Azərbaycanın
sabit inkişaf modelinin qurucusu
Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında,
xalqın düşüncə tərzində və
oyanışında müstəsna rol oynamış dahi şəxsiyyət
Heydər Əliyevin siyasi kursu sayəsində Azərbaycan
özünün müstəqilliyinin sütunlarını
möhkəmlədib, onun dünyaya inteqrasiya olunmasına
töhfələrini verib. Ulu Öndər Heydər
Əliyev Şəxsiyyət, Siyasi Xadim, Xalqın
dayağı olaraq Azərbaycan tarixində əsrin Lideri
olduğunu təsdiqlədi. Ulu Öndər
Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin
məntiqi nəticəsi idi ki, müasir dövrün tələbləri
çərçivəsində dünya xalqlarına
böyüklüyünü göstərə bildi.
Ümummilli
Lider Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə ölkəmizdə böyük
sıçrayış baş verdi. Həmin tarixə qədər baş verən hadisələr,
xalqı, bütövlükdə, uçuruma sürükləyən
məqamlar-istər ölkə daxilində, istərsə də
xaricində onun sütunlarını zəiflətməyə
başlamışdı. Belə bir zamanda
xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn,
Qayıdışı ilə böyük nailiyyətləri
Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər
Əliyev Ona etimad göstərənlərin ümidini
doğrultdu. Ulu Öndərin məqsədyönlü
siyasəti ilə Azərbaycanın şanlı və silinməz
tarixi yazıldı. Ölkə daxilində aparılan məqsədyönlü
işlər, eləcə də, sərhədlərdən kənarda
Azərbaycanın yürütdüyü siyasət müstəqil
dövləti möhkəmlətdi və əbədiləşdirdi.1993-cü
ilin oktyabr ayının 3-də Yeni Azərbaycan
Partiyasının Sədri Heydər Əliyevin Prezident
seçilməsi ilə Azərbaycanın həyatında yeni
dövrün əsası qoyuldu. Ölkəmizdə iqtisadi
sabitliyin təmin edilməsi, tənəzzülə
uğramasının qarşısının alınması və
yeni dövrün tələblərinə uyğun şəkildə
islahatların həyata keçirilməsi önəmli idi ki,
Ulu Öndər Heydər Əliyev də müdrikcəsinə
dövrün irəli sürdüyü bu tələbləri
müstəqil Azərbaycan dövlətində ardıcıl
şəkildə həyata keçirdi və ölkəmizdə
yeni iqtisadi mühit, azad bazar iqtisadiyyatı formalaşdı.
Sonrakı dövrlərdə Azərbaycan vətəndaşlarının
sosial durumunun yaxşılaşdırılması ilə bərabər,
dövlət quruculuğu siyasətinin ardıcıl surətdə
həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq
nüfuzunun artırılması istiqamətində addımlar
atıldı.Ulu Öndər Heydər Əliyevin
böyüklüyünü ifadə edən amillərdən
biri də odur ki, O, mövcud vəziyyəti yetərincə
qiymətləndirə bildi. 1994-cü ildə "Əsrin
müqaviləsi"nin imzalanması milli
iqtisadi inkişafın təməlini qoydu. Əlbəttə,
"Əsrin müqaviləsi"nin
imzalanması tarixi hadisə və dönüş nöqtəsi
idi. Azərbaycanın "Əsrin müqaviləsi"ndən
başlanan yolu haqqında Ümummilli Lider Heydər Əliyev
belə deyib: "1994-cü ildən Azərbaycan dövləti
özünün yeni neft strategiyasını həyata
keçirir və bu strategiyasının da əsas mənası,
əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən,
o cümlədən, neft və qaz sərvətlərindən
Azərbaycan xalqının rifahı naminə daha səmərəli
istifadə etməkdən ibarətdir".Bu gün Azərbaycanın
bütün sahələrdə Ulu Öndər Heydər
Əliyev əzəməti görünür. Onun
Şəxsiyyəti, məhz əməllərini yaşadan Azərbaycanın,
bütövlükdə panoramasında özünü
göstərir. Müasir həyatımızda
Azərbaycana marağın artması Ulu Öndər Heydər
Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət
nəticəsində mümkün olub.Ölkəmiz müstəqillik
qazandıqdan sonra demokratik, hüquqi və dünyəvi
dövlət quruculuğunu, azadlığı, insan
hüquqları, ədaləti və sülhü
özünün inkişaf yolu seçib. Belə
ki, insan hüquqları sahəsində qəbul edilmiş əksər
beynəlxalq müqavilələrə qoşulub, eyni zamanda, bu
sahədə mövcud beynəlxalq standartlara uyğun olaraq
özünün dövlətdaxili qanunvericiliyini yaradıb.
İnsan hüquqları amili Ümummilli Lider
Heydər Əliyev fəaliyyətinin əsası olub, bu da
bilavasitə Onun rəhbərliyi və təşəbbüsü
ilə kifayət qədər normativ-hüquqi sənədlərin
qəbul edilməsi ilə nəticələnib. 1993-cü ildə Ümummilli Liderin hakimiyyətə
qayıdışından sonra dövlətimizdə insan
hüquqlarının təminatlı sisteminin əsası
qoyuldu. Azərbaycanın adı Şərqdə
ölüm hökmünü ləğv edən ölkə
kimi tarixə düşdü. 1993-cü
ildə ölüm hökmü üzərində moratorium
qoyuldu, 1998-ci ildə isə bu cəza tamamilə ləğv
edildi. Bu, hələ ölkəmizin Avropa
Şurasına üzv olmadığı vaxtlarda belə insan
hüquqları sahəsində atılan ən mütərəqqi
addımlardan biri idi. Azərbaycan BMT-nin
insan hüquqlarının qorunmasına dair bəyannaməsinə
və digər beynəlxalq konvensiyalara da qoşulmaqla, insan
hüquqları sahəsində beynəlxalq miqyasda təsbit
olunmuş prinsiplərə sadiqliyini nümayiş etdirdi.
Demokratikləşməni hüquqi dövlət
quruculuğunun əsas meyarı kimi qəbul edən ölkəmizin
insan hüquq və azadlıqlarının təmin
olunmasına xüsusi önəm verməsini 1995-ci ildə Ulu
Öndər Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanan və ümumxalq səsverməsi ilə qəbul
edilən Konstitusiya da təsdiq edir. Bu Konstitusiya ilə Azərbaycan
demokratik, hüquqi və dünyəvi dövlət olaraq insan
hüquqlarına böyük önəm verdiyini bir daha
nümayiş etdirdi.Ölkəmizdə insan hüquq və
azadlıqlarına verilən böyük önəmin daha bir
təzahürü Ulu Öndər Heydər Əliyevin 1998-ci il fevralın 22-də imzaladığı
"İnsan hüquqlarının və
azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında" Fərmandır. Konstitusiyada təsbit
edilmiş insan hüquqlarının həyata keçirilməsinin
asanlaşdırılması üçün dövlət
siyasətinin əsas istiqamətlərini müəyyən edən
bu Fərman bir sıra kompleks tədbirlərin həyata
keçirilməsinə təkan verdi. Fərman
əsasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq
olunmuş insan hüquqlarının müdafiəsi sahəsində
Dövlət Proqramı çərçivəsində isə
qanunvericilik və institusional islahatlar həyata keçirildi. Həmçinin
qeyd olunan Dövlət Proqramı əsasında, eləcə
də ölkəmizin Avropa Şurası qarşısında
götürdüyü öhdəliklərə uyğun
olaraq, 2002-ci ildə Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (ombudsman) institutu təsis
edildi.Müasir dövrümüzdə Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən insan hüquqları
istiqamətində ciddi işlər görülür. Azərbaycan Respublikası insan hüquqlarının
müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq
edir. Belə ki, dövlətimiz insan hüquqları sahəsində
300-dən çox beynəlxalq müqavilənin
iştirakçısı və mühüm nüfuzlu beynəlxalq
təşkilatların BMT, Avropa Şurası, Beynəlxalq
Əmək Təşkilatı, Müstəqil Dövlətlər
Birliyi, İslam Konfransı Təşkilatı və s.
üzvüdür. Təkcə bir faktı qeyd
etmək lazımdır ki, BƏT-in 70-ə yaxın
Konvensiyasına qoşulan dövlətimiz həmin təşkilatın
ən mühüm partnyorlarından hesab edilir. Azərbaycan insan hüquqlarının təminatında
çox mühüm addım atıb. Ölkəmizdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
18 iyun 2007-ci il tarixli Fərmanı ilə
hər il iyunun 18-i ölkəmizdə "İnsan
hüquqları günü" kimi qeyd edilir. Bu isə
dövlətin özünün beynəlxalq, o cümlədən
mülki cəmiyyət qarşısında öhdəliklərinə
bir daha qayıtması və daim xüsusi yanaşması deməkdir.Bildiyimiz
kimi, 18 mart 2009-cu il tarixdə
keçirilmiş referendum insan hüquqlarının təminatında
yeni mərhələnin başlanğıcını qoydu.
Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi,
ilk növbədə, insan hüquqlarının daha real təminatının
əsası olan hüquqi dövlət-sosial dövlət
münasibətlərini meydana gətirmiş, Azərbaycan
Respublikasının sosial dövlət kimi möhkəmlənməsini,
dövlətimizin özünün vətəndaşları
qarşısında daha ciddi öhdəlik götürməsinin
qanunvericilik əsaslarını müəyyən etmişdir. Bütövlükdə, referendumla Konstitusiyaya edilən
əlavə və dəyişikliklər Azərbaycan
Respublikasında dövlət quruculuğunun yeni mərhələsinin
başlandığını bildirmiş, insan hüquq və
azadlıqlarının daha real və səmərəli təmininə
şərait yaratmışdır. Bu
gün də müxtəlif istiqamətlərdə insan
hüquqlarının real təminatı sahəsində
dövlətimiz yeni-yeni beynəlxalq sazişlərə
qoşulur, kifayət qədər normativ-hüquqi aktlar qəbul
edilir və ya mövcud normalar təkmilləşdirilir.
Əsas məqsəd isə qloballaşma və beynəlxalq
inteqrasiya dövründə insan hüquqlarının daha real
təminatına və bu istiqamətdə həyata
keçirilən uzunmüddətli tədbirlərin
davamlılığına nail olmaqdır.Hazırda Azərbaycanda
insan hüquqlarının qorunması ilə bağlı 4 minə
qədər qeyri-hökumət təşkilatı fəaliyyət
göstərir. Bu gün elə bir qrup yoxdur ki,
onun müdafiəsi ilə məşğul olan QHT olmasın.
Azərbaycandakı böyük təşkilatların
Avropanın qeyri-hökumət təşkilatları
assosiasiyası ilə əlaqələri mövcuddur.Müasir
dövrdə Azərbaycanda insan hüquqlarının təminatı
sahəsində ölkəmiz dünyaya nümunə ola biləcək məkandır. Prezident
İlham Əliyevin bir fikri də bizim üçün
çox önəmlidir ki, fəaliyyətimizin əsasında
insan amili durur və bütün fəaliyyətimizin məqsədi
də Azərbaycan vətəndaşı üçün,
onun bu gerçəklikdə rahat, əmin-aman yaşaması
üçündür. Bugünkü Azərbaycan
vətəndaşı hüquqlarını bilən və
onun təminatı üçün hər bir şeyi tələb
edən mübariz vətəndaşdır. Bu imkanı yaradan dövlətdir. Ümummilli Lider Heydər Əliyevin insan
hüquqlarının qorunması, demokratik inkişaf istiqamətində
həyata keçirdiyi siyasət Onun layiqli davamçısı
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Bunu çoxlu sayda qəbul edilən
qərar və sərəncamlardan daha aydın görmək
mümkündür.
Bugünkü
mövcud vəziyyət, iqtisadi inkişaf, siyasi sabitlik, eləcə
də, beynəlxalq aləmdə ölkəmizə inamın və
marağın artması Dağlıq Qarabağ münaqişəsinin
həlli prosesində Azərbaycanın diplomatik
üstünlük əldə etməsi, məhz Ulu Öndər
Heydər Əliyev siyasətinin təntənəsidir. UluÖndər
Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı
Möhtərəm Prezidentimiz İlham Əliyevin
yürütdüyü siyasət Azərbaycanın
böyük nailiyyətlər əldə etməsinə səbəb
olub.Bu gün fəxarət hissi ilə deyə bilərik ki,
Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf
strategiyası bəhrəsini verir və bu strategiya sayəsində
dövlətimizin üçrəngli bayrağı dünyanın
ən ali beynəlxalq qurumunun - BMT Təhlükəsizlik
Şurasının üzvü kimi dalğalanır. Bu, Azərbaycan dövlətinin apardığı
uğurlu siyasətin bəhrəsidir. Azərbaycan
Prezidenti İlham Əliyev dünyanın ən uca
kürsülərindən çıxış edərək,
ölkəmizin maraqlarını müdafiə edir.
Əlbəttə ki, bu uğura nail olunması
üçün böyük işlər görülüb,
dövlətimiz böyük yollar keçib.Bu gün
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin məqsədyönlü
siyasəti nəticəsində, Azərbaycan bütün
istiqamətlərdə dünyanın dinamik inkişafda olan
ölkələrdən birinə, tolerant və
multikultural nümunələri ilə beynəlxalq mərkəzə
çevrilib. Azərbaycan dövlətinin Qurucusu və
Memarı olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra ölkədə dini, milli, etnik
münasibətlərin yüksək səviyyədə tənzimlənməsi,
vicdan azadlığının tam bərqərar olması naminə
ardıcıl tədbirlər həyata keçirdi. Azərbaycan xalqının adət-ənənələri,
milli-mənəvi dəyərləri ilə fəxarət
hissi keçirən Dahi Öndər Heydər Əliyev dini
abidələrə, məscidlərə ehtiyatla və
böyük həssaslıqla qayğı göstərdi.
Bunun nəticəsidir ki, müasir
dövrümüzdə ölkəmizdə islami dəyərlər,
multikulturalizm məktəbi və tolerantlıq yeni
dövrünü yaşayır. Müasir
dünyamızda Azərbaycan dinlərarası, millətlərarası
münasibətlərdə dünya üçün örnək,
tolerantlıq və dözümlülük ənənələri
ilə zəngin olan dövlətə çevrilib. Ölkədə formalaşan tolerantlıq və
dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən
ənənədir. Ümummilli Liderin siyasi irsinin layiqli
varisi və davamçısı Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən alternativsiz uğurlu siyasətin nəticəsidir
ki, artıq Azərbaycan mühüm nüfuzlu beynəlxalq tədbirlərə,
müxtəlif idman yarışlarına ev
sahibliyi edir. Son dərəcə maraqlı, qədim tarixi və
zəngin mədəni dəyərləri olan Azərbaycanın
bu tədbirlərə ev sahibliyi etməsi,
təbii ki, ölkəmizdəki siyasi sabitlikdən, iqtisadi
inkişafdan qaynaqlanır.
Müstəqil Azərbaycanın bütün sahələrdə
qazandığı möhtəşəm nailiyyətlər
Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi
və milli tariximizin şanlı səhifələridir.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.-
2018.- 25 aprel.- S.3.