Mingəçevirdə Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Zərifə xanım Əliyeva fitri istedada malik novator alim, pak və səmimi bir insan kimi yaşadığı mənalı ömrü, keçdiyi şərəfli həyat yolu ilə hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər görkəmli oftalmoloq-alim, akademik, Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatında keçirilən konfransda səsləndirilib.

Tədbirdə Mingəçevir şəhərTələbəpoliklinikasının baş həkimi, YAP şəhər təşkilatının İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədri Nurcamal Məmmədova çıxış edərək akademik Zərifə Əliyevanın həyat fəaliyyətindən danışıb. Qeyd edib ki, görkəmli alim bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. O, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən müxtəlif istiqamətlərdə elmi araşdırmalar tədqiqatlar aparıb, cərrahi əməliyyatlar həyata keçirib, gözdə qlaukoma xəstəliyinin diaqnostikası müalicəsi istiqamətində bir neçə elmi-metodoloji fikirlər irəli sürüb, göz həkimlərinin təkmilləşdirilməsi üçün pedaqoji fəaliyyət göstərib.

Mingəçevir şəhər 13 saylı orta məktəbin direktoru Tünzalə Əfəndiyeva, 10 saylı orta məktəbin direktoru Xumarə Mikayılova Zərifə xanım Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını, ömür yolunun gördüyü fundamental işlərin heç vaxt unudulmayacağını bildiriblər. Vurğulanıb ki, Zərifə xanım istedadlı alim bacarıqlı pedaqoq olmaqla yanaşı, eyni zamanda, qayğıkeş, xeyirxah işgüzar qadın idi.

Tədbirdə akademik Zərifə Əliyevanın həyat fəaliyyətindən bəhs edən film nümayiş olunub, məktəblilər şeir söyləyiblər.

 

Atət Tahirqızı

Səs.- 2018.- 28 aprel.- S.10.