Ölkəmizin hər bir bölgəsində turizm sektoru inkişaf edir
Sürətli inkişaf dövrünü yaşayan
Azərbaycanın hər
bir bölgəsində
sıçrayışlar görmək
mümkündür. Bütün sahələrdəki
dinamik inkişaf turizm sahəsində də özünü göstərir. Ölkəmizə
dünyanın hər
bir ölkəsindən
səfər edən turistlərin, cəlbedici məkan olaraq, Azərbaycanı seçmələri
bir sıra amillərə söykənir.
Bir sıra yeni müasir otellərin inşası, ölkəmizdəki əmin-amanlıq
və inkişaf, eləcə də, yay turizmi ilə
yanaşı, qış
turizminin yaradılması
turistlərin Azərbaycana
cəlb olunmasında daha bir addım
oldu. Azərbaycanın
hər bir bölgəsində turizm sektorunun inkişaf etdirilməsi istiqamətində
görüləcək işlər
hələ də var. Turizmin inkişafı
ilə bağlı bölgələrdə yeni
otellərin tikilməsinə
də ehtiyac var.
Bu gün
“Şahdağ” Qış-Yay
Turizm Kompleksi yüz minlərlə turisti qəbul etmək iqtidarındadır.
Vaxtilə ən elementar infrastruktur imkanlarından məhrum olan, lakin bu
gün nəhəng turizm kompleksinin tikildiyi dağlara dəmir yolu xəttinin çəkilməsi
bu sahənin inkişafında əhəmiyyətli
rola malikdir. Hazırda “Şahdağ”ın
bu kompleksində ikinci mərhələdə
işlərin görülməsi
planlaşdırılıb. Belə ki, burada
dəniz səviyyəsindən
2350 metr yüksəklikdə
5 nömrəli lift meydançası inşa ediləcək və 4,2 kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək.
Bu, ən uzun zolaq olmaqla
yanaşı, mürəkkəbliyinə
görə də, qırmızı dərəcəli
zolaq olacaq. Bu il kompleksin
əsas meydanında əyləncə infrastrukturunun
qurulması da planlaşdırılır. Burada
“Boulinq”, tennis və digər stolüstü oyunlar zalı, kinoteatr, musiqi mərkəzi, həmçinin suvenir mağazaları, iaşə
və xidmət obyektləri inşa ediləcək. Təbii ki, ölkəmizə gələn turistlərin sayının artımı
bu sahənin inkişafının məntiqi
nəticəsidir. Təkcə
keçən il ölkəmizə gələn
turistlərin sayında
beş yüz minə yaxın artım müşahidə
olunmuşdur. Turistlər
ölkəmizdə mövcud
olan gözəl yollardan və aeroportlardan istifadə edirlər. İndi sürətli qatarların
olacağı planlaşdırılıb.
Turizm sahəsinə ayrılan
dövlətin diqqətinin
aşkar təzahürüdür
ki, bu ilin
yanvarında ölkəmizə
gələn xarici vətəndaşların sayı
185 mini keçib ki, bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə
17 faiz artım deməkdir. Rəsmi statistikaya əsasən,
Azərbaycana gələn
xarici vətəndaşların
sayına görə beş ölkə - Rusiya (59 990 nəfər), Gürcüstan (45 679 nəfər),
Türkiyə (24 276), İran
İslam Respublikası
(13 437 nəfər) və
Birləşmiş Ərəb
Əmirlikləri (8 265 nəfər)
üstünlük təşkil
edib. Bu ölkələrdən gələn
xarici vətəndaşların
sayı yanvar ayı ərzində ölkəmizə gələn
xarici ziyarətçilərin
82 faizini təşkil
edib. Keçən ilin yanvar ayı ilə müqayisədə say etibarilə daha yüksək artımın
müşahidə edildiyi
ölkələr Türkiyə
(5 379 nəfər), Gürcüstan
(4 480 nəfər), Rusiya
Federasiyası (3 774 nəfər)
və BƏƏ (2 869 nəfər)
olub. Bu ölkələrdən gələnlərin
sayındakı artım
cəmi 16 min 502 nəfər təşkil edib ki, bu
da ümumi artımın 61 faizi deməkdir. Keçən ilin yanvar ayı
ilə müqayisədə,
faiz etibarilə daha yüksək artımın müşahidə
edildiyi ölkələr
isə Küveyt
(540%), Pakistan (316%), Hindistan
(234%) və Qətər
(167%) olub. Bu ölkələrdən Azərbaycana
gələnlərin sayında
artım cəmi 5 720 nəfər təşkil edib ki, bu
da ümumi artımın 21 faizi deməkdir.
Son vaxtlar
bir çox ölkələrin Çin,
Birləşmiş Ərəb
Əmirlikləri, İsrail
və digər ölkələrin aviaşirkətlərində
fəallıq da nümayiş olunub. 2017-ci ildən
İsrail Hava Yolları ilə Azərbaycana 15 min turist səfər edib. Ekspertlərin fikrincə, 2018-ci ildə bu rəqəm
artaraq, 50 minə yaxın olacaq.
Turistlərin sayında rəqəmin bu şəkildə dəyişməsi, əlbəttə
ki, ölkəmizin coğrafi relyefi, iqlimi, təbii sərvətləri, həyata
keçirilən dövlət
proqramları ilə yanaşı, ölkəmizdəki
sabitliyin, əmin-amanlığın
və bu sektora dövlət tərəfindən ayrılan
diqqətin məntiqi nəticəsidir.
Zümrüd BAYRAMOVA
Səs.-
2018.- 17 aprel.- S.3.