ŞahdağTurizm Mərkəzi yay mövsümünü başa vurub

   

 İnkişaf etmiş sivil dünyanı yeraltı yerüstü sərvətləri ilə heyrətləndirən Azərbaycan müasir dövrümüzdə dəyərləri ilə beynəlxalq aləmin diqqət mərkəzindədir. Belə ki, Azərbaycanın iqtisadi inkişafı, siyasi sabitlik, sosial həyatdakı uğurlar ölkəmizi dünyaya daha da yaxınlaşdırır. Əgər belə olmasaydı, ölkəmizə gələn turistlərin sayında nəzərəçarpacaq dərəcədə artım müşahidə olunmazdı.

Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə reallaşan dövlət proqramları turizmin daha da inkişafına səbəb olub. Ölkədə yüzlərlə turizm şirkətinin fəaliyyəti, turizm marşrutlarının yaradılması, beşulduzlu otellərin istifadəyə verilməsi, eləcə , peşəkar kadrların hazırlanmasına diqqətin artırılması s. Azərbaycanın turizm ölkəsi tək tanınmasında əsas amillər sırasındadır.

Ölkəmizdə Şahdağ Qış-Yay Turizm Kompleksinin yaradılması Azərbaycan turizminin inkişafında uğurlara gətirib çıxardı. Dünyadakı bu tipli komplekslərdən müasirliyi universallığı ilə fərqlənən kompleks Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində salınıb. Şahdağ Qış-Yay Turizm Kompleksi müasir tələblərə cavab verir. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Şahdağ Qış-Yay Turizm Kompleksinə çəkilən avtomobil yolu genişləndirilib, yeni körpülər salınıb, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib digər müvafiq işlər görülübdür. Azərbaycanda ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən biri olan Şahdağ Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir. Bu layihənin reallaşdırılması respublikamızda dağ-xizək idmanı digər idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açıb.

Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan Şahdağ Qış-Yay Turizm Kompleksinə daxil olanQayaZirvəmehmanxanalarının açılışı turistlərin istirahətinə geniş imkanlar açıb. “Zirvəotelində - 40 nömrə, personal üçün 3 otaq, restoranlar, bar, kafe, pab, bilyard zalı, mağazalar, konfrans zalı, xizək avadanlıqlarının icarəsi, xizək məktəbi, tibb məntəqəsi, avtomobil dayanacağı sair obyektlər mövcuddur. “Qayaotelində isə 62 nəfər turistin yaşayışı üçün nəzərdə tutulan 26 nömrə, fitnes klubu, restoran, bar, kafe sair obyektlər mövcuddur. Kompleksdə keyfiyyətli xidmət göstərilməsinin təmin olunması üçün qrup hallında kompleksə turist göndərəcək şirkətlər üçün sifarişlərin qəbul olunması üçün artıq Bakı Turizm İnformasiya MərkəzindəCall Centerməlumat sifariş mərkəzi yaradılmış fəaliyyətə başlamışdır. Bu cür imkanlara malik olanŞahdağTurizm Mərkəzində artıq yay mövsümü başa çatdı.

Sayca beşinci olan bu yay mövsümü ərzində mərkəzə üz tutan turistlərin sayı keçən yay mövsümlərindəki rəqəmləri üstələyərək, 40 000-dən çox olmuşdur. Onların 68%-dən çoxunu xarici ölkələrdən olan turistlər, xarici turistlərin 83%-dən çoxunu isə ərəb ölkələrindən gələn tursitlər təşkil etmişdir.

 

3 AY DAVAM EDƏN LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ YAY DÜŞƏRGƏSİNDƏ 160-DAN ÇOX UŞAQ İŞTİRAK EDİB

 

Bu mövsüm ilk dəfə olaraq uşaqlar üçün ingilis dilliŞahdağYay Düşərgəsi beynəlxalq pilot layihəsinin əsası qoyulmuş, 3 ay davam edən layihə çərçivəsində yay düşərgəsində Azərbaycan, Türkiyə, İran, Fransa, BƏƏ, Gürcüstan, Rusiya Mərakeş kimi ölkələrdən 160-dan çox uşaq iştirak etmiş, “ASAN Məktublayihəsi ilə birlikdə təşkil edilmiş xeyriyyəçilik aksiyası nəticəsində, respublikanın müxtəlif bölgələrindən aztəminatlı ailələrdən olan 25 uşağa xeyriyyə məqsədi ilə düşərgədə bir həftəlik istirahət hədiyyə edilmişdir.

Kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biri burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olmasıdır. Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilib. Layihənin reallaşdırılması respublikada dağ-xizək idmanı digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır. Bu, qış idman növlərində milli idmançılarımızın yetişməsində əvəzsiz rol oynayacaqdır. “ŞahdağQış-Yay Turizm, “TufanDağ-Xizək Qış-Yay İstirahət komplekslərində görülən işlər Azərbaycanın turizmin inkişafı sahəsində əldə olunan uğurların göstəricisidir. Yaradılan şərait, bir daha təsdiqləyir ki, artıq turistlər ilin bütün fəsillərində Qusara səfər edə bilərlər. Yay mövsümündə minlərlə qonağı qarşılayan bu məkanlar qışda da turistlərin ən gözəl istirahət mərkəzi olacaq. Bütün bunlar onu göstərir ki, Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına təsirini göstərir. Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir.

 

ZÜMRÜD BAYRAMOVA

Səs.- 2017.- 26 sentyabr.- S.11.