Xalqımız Azərbaycanın davamlı
inkişafı naminə
cənab İlham Əliyevi dəstəkləyir
Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev www.yap.org.az satına
müsahibəsi
-
Ağalar müəllim, aprelin 11-də Azərbaycanda prezident
seçkiləri keçiriləcək. Seçkiöncəsi
mühiti necə qiymətləndirirsiniz?
- Aprelin 11-də ölkəmizdə keçiriləcək
prezident seçkiləri
xalqımız və dövlətimiz üçün
mühüm əhəmiyyətə
malikdir. Seçkilərin nəticələri qarşıdakı dövrdə
ölkəmizin inkişafı,
əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması,
Azərbaycanın beynəlxalq
mövqeyinin möhkəmlənməsi
və digər məsələlər kontekstində
böyük əhəmiyyət
daşıyır. Azərbaycan
son 15 il ərzində Prezident İlham Əliyevin siyasəti sayəsində
hərtərəfli inkişaf
yolu keçib. Elə bir sahə
yoxdur ki, orada yüksək inkişaf göstəriciləri
qeydə alınmasın.
Bütün sahələrdə
ardıcıl islahatlar
həyata keçirilib
və əhəmiyyətli
uğurlar qazanılıb.
Bunun əsasında isə uğurlu iqtisadi siyasət dayanır. Regionların davamlı sosial-iqtisadi inkişafı təmin edilib, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri genişlənib,
sosial məsələlər
uğurla həll olunub.
Prezident İlham
Əliyevin rəhbərliyi
ilə qazanılmış
mühüm nailiyyətlərdən
biri ölkəmizdə
möhkəm sabitliyin
təmin olunması və etibarlı təhlükəsizlik mühitinin
yaradılmasıdır. Azərbaycan
sabitlik adası kimi bir çox
ölkələr üçün
örnəkdir, ölkəmizdə
təhlükəsizlik mühiti
hökm sürür. Azərbaycan həm də tolerantlıq nümunəsidir, ölkəmizdə
müxtəlif xalqlara
və mədəniyyətlərə
məxsus insanlar sülh və əmin-amanlıq şəraitində
yaşayırlar. Multikulturalizm
Azərbaycan cəmiyyətində
həyat tərzidir. Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda demokratik ölkə imicinə sahibdir. Həyata keçirilən islahatlar demokratik inkişafı sürətləndirməklə yanaşı, idarəetmənin
daha da təkmilləşməsini
şərtləndirir, bütün
bunlar isə dövlətimizin gücünün
artmasını təmin
etmiş olur.
Seçkiöncəsi mühit isə olduqca sabit və
şəffafdır, bütün
namizədlərə bərabər
şərait, imkanlar yaradılıb. Seçkilərin
nəticələrini isə
Azərbaycan xalqının
iradəsi müəyyən
edəcək. Əminəm
ki, Yeni Azərbaycan Partiyasının
Sədri cənab İlham Əliyev bu dəfə də möhtəşəm
qələbə qazanacaq.
- Siz ötən
dövrə nəzər
salaraq ölkəmizin
iqtisadi inkişafının
əhəmiyyətinə toxundunuz.
Azərbaycanın Prezident
İlham Əliyevin rəhbərliyi ilə keçdiyi tərəqqi yolunu və ölkəmizin iqtisadi inkişafını necə
səciyyələndirə bilərsiniz?
- Bilirsiniz ki, ötən müddət ərzində
Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti
nəticəsində dünyanın
ən dinamik inkişaf edən ölkələrindən birinə
çevrilib. İqtisadiyyatın
dinamik inkişafının
təmin edilməsi bütün sahələrin
tərəqqisini təmin
edib, əhalinin gəlirlərinin artmasını,
işsizlik və yoxsulluğun azalmasını
şərtləndirib, vətəndaşların
rifahı daha da yaxşılaşıb.
Bu gün hər bir sektorda
inkişaf müşahidə
olunur ki, bunun da əsasında
Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən iqtisadi siyasət dayanır. Azərbaycanın iqtisadi inkişaf modeli dünyada dəstəklənir.
Bu gün dünyanın qlobal çağırışlarından olan yoxsulluqla mübarizə sahəsində
Azərbaycanın təcrübəsinin
öyrənilməsi və
tətbiqi vacib amil kimi qeyd
edilir. Hazırda işsizlik, eyni
zamanda, yoxsulluq 5 faiz səviyyəsindədir
ki, bu da
dayanıqlı inkişaf
siyasətinin nəticəsidir.
Ötən 15 ildə
ölkəmizdə maaşların
beş, pensiyaların
səkkiz dəfədən
çox artması da xüsusi əhəmiyyətə malikdir.
Bunlarla yanaşı,
məqsədyönlü siyasət
nəticəsində respublikamız
öz imkanlarını
əhəmiyyətli dərəcədə
genişləndirib və
hər cəhətdən
güclü dövlətə
çevrilib. Cənubi
Qafqaz iqtisadiyyatının
70 faizdən çoxunu
özündə birləşdirən
Azərbaycan regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının
yaradılmasının əsas
təşəbbüskarı rolunda çıxış
edir. Respublikamızın
fəal iştirakı
ilə həyata keçirilən enerji, infrastruktur və digər layihələr bütövlükdə regionun
inkişafında mühüm
rol oynayır. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı
töhfələr verən
nüfuzlu bir ölkəyə çevrilib.
Azərbaycanın fəal
təşəbbüslər irəli sürdüyü
və hər cür dəstək verdiyi enerji layihələri ölkəmizin
region üçün
önəmini artıran
faktorlar kimi çıxış edir.
- Ağalar müəllim,
ötən müddət
ərzində Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
iqtisadi siyasətin mühüm prioritetlərindən
biri qeyri-neft sektorunun inkişaf etdirilməsi olub. Bu istiqamətdə görülən işlər
və əldə edilən nəticələrlə
bağlı nə deyə bilərsiniz?
- Prezident İlham
Əliyev qeyri-neft sektorunun inkişafını
mühüm prioritetlərdən
biri kimi müəyyənləşdirib. Bu istiqamətdə həyata keçirilən
tədbirlər səmərəli
nəticələr verib
və qarşıya qoyulan hədəflərə
çatmaq üçün
etibarlı zəmin yaradıb. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı
3,2 dəfə, qeyri-neft
iqtisadiyyatı isə
2,8 dəfə artıb.
Sənaye sahəsində
artım 2,6 dəfə
olub, kənd təsərrüfatında isə
bu göstərici 1,7 dəfədir. Qeyri-neft ixracının isə 4,1 dəfə artması mühüm göstəricidir.
Özəl sektorun inkişafı
yönündə də
görülən əhəmiyyətli
tədbirlər müsbət
nəticələrlə yadda
qalıb. İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondunun fəaliyyəti dövründə 34600-dən çox
sahibkarın ümumi dəyəri 4,5 milyard manat olan investisiya
layihələrinin
maliyyələşdirilməsinə 2,1 milyard manatdan artıq güzəştli
kredit verilib ki, bunun da
75 faizi respublikanın
regionlarının payına
düşür. Güzəştli
şərtlərlə verilən
bu kreditlər sahibkarlar tərəfindən
yüksək qiymətləndirilib,
bu kreditlərdən səmərəli istifadə
edilərək yeni müəssisələr, iş
yerləri yaradılıb.
Digər tərəfdən,
yeni şəraitdə
Azərbaycanda aparılan
islahatların böyük
qismi özəl sektorda aktivliyin artmasına, ölkə boyu biznes mühitinin
optimallaşdırılmasına hesablanıb. Prezident İlham Əliyevin
2016-cı il 13 iyul tarixində imzaladığı
“Azərbaycan Respublikasında
biznes mühitinin əlverişliliyinin artırılması
və beynəlxalq reytinqlərdə ölkəmizin
mövqeyinin daha da yaxşılaşdırılması
ilə bağlı əlavə tədbirlər
haqqında” müvafiq
Sərəncamı əsasında
respublikamızda özəl
bölmənin dəstəklənməsi
məqsədilə kompleks
tədbirlər intensiv
şəkildə davam
etdirilir. Respublikada sahibkarlıq subyektlərində
yoxlamaların dayandırılmasının
müddəti 2021-ci ilədək
uzadılıb, lisenziya
tələb olunan fəaliyyət növlərinin
sayı 59-dan 37-yə endirilib,
lisenziyalar müddətsiz
müəyyən edilib,
dövlət rüsumunun
məbləği Bakıda
2 dəfə, regionlarda
isə 4 dəfə azaldılıb,
lisenziyaların İqtisadiyyat
Nazirliyi tərəfindən
“ASAN xidmət” mərkəzlərində
verilməsi təmin olunub. Eyni zamanda, regionlarda
sahibkarlıq subyektlərinin
fəaliyyətinin stimullaşdırılması
baxımından ölkədə
aparılan islahatlar çərçivəsində “Azərbaycan Respublikasında
kiçik və orta sahibkarlıq səviyyəsində istehlak
mallarının istehsalına
dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsi də böyük aktuallıq daşıyır. Bəhs
olunan sənəddə
ölkədə kiçik
və orta sahibkarlığın vəziyyəti
təhlil edilib, xüsusilə bu sahədə görülmüş
işlər, həyata
keçirilmiş islahatlar,
mövcud statistika barədə ətraflı
məlumat verilib. Yol xəritəsində
2020-ci ilədək strateji,
2025-ci ilədək olan
dövr üçün
uzunmüddətli və
2025-ci ildən sonrakı
dövr üçün
hədəf baxış
əhatə edilir. Yol xəritəsində adıçəkilən baxışlarda
nəzərdə tutulan
məqsədlərə nail
olmaq üçün
5 strateji hədəf müəyyən edilib.
Hazırda Azərbaycanda iqtisadiyyatın
şaxələndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafının
təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması
və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi
kimi sosial-iqtisadi inkişaf siyasətinin mühüm istiqamətlərində
səmərəli tədbirlər
reallaşdırılır.
Bütün bunlar isə Azərbaycanın iqtisadi inkişafını
daha da sürətləndirir.
- Bütün sahələrdə möhtəşəm
uğurların əldə
olunması Azərbaycan
vətəndaşlarının Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasətə
mütləq inam və etimad bəsləməsini şərtləndirib.
Sizcə, bu amil özünü seçkilərin nəticələrində
necə göstərəcək?
- Azərbaycan
Prezidenti İlham Əliyevin uğurlu inkişaf siyasəti vətəndaş məmnunluğunu
təmin edib. Çünki əhalinin rifah halı daha da yaxşılaşıb,
ölkəmizin tərəqqisi
insanların həyatında
müsbət dəyişikliklərin
meydana çıxmasına
səbəb olub.
Azərbaycanın dayanıqlı
inkişafının mütəmadi
xarakter daşıması
insanların gələcəyə
inamla və optimist baxmasına əsas yaradıb. Bütün bunlar cənab İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasətin
alternativsiz olduğunu
göstərir. Azərbaycan
xalqı seçkilər
vasitəsilə öz
iradəsini ifadə edəcək və növbəti dəfə cənab İlham Əliyevə etimad göstərəcək. Xalqımız
Azərbaycanın gələcək
inkişafı naminə
cənab İlham Əliyevə səs verəcək!
Səs.-
2018.- 4 aprel.- S.12.