"İki sahil" qəzeti
xüsusi buraxılışını Neftçilər
Gününə həsr edib
20 Sentyabr 15:56
| 993
"…Artıq SOCAR həm ölkə
daxilində, həm xaricdə fəal iş aparır,
böyük investisiyalar qoyur". Ölkə Prezidenti
İlham Əliyevin bu sözlərinin üz qabığında
yer aldığı "İki sahil" qəzetinin
Neftçilər Gününə həsr etdiyi xüsusi
buraxılış işıq üzü görüb. 240 səhifəlik
Xüsusi buraxılış Azərbaycan neft-qaz
sənayesinin 23 ildə keçdiyi inkişaf yolunu əks etdirən
maraqlı yazıları, rəngli şəkilləri və
yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir."Əsrin
müqaviləsi"ndən ötən 23 illik tarixi yol Azərbaycanın
qazındığı uğurların təqdimatı kimi
dəyərləndirilir. Xüsusi
buraxılışın birinci səhifəsində qeyd edilən
ulu öndər Heydər Əliyevin ""Əsrin
müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə
Azərbaycan xalqının inkişafı, firavan həyatı,
müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da
möhkəmlənməsi üçün gözəl
imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti
üçün ən xoşbəxt dövr olacaq" fikirləri
bu təqdimatın əsasını təşkil edir. Növbəti
səhifədə 23 illik yolun zərurətə çevirdiyi
yeni Sazişin imzalanması mərasimində ölkə
Prezidenti İlham Əliyevin çıxışı yer
alıb. ""Azəri-Çıraq-Günəşli"
nəhəng neft yatağının işlənilməsində
yeni dövr başlayır" söyləyən cənab
İlham Əliyev bu fikri də böyük inam və qətiyyətlə
bildirmişdir ki, bu mərasim eyni zamanda onu göstərir ki,
bu gün Azərbaycanda Heydər Əliyev
siyasəti yaşayır və yaşayacaq.Ulu öndər Heydər
Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, 1994-cü ildə
"Əsrin müqaviləsi" imzalanmasaydı, bu gün Azərbaycanın
iqtisadi imkanlarının və beynəlxalq münasibətlər
sistemində yeri və rolunun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin
deyil. 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər
Əliyevin qətiyyəti sayəsində Xəzər dənizinin
Azərbaycana aid hissəsində yerləşən "Azəri-Çıraq-Günəşli"
yataqlarının neft-qaz sərvətlərinin birgə
işlənməsinə dair nüfuzlu xarici şirkətlərlə Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti arasında imzalanan, tarixə
«Əsrin müqaviləsi» kimi daxil olan bu mühüm saziş
Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında
əhəmiyyətli rol oynadı. Xüsusi
buraxılışın ana xəttini təşkil edən bu
inkişaf fonunda keçmişə nəzər
salmağa bir zərurət duyularaq, "Yeni əsrin
müqaviləsi"nə yol açan əsas məqamlara diqqət
yönəldilir.
Neft strategiyasının uğurla həyata
keçirilməsində neftçilərin əməyi
dövlətimiz tərəfindən hər zaman yüksək
dəyərləndirilib. Məhz ulu öndər
Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə
"Neftçilər günü"»nün təsis edilməsi,
hər il 20 sentyabr ərəfəsində neçə-neçə
qabaqcıl neftçinin yüksək dövlət
mükafatları ilə təltif edilməsi cəmiyyətimizin
avanqard qüvvəsi olan neftçilərin əməyinə
verilən qiymətin, onlara diqqətin bariz nümunəsidir. Bu fikir SOCAR-ın prezidenti, Milli Məclisin
deputatı Rövnəq Abdullayevin Neftçilər
Günü münasibətilə təbrikində də əksini
tapıb ki, həmişə olduğu kimi, bu il də peşə
bayramını sonsuz iftixar hissi və böyük ruh yüksəkliyi
ilə qarşılayırıq. Ölkə Prezidenti İlham
Əliyev bir neçə gün əvvəl
"Yeni əsrin müqaviləsi"nin imzalanmasının
ölkəmizin davamlı inkişafında xüsusi rolunu
vurğuladı.Təbrikdə o da bildirilir ki, Azərbaycan
neftçiləri yaxşı bilirlər ki, son illərdə
enerji strategiyamızın qazandığı misilsiz uğurlar
Ulu Öndərin möhtəşəm siyasi kursunun zəfər
təntənəsidir. Xüsusi
buraxılışda dövlətimizin başçısı
İlham Əliyevin 19 sentyabr 2017-ci il tarixli "Azərbaycan
Respublikasının neft sənayesi işçilərinin təltif
edilməsi haqqında", "Azərbaycan
Respublikasının neft sənayesi işçilərinə fəxri
adların verilməsi haqqında", "Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünün
verilməsi haqqında" sərəncamları yer
alıb.Xüsusi buraxılışda dövlətimizin
başçısı İlham Əliyevin "...Bizim
bərabər həyata keçirdiyimiz böyük layihələr
bu gün dünya enerji xəritəsinə yeni çalarlar gətirmişdir.
İndi bölgəni birgə icra etdiyimiz layihələrsiz təsəvvür
etmək mümkün deyildir. 2006-cı ildə
Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum
qaz kəmərləri Avropanın enerji xəritəsini
böyük dərəcədə dəyişmişdir. Bu
gün biz yeni böyük tarixi əhəmiyyəti olan TANAP
layihəsinə də start veririk. Əminəm ki, TANAP layihəsi
eyni uğura nail olacaqdır. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum layihələri kimi TANAP layihəsi də
vaxtında və keyfiyyətlə icra ediləcəkdir"
fikirlərinin yer alması da səbəbsiz deyil.
Bugünkü uğurlarımız ulu öndər Heydər
Əliyevin müəllifi olduğu neft strategiyasının
uğurla həyata keçirilməsinin nəticəsidir. Dünyaya açılan pəncərə kimi dəyərləndirilən
BTC və BTƏ neft-qaz kəmərlərindən sonra TAP,
TANAP və "Cənub Qaz Dəhlizi" layihəsinin
icrası Azərbaycanın beynəlxalq münasibətlər
sistemində etibarlı tərəfdaş, təşəbbüsləri
gerçəkliyə çevirən ölkə kimi
tanınmasının təsdiqidir.SOCAR-ın
prezidenti R.Abdullayevin "Neftçilər qarşıdakı
hədəflərə doğru inamla irəliləyir"
yazısında qeyd edilir ki, ulu öndər Heydər
Əliyevin Azərbaycanın sürətli inkişafına
yönəlmiş hərtərəfli, müdrik siyasətinin
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində Azərbaycan
artıq bütün dünyada etibarlı tərəfdaş,
qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz
yeri olan bir ölkə kimi tanınır. Uğurla gerçəkləşdirilən
iqtisadi islahatların bəhrələri xalqımızın
gündəlik həyatında, maddi rifahında hiss olunur. Mahiyyət etibarilə müstəqil Azərbaycan
dövlətinin uzunmüddətli inkişaf və tərəqqi
konsepsiyası olan bu strategiyanın tarixi əhəmiyyəti
zaman keçdikcə daha aydın görünür, dövlətimizin
başçısı İlham Əliyevin qeyd etdiyi kimi,
"Neft strategiyası Azərbaycanda sənayenin bir çox
başqa sahələrinin yaranmasına və inkişaf
etməsinə əsas yaradır".Yazıda o da bildirilir ki,
SOCAR-ın əməkçiləri möhtərəm
Prezidentimizin çıxışlarını özlərinə
fəaliyyət proqramı hesab edirlər. Cənab
Prezidentimiz qarşıdakı illər üçün
başlıca hədəflərimizi dəqiq müəyyənləşdirmişdir
və çoxminli neftçilər ordusu həmişə
olduğu kimi, bundan sonra da göstərilən hədəflərə
doğru inam və qətiyyətlə irəliləyəcək,
vətənimizin qüdrətinin daha da möhkəmlənməsi
naminə yeni-yeni qələbələrə imza atacaqlar.
Xüsusi buraxılış
ümumilikdə Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti strukturlarının fəaliyyəti, onların əlamətdar
günü - neftçilərin peşə bayramını
hansı nailiyyətlərlə qeyd etməsi və
qarşıda hansı vəzifələrin
dayandığı barədə dolğun təəssürat
yaradır. Şirkətin birinci vitse-prezidenti,
akademik Xoşbəxt Yusifzadənin "Yeni əsrin müqaviləsi"
ilə iki milyardıncı ton Azərbaycan neftinə
doğru», iqtisadi məsələlər üzrə
vitse-prezident Süleyman Qasımovun "Ölkəmizin həyata
keçirdiyi neft-qaz layihələri regionda təhlükəsizlik,
sabitlik və inkişafın təminatçısıdır",
sərmayələr və marketinq üzrə
vitse-prezident Elşad Nəsirovun "SOCAR dünya
miqyasında uğurlu investisiya layihələri
reallaşdırır", emal üzrə vitse-prezident David Məmmədovun
"SOCAR regionda mühüm emal və neft-kimya layihələrinin
müəllifidir", vitse-prezident Mikayıl İsmayılovun
"Əsrin müqaviləsi" ilə əsası qoyulan
dinamik inkişaf uğurla davam edir",
sosial məsələlər üzrə vitse-prezident Bədəl
Bədəlovun "SOCAR mühüm sosial-iqtisadi layihələrə
öz töhfələrini verir", kadr, rejim və informasiya
texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədovun
"Neft kapitalının insan kapitalına çevrilməsi
iqtisadi inkişafın rəhnidir", neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri
üzrə vitse-prezident Rəhman Qurbanovun "SOCAR-ın ixrac
imkanları uğurla genişlənir", ekologiya üzrə
vitse-prezident Rəfiqə Hüseynzadənin "SOCAR-ın ətraf
mühitin mühafizəsi sahəsində həyata
keçirdiyi layihələr və əldə olunan nailiyyətlər",
strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanovun
"SOCAR-ın strateji inkişaf layihələri Azərbaycanın
bu gününün və gələcəyinin enerji təhlükəsizliyinin
təminatçısıdır", geologiya və geofizika məsələləri
üzrə vitse-prezident Bəhram Hüseynovun "Geoloji elmlərin
neft-qaz yataqlarının
axtarışı, kəşfiyyatı və işlənməsində
rolu", yataqların işlənməsi üzrə
vitse-prezident Yaşar Lətifovun "SOCAR-da son nəsil qazma
avadanlıqları vasitəsilə həyata keçirilən əməliyyatların
çox hissəsi avtomatlaşdırılıb", Bakı
Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun "Məqsədimiz
Bakı Ali Neft Məktəbini bütün
dünyada tanıtmaqdır", Azərbaycan Neft və Qaz Sənayesi
İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri Cahangir Əliyevin "Əsrin
müqaviləsi»nin imzalanması ilə iqtisadi və sosial
uğurlarımızın təməli qoyuldu",
"Azneft" İstehsalat Birliyinin baş direktoru
Daşqın İskəndərovun
"Neft və qaz hasilatının sabit saxlanılması və
yüksəldilməsi istiqamətində mühüm tədbirlər
görülür", "Azəriqaz" İB-nin baş
direktoru Əkbər Hacıyevin ""Azəriqaz»
İstehsalat Birliyi çevik və problemləri operativ həll
edən quruma çevrilib", "Azərikimya"
İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar
Babayevin "Modernizasiya və yeni qurğuların tikintisi kimya
sənayesinin gələcəyinə hesablanmış
uğurlu layihələrdir", Kompleks Qazma İşləri
Trestinin müdiri İskəndər Şirəlinin
"Ölkəmizin dəniz və quru sahələrində
axtarış və istismar qazma işləri uğurla icra edilir", "Neftqaztikinti" Trestinin müdiri
Mirkazım Abasovun "Neft-qaz sənayesi üzrə yerli və
beynəlxalq əzəmiyyətli tikinti layihləri uğurla
reallaşdırılır", Heydər Əliyev adına
Neft Emalı Zavodunun direktoru Elman İsmayılovun "Heydər
Əliyev adına NEZ-də yenidənqurma işləri
aparılmaqla müasir texnoloji qurğular inşa
ediləcək", Geofizika və Geologiya İdarəsinin rəisi
Elçin Şirinovun "Quru və dəniz yataqlarında
uğurlu geofiziki və geoloji tədqiqatlar
aparılır", Sərmayələr İdarəsinin rəisi
Vaqif Əliyevin "Cənub Qaz Dəhlizi" bütün
regionun enerji xəritəsini dəyişəcək", Neft
Kəmərləri İdarəsinin rəisi
Vasif Əmirovun "Neftin nəqli müasir tələblərə
və beynəlxalq standartlara uyğun aparılır",
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi
Ədnan Əhmədzadənin "İxrac əməliyyatlarının
səmərəliliyinin artırılması başlıca vəzifədir",
"Neftqazelmitədqiqatlayihə" İnstitutunun
direktoru Fəxrəddin İsmayılovun "Neftqazelmitədqiqatlayihə"
İnstitutu neft emalının inkişafında xüsusi xidmətlər
göstərib", Nəqliyyat İdarəsinin rəisi
Elçin Zülfüqarovun "Müasir nəqliyyat və
xüsusi texnika vasitələrindən istifadə daim diqqət
mərkəzində saxlanılır", «Qaz İxrac» İdarəsinin rəisi Qağaməli Seyfullayevin
«Magistral qaz kəmərləri sahələrinin müasirləşdirilməsi
və yenidənqurulması davamlı şəkildə həyata
keçirilir», İnformasiya Texnologiyaları və Rabitə
İdarəsinin rəisi İlham Aslanovun «SOCAR və onun
struktur bölmələrinə beynəlxalq standartlara
uyğun xidmət göstərilir», Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayevin «Qaz Emalı
Zavodunun kollektivi 2017-ci ili də müsbət texniki-iqtisadi
göstəricilərlə başa vuracaq», Təhlükəsizlik
İdarəsinin rəisi Rəşad Əliyevin «Təhlükəsizlik
tədbirlərinə xüsusi önəm verilir», Sosial
İnkişaf İdarəsinin rəisi Qasım İbrahimovun
«Neftçilərin sosial
ehtiyaclarının daha dolğun ödənilməsi prioritet vəzifədir»,
Ekologiya İdarəsinin rəisi Azər Əliyevin «Enerji
strategiyası və davamlı ətraf mühit idarəçiliyi»,
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin
rəisi Fuad Süleymanovun «SOCAR peşəkar kadrların
hazırlanmasına xüsusi diqqət yetirir», Heydər Əliyev adına Bakı Dərin Özüllər
Zavodunun direktoru Roman Nağıyevin «Görülən işlər
bizi qarşıdakı hədəflərə daha da
yaxınlaşdırır», Əmək Şəraiti
Normalarının İşlənməsi İdarəsinin rəisi
Telman Məhəmmədovun «Əməyin təşkilinin əsas
elementlərindən biri əməyin
normallaşdırılmasıdır», «Neftçi İdman
Klubu» İctimai Birliyi İdarəetmə Aparatının rəhbəri,
MOK-un İcraiyyə Komitəsinin üzvü Sadıq
Sadıqovun « Azərbaycanın İslamiadanın qalibi
adını qazanmasında klubumuzun böyük rolu oldu»,
Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş
Hissəsinin rəisi Aqil Məmmədovun
«Açıq neft və qaz fontanlarının ləğvim ilə
təcrübəli mütəxəssislər məşğul
olur», və «İki sahil» qəzetinin baş redaktoru, Əməkdar
jurnalist Vüqar Rəhimzadənin «23 illik yol yeni «Əsrin
müqaviləsi»nin təməlinə çevrildi» məqalələrində ulu öndər Heydər Əliyevin
müəllifi olduğu neft strategiyasının Azərbaycanın
qarşısında açdığı işıqlı
yol və bunun zərurətə çevirdiyi «Yeni əsrin
müqaviləsi»nin perspektivləri geniş təhlil olunur.Ulu
öndər Heydər Əliyevin «Azərbaycanın
böyük neft və qaz sərvətlərinə
malik olması bizim xalqımızın xoşbəxliyidir və
bu gün üçün, gələcək
üçün, xalqımızın yaxşı
yaşaması üçün ölkəmizin inkişaf etməsi
üçün ən əsas amildir» fikri ilə Xüsusi
buraxılışa sonluq verilməsi də təsadüfi
deyil. Azərbaycanın malik olduğu təbii resurslardan
səmərəli istifadə bugünkü
reallıqlarımızın əsasıdır. Ulu öndən
Heydər Əliyevin neft amilindən istifadə edərək
iqtisadiyyatımızın inkişafı istiqamətində
atdığı önəmli addımlar uzaqgörən siyasətinin
tərkib hissəsi idi. Bu gün neft gəlirlərindən səmərəli
istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi
siyasəti uğurla həyata keçirilir. Bu isə öz
növbəsində işsizliyin, yoxsulluğun, məşğulluq
probleminin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi
deməkdir. Cənab İlham Əliyevin hər zaman bildirdiyi
kimi, həyata keçirilən siyasətin önündə Azərbaycan
vətəndaşı dayanır.
Xüsusi buraxılışda bu məqamlar
öz əksini tapmaqla, bu inam da ifadə edilir ki, yeni hədəflərə
doğru inamla addımlayan Azərbaycanın davamlı,
dayanıqlı inkişafı qaçılmazdır.
Səs.- 2017.- 21 sentyabr.- S.12