Suraxanı rayonu dinamik inkişaf yolunda
Prezident İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr edilən iclasında, habelə “Azərbaycan
Respublikası regionlarının 2014–2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının dördüncü ilinin yekunları ilə
bağlı keçirilən
konfransda ölkəmizdə son illərdə
sosial-iqtisadi, siyasi sahələrdə görülən
işlərə nəzər salındı, qarşıda
duran vəzifələr müəyyənləşdirildi. Dövlət başçısı
çıxışlarında Azərbaycanın son 14 ildə,
eləcə də 2017-ci ildə
uğurlu inkişaf yolu keçdiyini, bölgələrin mənzərəsinin
dəyişdiyini, qarşıda duran bütün vəzifələrin
icrasının reallaşdığını, ölkəmizin
gücləndiyini və beynəlxalq
əlaqələrimizin daha da dərinləşdiyini
xatırlatdı.Cənab İlham Əliyevin hərtərəfli
diqqət və qayğısı ilə əldə edilən
uğurlar Suraxanının sosial-iqtisadi həyatında da
aydın nəzərə çarpır. Sözügedən
dövrdə rayonda geniş quruculuq və yeniləşmə
tədbirləri həyata keçirilib, ərazidə
gerçəkləşdirilən mühüm layihələr, quruculuq işləri
küçə və meydanların, park və istirahət
güşələrinin, yaşayış massivlərinin
görkəmini daha da gözəlləşdirib, insanların
müasir tələblər səviyyəsində
rahatlığını reallaşdırıb.
Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair qəbul edilən dövlət proqramlarının icrası nəticəsində
paytaxtın bu rayonunda son illərdə infrastruktur layihələri
uğurla həyata keçirilib, kommunal və sosial xidmətlərin
həcmi və keyfiyyəti
yaxşılaşıb, abadlıq işləri
geniş vüsət alıb, əhalinin həyat səviyyəsi
yüksəlib. Azərbaycan Prezidenti
cənab İlham Əliyev dəfələrlə Suraxanı sakinləri ilə görüşlər keçirib,
onların qarşılaşdıqları problemlərlə
yaxından tanış olub. Dövlət
başçısı tərəfindən sistemli şəkildə
həyata keçirilən məqsədyönlü və
düşünülmüş islahatlar rayon
iqtisadiyyatının sürətli inkişafını,
insanların yaşayış şəraitinin
yaxşılaşmasını, yoxsulluğun və
işsizliyin azaldılmasını, sabitliyin möhkəmlənməsini
təmin edib.
Abadlıq-quruculuq işləri rayonun
bütün yaşayış məntəqələrini əhatə
edir
Prezident İlham
Əliyevin müəyyənləşdirdiyi inkişaf
strategiyasının həyata keçirilməsi, regionların
sosial-iqtisadi inkişafı dövlət proqramlarının
icrası Suraxanı üçün də uğurlu olub.
Son 14 il ərzində Azərbaycan
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
proqramlarının icrası nəticəsində 2003-cü ilə
nisbətən 2017-ci ildə rayonda sənaye məhsulunun
istehsalı 4,9 dəfə, tikinti-quraşdırma işləri
8,5 dəfə, nəqliyyat xidmətləri 9,5 dəfə, əsas
kapitala yönəldilən investisiyalar 1,7 dəfə,
orta aylıq əməkhaqqı 8,3 dəfə artıb, daimi
olmaqla 33174 yeni iş yeri açılıb.
Hesabat dövründə rayonda əvvəlki
ilə nisbətən sənaye məhsulunun istehsalı 145
faiz, əsas kapitala yönəldilən investisiyalar 211 faiz, kənd
təsərrüfatı 163 faiz, pərakəndə ticarət
dövriyyəsi 224 faiz, orta aylıq əməkhaqqı 110
faiz təşkil edib, nəqliyyat
xidmətləri 3 dəfə artıb, əhaliyə
222 milyon manat məbləğində
pullu xidmətlər göstərilib, 4840 yeni daimi iş yeri
açılıb.Hesabat dövründə rayonda mühüm
yenidənqurma layihələri reallaşdırılıb,
küçələrə və məhəllədaxili ərazilərə
ümumilikdə 306,3 min kvadratmetr asfalt örtüyü çəkilib, 95 min kvadratmetrdən çox sahədə cari təmir
işləri aparılıb. Ölkə Prezidentinin müvafiq
sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi tərəfindən
Qaraçuxur və Zığ qəsəbələrini birləşdirən,
uzunluğu 2 kilometr olan avtomobil yolu,
Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini
birləşdirən, uzunluğu 12 kilometr olan yolun 3 kilometrlik
hissəsi yenidən qurulub.
Hazırda Zığ və
Hövsan qəsəbələrini birləşdirən 6,8
kilometrlik avtomobil yolu yenidən
qurulur.Yeri gəlmişkən, həmin küçələrin
müəyyənləşdirilən
yerlərində müasir tələblərə cavab verən
12 yeni avtobus dayanacağı quraşdırılıb,
köhnə dayanacaqlar isə yeniləri ilə əvəzlənib.
Vətəndaşların yaşayış sahələrinə
olan ehtiyacını ödəmək, onların mənzil-məişət
şəraitini yaxşılaşdırmaq, müasir tələblərə
cavab verən çoxmənzilli binaların tikintisini
reallaşdırmaq məqsədilə Nazirlər Kabinetinin
müvafiq sərəncamı ilə
Hövsan qəsəbəsinin qərb hissəsində
Dövlət Neft Şirkətinin daimi istifadəsində olan
20 hektar sənaye təyinatlı torpaq sahəsinin
kateqoriyası dəyişdirilərək yaşayış məntəqələrinin
torpaqları kateqoriyasına keçirilməklə Azərbaycan
Respublikasının Prezidenti yanında Mənzil
İnşaatı Dövlət
Agentliyinin tabeliyində olan “MİDA”
MMC-nin sərəncamına verilib, həmin ərazidə 3200 mənzilli,
12 min nəfərin yaşaya biləcəyi 7-10 mərtəbəli
binalardan ibarət yaşayış kompleksinin, məktəbin
və iki uşaq bağçasının tikintisi nəzərdə
tutulub. 2003-cü ildən bəri
Suraxanıda 31 dəfə səfərdə olan və rayonun
inkişafına daim böyük diqqət göstərən Prezident İlham
Əliyev ötən il dekabr ayının 24-də Birinci
vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə
MİDA-nın ikinci layihəsi olan Hövsan yaşayış
kompleksində tikiləcək ilk 7 mərtəbəli binanın təməlqoyma mərasimində iştirak edib.Hesabat dövründə
rayonun müxtəlif ərazilərində çoxmərtəbəli
yaşayış binalarının inşası davam etdirilib,
Qaraçuxur qəsəbəsində əsaslı təmirinə
başlanılan Neftçilər parkının cari ilin ikinci
rübündə sakinlərin istifadəsinə verilməsi
nəzərdə tutulub. Sadalananlarla yanaşı, Əmircan qəsəbəsində
18-ci əsrin sonlarında inşa edilən “Seyid qızı”
türbəsi də əsaslı təmir olunub, hazırda ətraf
ərazilərdə abadlıq işləri görülür.
Kommunal xidmətlərin keyfiyyəti
artırılır
Ötən il
rayonda 17,8 min poqonometr su və 832
poqonometr kanalizasiya xətləri çəkilib,
görülən işlər nəticəsində rayon əhalisinin
58 faizi qrafiklə, 38 faizi isə fasiləsiz su ilə təmin
olunub.
Qaraçuxur qəsəbəsində yerləşən “S. Steel Company”
şirkətinin qarşısındakı dairədən
Əmircan qəsəbəsinin Səttar Bəhlulzadə dairəsinədək
yolda və Yeni Suraxanı qəsəbəsinin Səttar Bəhlulzadə,
Atamoğlan Rzayev və Xanlar Ələkbərov küçələrində
“Azərsu” ASC tərəfindən qəzalı vəziyyətdə
olan 2 ədəd
400 millimetr diametrli su xətti
dəyişdirilib, 6820 metr
uzunluğunda müxtəlif diametrli yeni xətlər çəkilərək
istifadəyə verilib. Ümumiyyətlə,
reallaşdırılan bu və ya digər tədbirlər nəticəsində
Əmircan və Yeni Suraxanı qəsəbələrində
8 min nəfərin su təchizatı
yaxşılaşdırılıb.
Hazırda Qaraçuxur qəsəbəsinin Etibar Bəkirli küçəsində
100-ə yaxın fərdi yaşayış evinin altından
keçən qəzalı su xəttinin ləğv edilərək
daha təhlükəsiz əraziyə köçürülməsi
və həmin küçədə 2800 poqonometr,
Bülbülə qəsəbəsinin Səttar Bəhlulzadə,
Vüqar Bədəlov küçələrində 6000
poqonometr, Əmircan qəsəbəsinin Elxan Həsənov,
Malik Mustafayev və Zülal Tağıyev küçələrində
5500 poqonometr yeni su şəbəkələri qurulur. Hesabat dövründə
19,2 kilometr yeni qaz kəməri
çəkilib və ya əsaslı
təmir olunub, 534 ədəd yeni sayğac
quraşdırılıb, 3 ədəd yüksəkgərginlikli
elektrik yarımstansiyasının binasında və ətrafında
təmir-abadlıq işləri aparılıb, 5 elektrik
yarımstansiyasında transformatorlar daha
güclüləri ilə əvəzlənib, 1 ədəd
yeni KTM, 160 ədəd işıqlandırma dirəyi, 320 ədəd
çilçıraq quraşdırılıb, 5360 metr kabel çəkilib və
hazırda rayon əhalisinin 100 faizi elektrik enerjisi ilə, 98
faizi isə məişət qazı ilə təmin olunur.Yeri
gəlmişkən, kommunal xidmətlərin göstərilməsində
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin “ASAN xidmət mərkəzi” mühüm rol
oynayır. Mərkəzin
müasir texniki avadanlıqlarla
təchiz edilən xüsusi avtobusları vasitəsilə
ötən ilin fevral-mart aylarında
Yeni Suraxanı, Zığ və Hövsan qəsəbələrində
1104 nəfər vətəndaşa səyyar formada xidmət
göstərilib. Bu il fevral ayının 1-dən Hövsanda
yaşayan sakinlərə həmin xidmətlərin göstərilməsinə
başlanılıb, fevral ayının 19-dan isə
Zığ qəsəbəsində xidmətlərin göstərilməsi
davam etdiriləcək.
Hər il olduğu kimi, cari
mövsümdə də payız-qış
hazırlığı diqqət mərkəzində
saxlanılıbSuraxanının payız-qış
mövsümünə hazırlığını yüksək
səviyyədə təmin etmək məqsədilə rayon
icra hakimiyyəti başçısının sərəncamı
ilə qərargah yaradılıb, RİH başçısı
yanında şura iclasında bu məsələ müzakirə
olunub, tövsiyə və tapşırıqlar verilib.
Əhalinin istiliklə təminatını daha da
yaxşılaşdırmaq üçün məhəllədaxili
və binadaxili istilik sistemlərində təmir-bərpa
işləri görülüb, 1850 poqonometr istilik xətti
dəyişdirilib, qarlı-buzlu hava şəraiti
üçün qum və duz ehtiyatı
yığılıb, maşın və mexanizmlər saz vəziyyətə
gətirilib. Rayon ərazisindəki istilik sisteminə
qoşulan 324 çoxmərtəbəli yaşayış
binası, 34 məktəb, 35 uşaq bağçası və
12 səhiyyə obyektinin hər birinə qış
mövsümündə istilik verilişi təmin olunub.Suraxanıda
yararsız və ya qəzalı vəziyyətdə olan mənzillərdə yaşayan sakinlərin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, şəhərin
ümumi görünüşünə xələl gətirən
yaşayış binalarının, habelə digər obyektlərin
sökülərək yenilərinin
inşa edilməsi ilə bağlı Nazirlər
Kabinetinin müvafiq qərarına əsasən, müəyyən
tədbirlər görülür. Məsələn,
Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev
küçəsi, 34, 36 və Qəzənfər Vəliyev
küçəsi, 13 ünvanlarında yerləşən
istismara yararsız evlərin yerində çoxmərtəbəli
yaşayış binaları
tikilir.Hesabat dövründə rayonun mənzil-kommunal
birlikləri tərəfindən balansdakı yaşayış binalarının dam örtükləri,
pilləkən qəfəsləri təmir olunub, zirzəmilər
çirkab sulardan təmizlənib, mühəndis-kommunikasiya
sistemlərinin, lift təsərrüfatının işlək
vəziyyətdə saxlanılmasına daim diqqət yetirilib.
“Bir bələdiyyə
– azı bir layihə” proqramı uğurla həyata
keçirilir
“Bir bələdiyyə
– azı bir layihə” proqramı çərçivəsində
Bülbülə qəsəbəsində Şəhidlər
xiyabanı əsaslı şəkildə yenidən qurulub, 11
şəhidin xatirəsi əbədiləşdirilib.
Hövsanda Böyük Vətən müharibəsində həlak
olanların şərəfinə ucaldılan “1941 – 1945” abidə
kompleksi əsaslı təmir edilib. Qaraçuxur qəsəbəsinin
Ə.Mehbalıyev küçəsində “Vətən şəhidləri
unudulmur” abidə kompleksində isə yenidənqurma işlərinə
başlanılıb. Azərbaycanın Milli Qəhrəmanı
Albert Aqarunovun yaşadığı Əmircan qəsəbəsi,
8/6 saylı binanın üzərindəki xatirə lövhəsinin
təntənəli açılışı ilə əlaqədar
ətraf sahələr
abadlaşdırılıb, həyətlərdə oturacaqlar
quraşdırılıb, yaşıllıqlar salınıb.Ümumilikdə,
rayon üzrə 19 ünvanda 63 şəhidin xatirəsini əbədiləşdirən
xatirə kompleksləri əsaslı təmir olunub və ya
yeniləri tikilib. “Nümunəvi abad məhəllə”lərin
salınması, sakinlərin istirahəti və
uşaqların əylənməsi üçün oturacaqlar,
söhbətgahlar, idman və oyun elementlərinin
quraşdırılması da diqqət mərkəzində
saxlanılıb. “Nümunəvi abad məhəllə”lərdən
söz düşmüşkən, xatırladaq ki, Bakı
Şəhər Mənzil-Kommunal Təsərrüfatı
Departamentinin dəstəyi ilə hesabat dövründə
12-si Suraxanı Rayon MKTB, 8-i isə 3 saylı Xüsusi Təyinatlı
MKTB tərəfindən olmaqla 20 bu cür məhəllə salınıb, mövcud məhəllələrdə
isə təmir-bərpa işləri aparılıbHesabat
dövründə Suraxanıda ətraf mühitin
yaxşılaşdırılması tədbirləri davam
etdirilib, rayonda fəaliyyət göstərən neft əməliyyatı
şirkətləri tərəfindən ümumi sahəsi
1,5 hektar olan 45 gölməçə qurudulub və müxtəlif
növ tullantılardan təmizlənib, lay suları, habelə neftlə çirklənən 9,8
hektar torpaq sahəsi texniki rekultivasiya olunub, həmin ərazilərdə
qazon və ağaclar əkilib. Ekoloji vəziyyətin
yaxşılaşmasına rayon icra hakimiyyətinin təşkilatçılığı
ilə mütəmadi keçirilən iməciliklər də
müsbət təsir göstərib. Xatırladaq ki, hesabat
dövründə Suraxanıda 16 ümumrayon iməciliyində
7562 ədəd ağac əkilib.Sosial müdafiə tədbirlərinə
xüsusi əhəmiyyət verilir
Hesabat dövründə rayon əhalisinin
sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə
diqqət artırılıb, aidiyyəti idarələr tərəfindən
8885 nəfərə sosial müavinət verilib, 1013 ailəyə
ünvanlı sosial yardım təyin edilib. Rayon Məşğulluq Mərkəzi tərəfindən
898 nəfər işlə təmin edilib, 158 nəfər isə
peşə hazırlığı kurslarına cəlb olunub.
Əhalinin məşğulluq səviyyəsinin
artırılması məqsədilə işsiz vətəndaşların
ödənişli ictimai faydalı işlərə cəlb
edilməsinə də mühüm önəm verilib. Rayonda 1435 yeni iş yerinin açılması,
abadlıq, yaşıllaşdırma və çoxmənzilli
yaşayış binalarının əsaslı təmiri
işlərinə rayon MKTB-yə
36-sı məcburi köçkün olmaqla cəmi
568 nəfər işaxtaran şəxs, digər qurumlarda isə
662 nəfər vətəndaş cəlb edilib.Rayonda məşğulluq
səviyyəsinin artırılmasında yeni iş yerlərinin
yaradılması da xüsusi əhəmiyyət
daşıyır. Bu məqsədlə sahibkarlığın
inkişafı istiqamətində müxtəlif tədbirlər
həyata keçirilir. Məsələn, ötən
il dekabr ayının 27-də 120 sahibkarın iştirakı ilə
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində RİH-in və
Sahibkarlığa Kömək Milli
Fondunun birgə təşkilatçılığı
ilə keçirilən 12-ci işgüzar forum çərçivəsində
adıçəkilən fondun vəsaiti hesabına Hövsan qəsəbəsində yaradılan
zeytunçuluq təsərrüfatına 3,6 milyon manat güzəştli
kredit ayrılıb və 113 yeni iş yerinin yaradılması
nəzərdə tutulub.Azərbaycan Prezidenti İlham
Əliyevin 2017-ci il fevralın 15-dən mayın 1-dək
bütün ölkə vətəndaşlarının
pulsuz tibbi müayinədən keçirilməsi ilə
bağlı tapşırığı da Suraxanıda diqqət
mərkəzində saxlanılıb. Rayon icra
hakimiyyəti başçısının müvafiq
sərəncamı ilə bu tədbirin yüksək səviyyədə,
operativ təşkil edilməsi məqsədilə komissiya
yaradılıb, müəssisə
və idarələrin kollektivlərinin tibbi müayinədən
keçmə qrafiki tərtib olunub. Rayon ərazisindəki 4 xəstəxana, 4 poliklinika və
1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi
keçirilib. Beləliklə, ötən il 15368 nəfər
vətəndaşın və 138 kollektivin tibbi müayinəsi
reallaşıb. Bu da tibbi müayinədən keçməsi
nəzərdə tutulanların 87,24 faizini təşkil edir.Heydər
Əliyev Fondu tərəfindən bir qrup eşitmə
qüsuru olan imkansız və
aztəminatlı rayon sakininə eşitmə cihazı verilib.
Bununla bərabər, “İşıqlı həyat”
aksiyası əsasında gözündə müəyyən
xəstəliklər olan şəhid və aztəminatlı,
imkansız ailələrdən, habelə rayonda məskunlaşan məcburi köçkünlərdən
bir qisminə oftalmoloji xidmət göstərilib.
Məcburi köçkün ailələrinin
problemlərinin həlli diqqət mərkəzindədir
Ötən
il mart ayının 9-da Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə
keçirilən müşavirədə Bakı və
Sumqayıt şəhərlərindəki yataqxanalarda müvəqqəti
məskunlaşan qaçqın və məcburi
köçkün ailələrinin problemlərinin həlli ilə bağlı verilmiş
tapşırıqlar Suraxanı Rayon İcra Hakimiyyətində
keçirilən iclasda geniş müzakirə olunaraq konkret tədbirlər
müəyyənləşdirilib və verilən
tapşırıqlar icra olunur.Yeri gəlmişkən, Suraxanı ərazisində müxtəlif ünvanlarda 20 mindən
artıq məcburi köçkün məskunlaşıb,
ötən il ərzində onların məişət problemlərinin
həlli istiqamətində bir sıra işlər
görülüb. Belə ki, məcburi
köçkünlərin məskunlaşdığı
Hövsan qəsəbəsindəki
“Gilavar” uşaq bağçasının və H.Quliyev
küçəsi, 22 saylı ünvandakı yataqxananın,
Bülbülə qəsəbəsindəki “Azərtuneltikinti”
şirkətinə məxsus yataqxananın dam örtükləri
təmir edilib, rayon ərazisində məcburi
köçkünlərin sıx məskunlaşdığı
binalarda 426 ailə fərdi sayğacla təmin olunub,
yurd-yuvalarından didərgin düşən insanların bir
çox məişət problemləri həll edilib. Sakinlərin
müraciətlərinə həssaslıqla
yanaşılır
Prezident İlham Əliyevin dəfələrlə
vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun
başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli
və vicdanlı xidmətdir. Fəaliyyətini məhz bu
prinsip əsasında quran Suraxanı Rayon İcra Hakimiyyəti
də dinamik yüksəliş
üçün bütün zəruri tədbirləri həyata
keçirməyə, ölkədəki inkişaf prosesinə
töhfəsini verməyə çalışır. Ulu öndər Heydər Əliyevin hakimiyyəti
dövründə özü üçün güclü
istehsal potensialı, zəngin infrastruktur formalaşdıran
Suraxanı rayonu Azərbaycan Prezidenti İlham Əliyevin diqqət
və qayğısı ilə böyük uğurlar əldə
edib, daha da gözəlləşib, müasirləşib.
Bütün bunlar rayonun həyatında yeni intibah mərhələsinin
uğurlu başlanğıcıdır. Hazırda hər bir
Suraxanı sakini dövlət başçısı İlham
Əliyevin rəhbərliyi altında qazanılan
uğurları həyatında daha qabarıq hiss edir, ölkəmizdəki
yüksəliş və tərəqqi kursunu ürəkdən
dəstəkləyir.
Hesabat dövründə əhalinin müraciətlərinə,
sosial problemlərinin həllinə həssas münasibət bəslənilib.
Rayon icra hakimiyyəti başçısının səyyar
görüş-qəbullarının təsdiq olunan qrafikə
uyğun, habelə növbədənkənar qaydada
keçirilməsinə mühüm önəm verilib. RİH başçısı tərəfindən
2017-ci il ərzində 2905 nəfərin iştirakı ilə
51 səyyar görüş-qəbul keçirilməsi, 574 nəfər
vətəndaşın qəbul edilməsi də bunun bariz
ifadəsidir.Səyyar qəbullarda səslənən məsələlərin əksəriyyəti müsbət
həll edilib, bəzi problemlərlə bağlı isə
aidiyyəti qurumlara müraciətlər göndərilib. Suraxanı rayonu Heydər
Əliyev Mərkəzi – ən çox ziyarət edilən
ünvanMərkəzə ziyarətə
gələn rayon sakinləri, yerli və xarici qonaqlar burada əyani
vəsaitlərdən istifadə etməklə ulu öndər
Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq
imkanı qazanırlar.İndiyədək Heydər Əliyev Mərkəzinin
fəaliyyəti ilə 80 minə yaxın yerli və xarici
ziyarətçi tanış olub, burada elektron kitabxananın
xidmətindən 16 mindən artıq istifadəçi
faydalanıb. Mərkəzdə 2017-ci il ərzində 22
ümumrayon tədbiri, ümumilikdə isə müxtəlif mərkəzi
icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri,
elmi institutlar və digər qurumlar ilə birgə 2009-cu ildən
bəri 220-dən artıq tədbir keçirilib. Mərkəzdə
ayda bir dəfə tədris olunmaqla “Heydər Əliyev və
müasir Azərbaycan tarixi” mövzusunda 9–11-ci sinif şagirdlərinə
açıq dərs keçirilir. Dərslərin yüksək
səviyyədə tədrisi üçün bütün zəruri
təşkilati məsələlər həll edilib. Heydər Əliyev Mərkəzi ilə digər ziyarətçilərlə
yanaşı, məktəblilər də davamlı
tanış olur, onun imkanlarından səmərəli
faydalanırlar.Fəaliyyətə başladığı
gündən ümummilli liderimizin zəngin irsinin öyrənilməsi
və təbliği istiqamətində müxtəlif layihələr
reallaşdıran Suraxanı rayonu Heydər Əliyev Mərkəzi
ötən ilin sentyabr ayından daha bir layihəni
reallaşdırmağa başlayıb. Belə ki, Mərkəz, AMEA-nın Y.Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutu və RİH arasında əməkdaşlıq
müqaviləsi imzalanıb. Razılaşmaya əsasən, rayon məktəblərinin
10-cu sinfində təhsil alan və gələcəkdə I
qrup ixtisaslarını seçən, xüsusi istedadı ilə
fərqlənən, habelə aztəminatlı ailələrdən
olan 15 nəfər şagird 2017-ci il sentyabrın 15-dən 2 il
müddətində
adıçəkilən institutun alimləri tərəfindən
kimya fənnindən hazırlaşdırılır.“Ölkəmizi
tanıyaq” tur-aksiyası, Suraxanıya turist axını...
Prezident
İlham Əliyevin tövsiyəsinə əsasən, Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı
ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon
icra hakimiyyətləri tərəfindən 9–11-ci sinif
şagirdləri üçün “Ölkəmizi tanıyaq”
devizi altında təşkil olunan maarifləndirici
tur-aksiyaların keçirilməsi artıq ənənəyə
çevrilib. Ötən 4 il ərzində 7 istiqamət
üzrə 8 tur-aksiya təşkil edilib. Həmin tur-aksiyalarda iştirak edən məktəblilərin
sayı, ümumilikdə, 17 minə çatıb. Onlardan 299 nəfəri
Suraxanı məktəbliləridir.
Respublikamızın digər rayonlarından
Suraxanıya səfər edən tur-aksiya
iştirakçıları da buradan zəngin təəssüratla
ayrılıblar. Bu da təsadüfi deyil. Çünki son 14
ildə Suraxanıda həyatın bütün sahələrində,
o cümlədən, turizm sənayesinin inkişafı istiqamətində
mühüm addımlar atılıb. Rayonda
yaradılan müasir infrastruktur – rahat yollar, istirahət və
əyləncə kompleksləri, sağlamlıq mərkəzləri
turistlərin diqqətini çəkir. Ötən il ərzində
təkcə “Atəşgah məbədi” Dövlət
Tarix-Memarlıq Qoruğunun 30751 nəfər ziyarətçini
qəbul etməsi bunun parlaq ifadəsidir. Xatırladaq ki,
bu göstərici 2016-cı ilin müvafiq dövrü ilə
müqayisədə 27 faiz çoxdur.
*
* * Ötən il əldə edilən
uğurlar deməyə əsas verir ki, Suraxanı rayonunda qarşıdakı dövrdə
də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam
və tapşırıqları vaxtında və keyfiyyətlə
icra ediləcək, əhalinin sosial şəraiti daha da
yaxşılaşacaq, tikinti, abadlıq-quruculuq işləri
geniş miqyas alacaq, iqtisadiyyat güclənəcəkdir.
Vaqif
BAYRAMOV
Səs.-
2018.- 20 aprel. S.13.