27 sentyabr
Ümumdünya Turizm günüdür
27 sentyabr Ümumdünya Turizm günüdür. 1925-ci ildən
Cenevrədə müxtəlif
adlar altında fəaliyyət göstərən
Turizm təşkilatı
1970-ci il 27 sentyabr tarixdə Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb.
1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən
Təşkilat 27 sentyabr
– Ümumdünya Turizm
Gününü təsis
edib. Zəngin mədəni-tarixi irsə,
əlverişli təbii
şəraitə malik
olan Azərbaycanda turizm sektoru sürətlə inkişaf
edir. 2011-ci il isə Prezident İlham Əliyev tərəfindən “Turizm
ili” elan edilib.
Ölkədə turizmin inkişafına
dair birinci Dövlət Proqramının reallaşdırılması
müstəqilliyin ilk
illərində tənəzzülə
uğramış bu sektorun dirçəlməsinə
şərait yaratdı.
Bu Proqram həmçinin Beynəlxalq
turizm bazarına inteqrasiyanın təməlini
də qoydu, milli turizm kompleksinin
rəqabətə
davamlılığı yüksəldi.
Prezident İlham Əliyevin
təsdiq etdiyi “Azərbaycan Respublikasında
2010–2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və bu proqrama uyğun
olaraq həyata keçirilən çoxsaylı
layihələr ölkədə
bu sahənin inkişafına yeni töhfələr verməkdədir.
Proqramın başlıca
məqsədi ölkədə
yüksək iqtisadi, sosial və ekoloji tələblərə
cavab verən müasir turizm sahəsinin formalaşdırılmasıdır.
Respublikada əldə olunan
sosial-iqtisadi irəliləyiş
isə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı
sahələrindən birinə
çevrilməsi kimi
mühüm vəzifənin
həllinə imkan verir. Ölkəmizdə fəaliyyət göstərən
mehmanxana və mehmanxana tipli müəssisələr, müasir
otellərin sayı da getdikcə artır, ölkəyə
gələn turistlər
üçün yaradılan
şəraitin səviyyəsi
də ildən-ilə
yüksəlir, turistlər
üçün yeni imkanlar yaradılır. Bütün bu tədbirlər isə ölkəmizə gələn
turistlərin sayına
təsirsiz qalmır, bu say ildən-ilə
artır. Təkcə
2010-cu ildə Azərbaycana
1 milyon 495 minə yaxın turist gəlib. 2011-ci ilin 6 ayında isə bu rəqəm 1 milyon 16 min təşkil
edib.
Turizm sahəsində çalışanların
peşə hazırlığının
artırılması məqsədilə
2006-cı ildə ölkədə
Turizm İnstitutu yaradılıb, onun nəzdində müxtəlif
peşələr üzrə
daimi fəaliyyət göstərən kurslar açılıb. 2002-ci ildən
başlayaraq Bakıda
hər il Beynəlxalq Turizm və
“Ümumrespublika Daxili
Turizm Sərgiləri”-nin keçirilməsi, həmçinin xaricdə
təşkil olunan beynəlxalq turizm sərgilərində ölkəmizin
təmsil olunması da turizmin inkişafına
təkan verib. Ölkədə turizmin əhəmiyyətini artırmaq,
turizm potensialını
təbliğ etmək,
yerli adət-ənənələri,
milli mətbəxi, mədəni və tarixi irsi tanıtmaq
baxımından bu tədbirlər böyük
əhəmiyyət daşıyır.
Artıq bir sıra ölkələrin
nüfuzlu televiziya kanalları da turizm imkanlarımızı
əks etdirən filmlər və reklam çarxları nümayiş etdirilir.
Prezident İlham
Əliyevin 2011-ci ili Azərbaycanda “Turizm ili” elan etməsi
də dövlətimizin
bu sahənin inkişafına qayğısının
daha bir təzahürü oldu. “Turizm ili”ndə həm Bakıda, həm də bölgələrdə yeni
müasir otellər istismara verilib. 2011-ci ildə təkcə Bakıda altı beşulduzlu otel istismara veriləcək. Onlardan biri – “Kempinski Badamdar” otelinin fəaliyyətə
başlayıb. Bu otel kompleksi kimi möhtəşəm
obyektin inşası Azərbaycanın qarşıya
qoyduğu böyük
məqsədlərin növbəti
əyani nümunəsidir.
Ölkəmizin “Avroviziya-2010” yarışmasında
möhtəşəm qələbəsi
bu sahəyə diqqəti daha da artırdı. Gələn il müsabiqənin Bakıda
yüksək səviyyədə
keçirilməsi, Azərbaycana
gələcək çoxsaylı
turistlərin qarşılanması,
yerləşdirilməsi, ölkəmizin
yüksək səviyyədə tanıdılması
üçün indidən
böyük layihələrin
gerçəkləşdirilməsinə start verilib.
Azərbaycanda turizmlə bağlı möhtəşəm layihələrdən
biri də Qusarda inşa olunan və regionda analoqu olmayan Şahdağ Qış-Yay Turizm Kompleksidir. 2011-ci il fevralın 27-də Kompleksin
2 nömrəli kanat və xizək enişinin açılışı
oldu. Açılışda
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etdilər.
Şahdağ Milli Parkının ərazisində salınan
bu kompleksin tikintisinin ölkəmizdə
dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacağına artıq heç kimdə şübhə yoxdur.
Bir həqiqət də
odur ki, turizm sahəsində aparılan islahatlar, ölkəmizdə beynəlxalq
səviyyəli tədbirlərin
keçirilməsi, dünyanın
müxtəlif yerlərində
təşkil olunan sərgi və tədbirlər Azərbaycanın
yüksək səviyyədə
təbliğidir. Bütün
bu uğurların qazanılmasında
isə, təbii
ki, ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş inkişaf strategiyasının
mühüm rolu var.
Səs.-
2017.- 27 sentyabr.- S.11.