əsrin birinci
rübündə baş
vermiş Rusiya-İran
müharibəsi zamanı
yadelli işğalçılara
qarşı apardığı
şanlı mübarizə
tarixinə həsr olunub.
“İrəvan
xanlığının mahalları”
kitabçasında oxuculara
Azərbaycanın qədim
dövlətçilik tarixinin
ayrılmaz parçası
olan İrəvan bölgəsinin, o cümlədən
Çuxursəd bəyləribəyliyinin
və İrəvan xanlığının inzibati
bölgüsü, “İrəvan
xanlığının əhalisi”
kitabçasında isə
Azərbaycan dövləti
olan İrəvan xanlığının əhalisinin
etnik və dini mənsubiyyəti, məşğuliyyəti, xanların
əhali siyasəti təqdim edilib.
Tarix İnstitutu direktorunun
müavini Cəbi Bəhramov, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və başqaları İrəvan torpağının
qədim Azərbaycan əraziləri olduğu barədə tarixi gerçəkliklərin dünya
ictimaiyyətinə daha
ətraflı çatdırılmasının
vacibliyindən, ermənilərin
tarixi həqiqətləri
daim saxtalaşdırmağa
cəhd göstərdiklərindən
danışıblar.
Təqdim olunan
kitabçalar Tarix İnstitutunun elmi şurasının qərarı
ilə çap olunub.
Səs
.- 2017.- 14 sentyabr.- S.- 10.