Azərbaycan multikulturalizmi
dünyaya örnək olacaq unikal modeldir
Bu gün dünyada
nümunəvi
inkişaf modelinə malik olan Azərbaycan davamlı inkişaf sayəsində regionun lider dövləti
səviyyəsinə yüksəlib. Bölgədə Azərbaycanın
təşəbbüsü və
fəal
iştirakı olmadan hər
hansı layihəni reallaşdırmağın mümkün
olmaması elə, ölkəmiz
haqqında təsəvvürləri
formalaşdırır. Müstəqil Azərbaycanın
belə
nüfuzlu bir dövlətə çevrilməsi
Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirdiyi məqsədyönlü siyasət sayəsində gerçəkləşib.
Hərtərəfli və sürətli
inkişaf dövrünü
yaşayan Azərbaycan bu gün dünyəvi, hüquqi və demokratik
dövlət
olaraq multikultural,
tolerant məkan
kimi dünya dövlətləri tərəfindən qəbul
olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm Azərbaycanın dövlət
siyasətinin
əsas
elementlərindən birinə
çevrilib. Ölkəmizdə dövlət-din
münasibətləri hüquqi baxımdan mövcud qanunvericilik əsasında
yüksək
səviyyədə tənzimlənir, vətəndaşların
vicdan azadlığı
təmin
olunur, dini icmaların fəaliyyəti
dəstəklənir, onlara
dövlət
tərəfindən maliyyə
yardımı göstərilir. Dünyada dini radikalizm meyilləri
artdığı bir zamanda Azərbaycanda
vəziyyət başqa ölkələrlə
müqayisədə tamamilə
başqa bir mənzərə yaradır.
Bir sıra müsəlman ölkələrində dini zəmində problemlərin
davam etdiyi müşahidə
edildiyi zamanda Azərbaycan
multikultural dəyərləri
ilə
dünyaya nümunədir. Bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Müasir dövrdə Qərbdə multikulturalizmin süquta uğradığı bir vaxtda, multikulturalizmin Azərbaycan
modelinin nümunəyə çevrilməsi Azərbaycan
gerçəkliklərinə əsaslanır.
Ölkəmizdə kilsə,
sinaqoq və məscidlər təhlükəsiz, qarşılıqlı hörmət əsasında
fəaliyyətdədirlər. Ölkə başçısı Cənab
İlham Əliyevin Sərəncamı ilə
2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi
bir daha ölkəmizdə multikutural dəyərlərə olan münasibətin
təzahürüdür.
Azərbaycan
son illərdə Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə çoxlu sayda beynəlxalq
tədbirlərə ev sahibliyi edir. İnklüziv cəmiyyətlərdə
birgəyaşamalara
çağırışlar edən
Azərbaycan
bəşəriyyətin çətin
sınaqlar qarşısında
qaldığı, silahlı
münaqişələrin, beynəlxalq
terrorizmin tüğyan
etdiyi, insanların öz yurdlarını kütləvi
şəkildə tərk
etdikləri
bir zamanda, öz dəyərlərinə
sahib çıxır. Elə
cari ilin yayında paytaxtımızda
keçirilən
"Multikulturalizm Azərbaycanda həyat
tərzi
kimi: milli və
dini dəyərlər" adlı III Beynəlxalq Multikulturalizm Məktəbi çərçivəsində 16 ölkədən 50-dən çox
tələbənin iştirak
etdiyi tədbirdə
ölkəmizdə bu və
ya digər dəyərlərə olan münasibət ilə iştirakçılar canlı
olaraq tanış
oldular. Xatırladaq ki, layihə çərçivəsində "Azərbaycanın
Gənc
Dostları Klubu" İctimai Birliyi təsis
edildi. Birliyin üzvlüyündə
indiyədək ölkəmizdə təşkil
olunmuş beynəlxalq multikulturalizm məktəblərinin
xarici tələbələri, eləcə də 20 xarici ölkədəki
universitetlərdə Azərbaycan
multikulturalizmi fənninin tədris
olunduğu fakültələrin dinləyiciləri, eləcə də
həmin
tələbələrin
təbliğatı
ilə
Azərbaycanı
tanıyan, sevən xarici gənclər təmsil
olunur. Birlik klubunun üzvü
olan xarici gənclərə Azərbaycanda təhsil
imkanı yaratmağı,
ölkəmizlə bağlı aparacaqları
tədqiqatlarda
onlara yardımçı
olmağı, Azərbaycan dilinin və
mədəniyyətini öyrənməyə maraqlı
olan hər bir üzvə
dəstək göstərməyi nəzərdə tutur.
Azərbaycan ilə təəssüratlarını qələmə almaqda davam edirlər. Məsələn Çin vətəndaşı və Litva Pedaqoji Universitetində ali musiqi təhsili alan Xianqou Vanq yazır ki, "Azərbaycan multikulturalizmi" fənninin müdavimi olmuşam. Bu fənnin tədrisi dövründə nəzəri olaraq Azərbaycanın mədəniyyəti, multikulturalizm modeli haqqında müəyyən anlayışlar əldə etmişdim. Amma bəzi məsələlər mənim üçün dumanlı qalmışdı:"Ona görə də III Beynəlxalq Multikulturalizm Yay Məktəbində iştirak etmək fürsəti yarananda sevindim".
O, yazır ki, III Beynəlxalq Multikulturalizm Yay Məktəbində iştirakımı həyat təcrübəmin qiymətli hissəsi hesab edirəm: "Azərbaycanın Gənc Dostları Klubu"nun yarandığını biləndə, məmnuniyyətlə üzv oldum. Çünki yay məktəbində iştirakımdan sonra Azərbaycan mənim üçün çox doğmalaşıb və dost ölkəyə çevrilib. "Azərbaycanın Gənc Dostları Klubu" ideyalarımızı paylaşmaq və müzakirələrdə fəal iştirak etmək üçün zəngin platformaya çevrilir".
Daha sonra yazır ki, multikulturalizm Azərbaycana kənardangəlmə bir dəyər deyil, xalqın əsrlərə söykənən ali dəyəridir, həyat tərzidir və dövlət siyasətinin aparıcı istiqamətidir:"III Beynəlxalq Multikulturalizm Məktəbində iştirakım unudulmaz xatirələrlə yadımda qalıb. Yay məktəbinin proqramı çərçivəsində Nic qəsəbəsinə səfərimiz zamanı Alban-Udi Xristian Kilsəsini görəndə mütəəssir oldum. Musiqiçi olduğum üçün kilsədə səslənən orqan musiqisi diqqətimi cəlb etdi. Ümumiyyətlə, Azərbaycan musiqisi maraq dairəmdədir. Burada olduğum günlərdə Azərbaycan bəstəkarlarının musiqilərini dinlədim. Qəbələdə təşkil olunan konsertdə Azərbaycanın xalq mahnıları mənə xoş anlar yaşatdı. Çox şadam ki, Azərbaycanı yaxından tanıdım. Mən Qəbələ şəhərini, yerli insanların qonaqpərvərliyini və burada multikulturalizm, tarix, mədəniyyət və digər sahələrdə əldə etdiyim biliyə görə Azərbaycanı heç vaxt unutmayacağam. Azərbaycan multikulturalizmi bu gün dünyanın örnək alacağı unikal modellərdən biridir. Məhz buna görə "Azərbaycanın Gənc Dostları Klubu" yarananda ilk üzvlərdən biri mən oldum və düşünürəm ki, bu dostluq ömür boyu davam edəcək".
Bəli, Azərbaycan mühiti hər şeyi deyir. Tarixi, coğrafiyası, mədəniyyəti ilə. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğuladığı kimi, multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və alternativi yoxdur.
Nəzakət ƏLƏDDİNQIZI
Səs.- 2017.- 13 yanvar.- S.6