Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı
müraciətlərə baxılmasının xüsusiyyətləri
Dövlət hakimiyyəti orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla, bu qanuna müvafiq olaraq baxılır.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət daxil olduqda, dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən müraciət üzrə xidməti araşdırma təyin edilir. Xidməti araşdırma müvafiq dövlət hakimiyyəti orqanına daxili nəzarət xidməti tərəfindən həyata keçirilir. Xidməti araşdırma 20 gün müddətində başa çatdırılmalı və nəticəsi dövlət hakimiyyəti orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda, dövlət hakimiyyəti orqanının rəhbəri tərəfindən bu müddət daha 10 gün uzadıla bilər.
Dövlət hakimiyyəti orqanının rəhbəri xidməti araşdırmanın nəticəsini atdıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:
Müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda, əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, tədbirlər görülməsi barədə;
Müraciətin əsaslı olduğu təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda, aidiyyəti şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, intizam məsuliyyətinə cəlb edilməsi barədə;
müraciətin əsaslı olması təsdiq edilmədikdə, şikayət üzrə icraata xitam verilməsi barədə.
Qəbul edilmiş qərar haqqında müraciət etmiş şəxsə əsaslandırılmış cavab verilməklə, ona həmin qərardan şikayət vermək hüququ izah edilir.
Dövlət hakimiyyəti orqanının rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət verilə bilər. Bu müddəa şəxsin dövlət hakimiyyəti orqanının rəhbərinin qərarından məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.
Dövlət hakimiyyəti orqanları hesab edilməyən dövlət, idarə, müəssisə və təşkilatlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə 20 gün müddətində bu qanunla müəyyən edilmiş ümumi qaydada baxılır.
Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin təşkili üçün məsuliyyət daşıyırlar.
Vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması üçün müəyyən edilmiş qaydanı pozmaqda, habelə, təkliflər, şikayətlər verməklə əlaqədar olaraq, yaxud onlardakı tənqidə görə vətəndaşları təqib etməkdə təqsiri olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq olaraq intizam, mülki-hüquq və cinayət məsuliyyəti daşıyırlar.
Vətəndaş böhtan məqsədilə ərizə və ya şikayət verdikdə, qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr ilə başqa qayda nəzərdə tutulmayıbsa, bu, Qanunla tənzimlənir.
Hikmət Babaoğlu yazır: "Beləliklə, ölkəmizdə demokratik cəmiyyət quruculuğu prosesində insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində toplanmış təcrübənin politoloji təhlili əsasında Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətinin əsas istiqamətləri kimi, bizim fikrimizcə, aşağıdakıları göstərmək olar:
-ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsinin konstitusion əsaslarının və normativ-hüquqi bazasının beynəlxalq standartlara müvafiq olaraq yaradılması, Azərbaycan Respublikasının bu sahədə beynəlxalq konvensiya və sazişlərə qoşulması;
-insan-vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin normayaradıcı və təşkilati fəaliyyətinin vəhdətinin təmin edilməsi;
- insan hüquqlarının müdafiəsi sahəsində milli mexanizmləri əhatə edən dövlət proqramlarının işlənilməsi və onların həyata keçirilməsinin təmin edilməsi;
- ölkədə aparılan siyasi, hüquqi, iqtisadi və sosial islahatların insan-vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və təmin olunmasına yönəldilməsi;
- insan-vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində icraedici, qanunverici və məhkəmə hakimiyyətlərinin fəaliyyətinin istiqamətləndirilməsi və əlaqələndirilməsi, bu sahədə beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi;
-insan-vətəndaş hüquqlarının müdafiəsi və təmin edilməsi sahəsində qeyri-hökumət təşkilatları və ictimai birliklər şəbəkəsinin formalaşdırılması və fəaliyyəti üçün əlverişli şəraitin yaradılması;
-vətəndaşların öz hüquq və vəzifələrinin başa düşməsinə kömək etmək məqsədilə hüquqi maarifləndirmə proqramlarının həyata keçirilməsi və s."
Qeyd etmək lazımdır ki, əsası böyük dövlət xadimi HeydərƏliyev tərəfindən qoyulan bu siyasət Onun layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədqiqatçı və ekspertlər də bunu təsdiq edərək, qeyd edirlər ki, ölkədə yaradılmış ictimai-siyasi sabitlik şəraitində İlham Əliyevin Prezidentliyi dövründə demokratiyanın inkişafı,o cümlədən, insan hüquq və azadlıqlarının təmin olunması yönümündə mühüm işlər görülmüşdür. Bunun bir istiqamətini də demokratik dəyərlərin mühüm tərkib hissəsi olan söz və fikir azadlığının təmin edilməsi təşkil etmişdir. Bütün bunlar isə respublikamızda demokratiyanın dinamik inkişafının göstəricisi kimi qiymətləndirilir.
Ölkəmizdə reallaşan demokratikləşmə şəraitində qeyd olunan və digər istiqamətlərdə həyata keçirilən dövlət siyasəti çərçivəsində insan hüquqlarının müdafiəsi və təmin edilməsinə dair milli mexanizmlərdən birini Azərbaycan Respubiikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Təsisatı təşkil edir. Bu təsisatın demokratiya yolunu seçmiş Azərbaycan cəmiyyətində təşəkkülü məsələlərinin tədqiqinə dissertasiya işinin bu fəslinin növbəti hissəsi həsr olunmuşdur.
"Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinın 25 iyul 1997-ci il tarixli Fərmanında deyilir:
"Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: Azərbaycan Respublikasının Nazırlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
Qüvvədə olan qanunvericilik aktlarının "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb, Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda, Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
Həmin Qanunun 8-ci maddəsində nəzərdə tutulan kargüzarlığın aparılmasının əsas qaydalarını hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb, Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Müəyyən edilsin ki, "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
VAHİD ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.-
2017.- 27 yanvar.- S.13