Beynəlxalq Amnistiya Təşkilatı və insan
hüquqlarının müdafiəsi
Bütün təzyiqlərə baxmayaraq, 1961-ci ildə yaradılmış Beynəlxalq Amnistiya təşkilatı, ilk dəfə olaraq, dünya üzrə həyata keçirdiyi kampaniyadan sonra baş verən hüquq pozuntuları ilə əlaqədar məlumat bazası yaratdı və 61 rejim tərəfindən tətbiq olunan işgəncələrlə bağlı hesabatlar dərc etdirdi. Dünyada qeyri-hökumət təşkilatları tərəfindən insan hüquqlarının müdafiəsi uğrunda hərəkat genişləndikcə, BMT və digər beynəlxalq təşkilatların himayəsi altında insan hüquq və azadlıqlarının müdafiəsinin təmin olunmasına yönələn yeni-yeni konvensiyalar, bəyannamələr qəbul olunmağa, habelə, bu sənədlərdə əks olunmuş hüquqların təmin olunmasına yönələn nəzarət mexanizmləri formalaşmağa başladı. Yuxarıda adı çəkilən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və ona əlavə olunan qeyri-məcburi protokol, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qeyri-İnsani və ya İnsan ləyaqətini alçaldan davranış və cəza növləri əleyhinə Konvensiya, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya, İrqçilik əleyhinə Konvensiya və s. bu qəbildən olan sənədlərdir.
"İnsan hüquqları: Bəşər rifahının təməli" əsərində göstərilir: "Dünya üzrə insan hüquq və azadlıqlarının bərqərar olunması istiqamətində başlanmış ictimai hərəkat bəzən nəhəng dalğaya çevrilərək ciddi nəticələrə gətirib çıxarırdı. Amerika Birləşmiş Ştatlarında Marten Lüter Kinq hərəkatını buna misal göstərmək olar. Qara dərili Amerkanların hüquqları uğrunda Marten Lüter Kinqin rəhbərliyi altında başlanmış mübarizə sonda onlara münasibətdə mövcud olan ayrı-seçkiliyin aradan qaldırılmasına gətirib çıxardı. Nelson Mandelanın aparteid əleyhinə apardığı mübarizə sonda Cənubi Afrika Respublikasında aparted rejimə son qoydu və s. Beləliklə, istər böyük əhali kütlələri, xalqlarını hüquqları uğrunda mübarizə, istərsə də kiçik qrupların, ayrı-ayrı fərdlərin hüquqları uğrunda mübarizədə ictimai hərəkatların, kampaniyaların rolu danılmazdır.
Yetmişinci illərin ortalarında dünyada insan hüquqlarının təmin olunması istiqamətində ictimai hərəkatın günbəgün genişləndiyi bir dövrdə 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi toplandı və həmin müşavirədə avqust ayının 1-də Helsinkidə 35 dövlətin iştirakı ilə 1972-ci ilin noyabrında başlanmış prosesin nəticəsi olaraq Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi Helsinki Yekun Aktı imzalandı. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi adı altında təşkil olunmuş bu forumun əsas məqsədi Şərqlə Qərb arasında müxtəlif danışıqların və dialoqların həyata keçrilməsini təmin etməklə Avropada təhlükəsizliyin, əməkdaşlığın və insan hüquqlarının bərqərar olunmasına zəmin yaratmaq idi".
Postsovet ölkələrinin əksəriyyətində hakimiyyət orqanlarından asılı olmayan və onun təsiri altında olmayan qeyri-hökumət təşkilatlarının yaranma və formalaşma dövrü Sovet İttifaqının süqutu və müttəfiq respublikaların beynəlxalq hüququn subyektinə çevrilməsindən sonra baş vermişdir. Buna qədər qeyri-formal təşkilatlar, qruplar, insanlar ictimai hüquq-müdafiə fəaliyyəti ilə məşğul olurdu. Bununla belə, bu tip təşkilatlar, qruplar və insanlar özləri rejim tərəfindən hər cür təqiblərə, həbslərə, fiziki və psixoloji təzyiqlərə məruz qalırdı.
Kampaniyaların təşkili ictimai müdafiənin təşkilində kampaniyaların keçirilməsi olduqca effektiv bir vasitədir. Azərbaycan hüquq müdafiəçilərinin son dövrlərdən başlayaraq istifadə etdikləri bu metodu xarici ölkə və beynəlxalq qeyri-hökumət təşkilatları artıq çoxdan sınaqdan çıxarmışlar. Bizlərə Beynəlxalq Amnistiya Təşkilatının istər ayrı-ayrı ölkələrdə, istərsə də ümumdünya miqyasında keçirdiyi kampaniyalar məlumdur və bir çox hallarda Azərbaycanın hüquq müdafiəçiləri özləri bu kampaniyaların iştirakçıları olurlar. İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin qəbul olunmasının 50 illiyinə hazırlıq getdiyi dövrdə Beynəlxalq Amnistiya kütləvi surətdə petitsiyalar toplanması kampaniyasını həyata keçirmişdir. Ayrı-ayrı "vicdan məhbusları"nın azadlığa buraxılması uğrunda keçirilən kampaniyaları buna misal göstərmək olar. Bəzən belə kampaniyalar ayrı-ayrı fərdlərin və ya qrupların deyil, bütöv xalqların hüquqlarının bərpa olunması uğrunda həyata keçirilir. Buna misal olaraq Polşanın Helsinki Komitəsinin və Helsinki Fondunun Tibet xalqının hüquqlarının müdafiəsi uğrunda keçirdikləri ardıcıl kampaniyaları misal göstərmək olar. Yunayted təşkilatının rasizm əleyhinə təşkil etdiyi ümumdünya kampaniyasında 1500-dən çox qeyri-hökumət təşkilatı iştirak edir. Belə misalları istənilən qədər göstərmək olar.
İnsan Hüquqlarının Monitorinqi İnsan Hüquqları üzrə Monitorinqin ümumi məqsədi insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılmasıdır. Odur ki, monitorinq həm problemin miqyası haqqında tam təsəvvür əldə etmək və həm də problemin həlli ilə bağlı müsbət və mənfi dəyişiklikləri izləmək baxımından qeyri-hökumət təşkilatları üçün zəruri vasitələrdən biridir. Məşhur hüquq müdafiəçisi Marek Novitskiyə görə insan hüquqlarının müdafiəsi üzrə monitorinqin obyektləri aşağıdakılardır:
1. Hər hansı bir konkret hüququn, məsələn, bu və ya digər ölkədə söz və ya birləşmək hüququnun monitorinqi;
2. Hər hansı regionda, müəssisədə, yaxud ölkədə yaşayan spesfik qrupun (məsələn, məhbusların, milli azlıqların, əsgərlərin və s.) hüquqlarının monitorinqi;
3. Dağınıq və ya kompakt olmayan qrupların (məsələn, əlillər, miqrantlar və s.) monitorinqi;
4. Spesifik hallar üzrə
hüquq pozuntularının
monitorinqi.
İctimai müdafiənin
təşkilində lobbiçilik fəaliyyəti. İctimai müdafiənin təşkilində qeyri-hökumət
təşkilatlarının,
müdafiə
komitələrinin və
ayrı- ayrı qrupların lobbiçilik fəaliyyətini də
xüsusi olaraq qeyd etmək
lazımdır. Buradaca
qeyd etmək zəruridir ki, hüquq müdafiəçiləri hər
hansı bir şəxsin,
yaxud qrupun müdafiəsini
təşkil
edərkən həyata
keçirdikləri
fəaliyyətin hansı formada olmasının fərqinə varmırlar və bu baxımdan da, lobbiçilik fəaliyyəti, ilk baxışdan ola
bilsin ki, o qədər də
nəzərə çarpmır.
İnsan hüquqlarının müdafiəsi ilə
məşğul
olan təşkilatlar hüquqları
pozulan şəxslərin və
qrupların hüquqlarının
bərpası
uğrunda birbaşa mübarizə
aparırlar. Onlar hüquqları pozulanlar
haqqında, həmçinin, ölkədə bu və
ya digər hüquqların
pozulmasına dair ümumi hesabatlar hazırlayır və beynəlxalq
təşkilatlara
təqdim
edirlər.
İctimai təşkilatlar
hüququ pozulanların
məhkəmə proseslərində ictimai müdafiəsini təşkil
edirlər.
İctimai təşkilatların
nümayəndələri imkan daxilində
cəzaçəkmə yerlərinə daxil olur, məhbusların saxlanma şəraiti ilə tanış olurlar.
Bununla belə, hər
bir müdafiə işində
bu və
ya digər şəkildə lobbiçilik fəaliyyəti olur. Hüquq müdafiəçiləri bir çox hallarda müdafiə etdikləri
şəxsin,
yaxud şəxslərin problemləri
ilə
bağlı məsələlərin parlamentdə
səsləndirilməsinə, kütləvi
informasiya vasitələrinin köməyindən istifadə
etməklə müxtəlif
məmurlar
qarşısında tələb qoymaqla müəyyən nailiyyətlər əldə edirlər.
Qeyd etməliyik
ki, ictimai müdafiənin
təşkilində lobbiçilik fəaliyyəti Azərbaycanda
hələ Qərb
ölkələrinə nisbətən geridə
qalır ki, bunun da bir
sıra obyektiv və
subyektiv səbəbləri var.
İctimai müdafiənin
təşkili
və
həyata
keçirilməsi
özlüyündə
bir yerdə dayanmayan
dinamik bir prosesdir və daim təkmilləşir. Kommunikasiya imkanlarının
genişlənməsi, regional və
beynəlxalq
səviyyədə müxtəlif şəbəkələrin
yaranması hüquq müdafiəçiləri üçün yeni-yeni imkanlar açır.
Belə imkanlardan biri
də
İnternetdir. İnternet, elektron
poçt vasitələrinin imkanları
ictimai müdafiə imkanlarını misli görünməmiş
şəkildə genişləndirmişdir.
Hazırda bir çox
xarici ölkə və
beynəlxalq
qeyri-hökumət
təşkilatları
müdafiə
etdikləri
şəxslərin internet şəbəkəsində
müdafiəsinin
təşkilinin
bir çox üsullarından istifadə edirlər.
İctimai müdafiəni
təşkil
edərkən ictimai rəyin
formalaşdırılması olduqca zəruridir. Odur ki, müdafiənin
təşkilində kütləvi-informasiya
vasitələrinin rolu əvəzsizdir. Beləliklə, qeyri-hökumət
təşkilatları
subyektlərin
hüquqlarını müdafiə edərkən, onun kütləvi-informasiya vasitələrilə
qarşılıqlı əməkdaşlığı alınır ki, bu da birinciyə müdafiəni
daha effektiv qurmağa böyük yardım etmiş olur.
Bununla belə, hüquqları pozulmuş
şəxslər haqqında müxtəlif beynəlxalq
təşkilatlara
ötürülən
məlumatlar
bir çox hallarda lakonik olur və
həmin
təşkilatlara
bir çox hallarda daha dolğun
məlumatlar
lazım gəlir. Hər hansı şəxs haqqında, yaxud onun pozulmuş hüquqları haqqında
beynəlxalq
təşkilatlara
müraciətlər göndərilərkən məlumatın sonuna həmin
WEB səhifənin də
ünvanını əlavə etmək
olar. Bu, həm
də
hüquq-müdafiə
işində
professionallığın yüksəlməsinə
səbəb olacaqdır.
Vahid ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2017.- 13 yanvar.- S.15