Müəllimlər müəllimi

haqqında bir neçə söz

   

Akademik Hüseyn Əhmədov haqqında çox yazılmışdır. Sözün böyük və həqiqi mənasında o, buna layiqdir. Yarım əsrlik elmi pedaqoji fəaliyyət dövründə ən qədimlərdən bu günümüzədək məktəb, təhsil, pedaqoji fikrimiz haqqında incə mətləblərdən tutmuş kardinal əhəmiyyətli tarixi-pedaqoji problemlərədək elmi-pedaqoji külliyatımız haqqında onun özünəməxsus tədqiqatçı imzası, zəhməti və mövqeyi vardır. Akademik Hüseyn Əhmədov Respubklika dövrü elmi-pedaqoji fikrin müasir mərhələsini təmsil etməklə yeni nəslin, - müstəqil dövlət quruculuğunun təhsil islahatlarının məsuliyyətini çiyinlərinə götürmüş elmi-pedaqoji pleyadanın müəllimi olaraq müəllimlər müəllimi titulunu şərəflə daşımaqdadır.

 

Mənim uzun illik dövrdə tədris-pedaqoji fəaliyətim onunla birbaşa ünsiyyətdə keçmişdir. Bu müddətdə mən Hüseyn müəllimi sözü bütöv, hər şeydə kriteriyanı gözləyən, özünün şəxsi və elmi nüfuzuna hörmətlə yanaşmaqla sayılıb-seçilən görmüşəm.

Hüseyn Əhmədov Azərbaycan məktəbi və pedaqoji fikir tarixini öyrənərkən, onun problemlərini, istiqamətlərini, yeni milli maarifçiliyin tarixi təşəkkülünü ehtiva edən, onun mənəvi dəyərlər sistemini daha cəsarətlə, daha incəliklə dolğun və mükəmməl şəkildə formalaşdıran pedaqoji ictimaiyyətə onu bir sistem halında təqdim edən peşəkar tədqiqatçıdır.

Onun tədqiqatçı-alim portiretini tamamlayan müdrikliyi, elmi yeniliklərdən ruhlanması, öyrənmək və öyrətmək meylis. keyfiyyətlər müasir alimlərimiz üçün örnəkdir. Sözün əsl mənasında Hüseyn Əhmədov nümunə məktəbdir.

Hüseyn Əhmədov imzalı alim-pedaqoqu yaxından tanımaq, elmi-nəzəri araşdırmalarının yeniliyini qiymətləndirmək üçün onun zəngin araşdırmalarına, xüsusilə də Azərbaycan elmi-pedaqoji ictimaiyyəti içərisində ilk dəfə olaraq mütaliəyə təqdim edilmiş «Seçilmiş Pedaqoji Əsərləri»nə baxmaq kifayətdir.

Birincisi, Hüseyn Əhmədovun pedaqogika tarixçiliyi mülkü tarixçiliyin elə mərhələsini əhatə edir ki, burada məktəb tarixçiliyi həm də fəlsəfi, etik, estetik... fikir tarixçiliyidir. Çünki XIX əsr məktəbi, bu dövrün müəllimliyi ictimai oyanışın elə mərhələsinin daşıyıcısı idi ki, bu təkcə Avropanı Rusiya vasitəsilə Azərbaycanın üzünə açmırdı, həm də daha çox Azərbaycanı Avropanın tərkib hissəsinə çevirirdi. Böyük mütəfəkkir M.F.Axundovun fikirlərini və əməli fəaliyyətini xatırlatmaq kifayətdir. M.F.Axundov faktoru bütövlükdə Şərq üçün təkrarsız siyasi-ideoloji hadisə idi. Yəni bu dövrün məktəbi ictimai dəftərxana, müəllimi isə ictimai xadim, millətin «dərdi-sərinin» himayəçiləri idi. Bütövlükdə isə milli oyanışın davamı olan milli maarifçiliyin ideoloji daşıyıcıları idi.

Belə bir tarixi aşırım mərhələsinin məktəbini, maarifini araşdırmaq özü ictimai-humanitar düşüncəni bütün sferaları ilə öyrənmək,qiymətləndirmək və təbliğ etmək idi.

Onun elmi-pedaqoji mühitdə mühüm pedaqoji hadisə kimi qiymətləndirilən «XIX əsr Azərbaycan məktəbi» monoqrafiyasının başlıca məziyyəti budur ki, başqalarından fərqli olaraq Hüseyn Əhmədov mövcud məktəblərin yaranma tarixini, səbəblərini aşkara çıxarmaqla kifayətlənməmiş, bu dövr ictimai-maarifçi mühiti xalqla, onun istək və arzuları, mədəni-maarifçi baxışları ilə, təfəkkür tərzi ilə əalqədə təhlil-tədqiq etmişdir.

Bu tədqiqat işi özündə bir neçə dissertasiya üçün elmi– nəzəri və tarixi məxəz rolunu oynamaq gücündədir. Şəxsən mənim «Çarizmin Azərbaycandakı təhsil siyasətinin əsas istqamətləri» adlı doktorluq dissertasiyam üçün burada qoyulmuş elmi, taixipedaqoji pastulatlar son dərəcə mühüm oriyentir əhəmiyyət daşımışdır. Hüseyn müəllim mübağiləsiz xeyirxaq qəlb, dərin zəka və sağlam enerji sahibidir: bunun müqabilidir ki, o, ömrünün 90- cı çağlarında da işıqlı, məntiqli, geniş araşdırma tələb edən əsərlər qələmə alır. Təkcə «Azərbaycan məktəb və pedaqoji fikir tarixi» dərsliyini qeyd etmək kifayətdir. Bu dərslik öz müəllimi, professor Əhməd Seyidovun və yetirməsi Fərrux Rüstəmovun «Pedaqogika tarixi» dərsliklərindən sonra respublikada bu istiqamətdə yazıhuış ən sanballı dərslikdir. Bu əsəri ilə Hüseyn Əhmədov Azərbaycan pedaqoji fikir tarixinin tədqiqi, tədrisi və təbliği istiqamətində yeni dönüş yaratmaqla, öz elmi məktəbinə ciddi implus verdi, onu yaxın xaricin elmi arenasına çıxardı.

Xalqın məktəb,maarif tarixi onun vətəndaşlıq tarixi ilə şərtlənir və əlaqələnir. İctimai proseslərin mahiyyəti üzərində, pedaqoji prosesin inkişaf tendesiyaları üzərində müşahidələr Hüseyn Əhmədov məntiqinin əsas məzmununu və ləyaqətini təşkil edir. Onun Rusiya İstilası dövrü məktəb və maarifə dair məqalələri pedaqogikaşünaslıqla elmi təhlil mədəniyyətinin ən klassik nümunələrindən hesab edilə bilər.

Bu mənada Hüseyn müəllim bizim müasir elmipedaqoji və təhsil tariximizə özünəməxsus ehmi üslubu, mövqeyi, siması və xidmətləri ilə daxil olan şəxsiyyətdir. Dünya pedaqoji klassikasını da xalqımızın milli-mənəvi sərvətlər xəzinəsinə çevirmək üçün mühazirələrində, iri və xırda həcmli əsərlərində, müxtəlif elmiictimai məclislərdəki çıxışlarında onları elmi ictimaiyyətə xüsusi bir şövq ilə çatdıran alovlu tribunnurani oratordur. Milli məktəb və pedaqoji fikir tarixini mərhələlərlə, tarixi-pedaqoji hüdudları, məzmun spesifikası və nəzəri- metodoloji istiqamətləri ilə aydınlaşdırmaq, müasir elmi- pedaqoji inkişafın özülü kimi ümumiləşdirmək, pedaqoji tarixi konsepsiya səviyyəsinə qaldırmaq bütövlükdə müasir pedaqoji elmin nailiyyəti kimi dəyərləndirilə bilər.

Həyatın özündə olduğu kimi, elmdə də daimi dəyişməz qanunauyğunluqlar mövcuddur. Bunlardan biri də ənənə və novatorluq, varislik prinsipidir. Müasir kompyuter elmi, internet şəbəkəsi nə qədər inkişaf etmiş olsa da, yenə tarixi inkişaf yoluna ömək kimi yanaşmaq zərurəti vardır. İndi müasir təhsil gənc tədqiqatçıları daha çox cəlb edir, amma heç vəchlə tarixi-pedaqoji külliyata diqqəti azaltmaq olmaz. Hüseyn müəllimin fəaliyyəti bu baxımdan tədqiqatçılar üçün əvəzedilməz örnəkdir.

Hüseyn Əhmədov faktorunu səciyyələndirən başlıca cəhət müasirlik anlayışı ilə bağlıdır. O, bir tərəfdən pedaqoji mühitdə müasirliyi duyan, hiss edən, qiymətləndirməyi bacarandır, digər tərəfdən də müasirlik bir kateqoriya kimi, onun elmi və şəxsi həyatı üçün xarakterik keyfiyyətdir.

O, elmi yazılan üzərində zərgər dəqiqliyi ilə işlədiyi kimi, nitqində də. gülüşündə də, geyimində də estetdir.

Hüseyn Əhmədov pedaqogika tarixinin, təhsilin tədqiqinə, tədrisinə və təbliğinə nail olmaq baxımından da nümunədir.

Sovet dövrünün sərt mərkəzləşmiş təhsil siyasəti nəticəsində bütün İttifaqda vahid «Pedaqogika tarixi»nin tədris edildiyiburada da qeyri-rus xalqların maarifinə cüzi yer verildiyini xatırlasaq, məhz həmin dövrdə ilk dəfə Azərbaycanda müstəsna hal olaraq məktəb və pedaqoji fikir tarixinin tədrisinə nail olmağın necə cəsarət tələb etdiyini təsəvvür edə bilərik. Onun tərəfindən 1977-ci ildən tədrisinə Moskvadan rəsmi icazə alman «Azərbaycan məktəb və pedaqoji fikir tarixi» kursunun 30 il yubileyini Hüseyn müəllim eyni adlı dərsliklə qarşılaması əsl alim xoşbəxtliyidir.

O, həmişə müəllimliyin ilhamını özünün səliqəsi və intizamı ilə birləşdirir. Î, auditəriyada eyni zamanda həm müəllim, həm alim, həm də təbliğatçı və təşviqatçı olmuşdur”. Çünki hər mühazirə Hüseyn müəllimin yaradıcılıq məşğələsi və aktı, əsl bir improvizasiyadır. O, köhnə “baqajla heç vaxt auditoriyaya girməz, ona görə də milli maarifçilərimizdən gətirdiyi iqtibaslar onun hafizəsində həmişə yaşar, təzə-tər və təravətlidir.

Bir çox elmi-nəzəri məqalə və oçerklərin, dərslik və dərs vəsaitlərinin, neçə-neçə monoqrafiyaların, xüsusən «XIX əsr Azərbaycan məktəbi» adlı fundamental əsərin müəllifi olan Hüseyn Əhmədov öz tədqiqatlarını böyük bir həvəslə davam etdirərək «Azərbaycan məktəbi və pedaqoji fikir tarixi» kitabı ilə oxucularını sevindirmişdir. “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” (Bakı, “Elm”, 2016) dərs vəsaiti həm tarixi-müqayisəli, həm də nəzəri-pedaqoji metodla yazılmışdır. Yeri gələndə müəllifin konkret materialları nəzəri-tipoloji aspektdə də təhlilə cəlb etməsi, intensiv-analtik təhlil tipi kimi diqqəti cəlb edir. Bu əsər müəllifin nəzərdə tutduğu iri həcimli, çox hissəli bütöv bir tədqiqatın yalnız birinci hissəsidir. Həmin hissıdı ən qədim dövrlərdən başlayaraq 1918-ci ilə qədərki çoxcəhətli mürəkkəb bir inkişaf yolunun mənzərəsi yaradılmışdır.

Professor Hüseyn Əhüıədovun fəaliyyət dairəsi genişçox cəhətlidir. Onun 93 illik şərəfli ömür yolunun 75 ili mənalı ictimai-pedaqoji fəaliyyəti ilə səciyyəvidir. Bu 75 illik pedaqoji fəaliyyətin hər bir ili xüsusi bir söhbətin, ayrıca bir tədqiqatın mövzusudur. Akademik Teymur Əhmədov yazırdı ki, mən də Hüseyn müəllimin belə zəngin fəaliyyətinin bəzi işıqlı məqamlarına diqqət yetirməklə Hüseyn Əhmədovşünaslığa öz kiçik tövhəmi vermək istərdim: “Hər şeydən əvvəl onu deməliyəm ki, Hüseyn Əhmədov alim-pedaqoq, müəllim, professor, rəhbər, neçə-neçə akdemiyaların üzvü olmaqla bunların hər birində öz orijinal ziyalı şəxsiyyəti ilə Azərbaycan məktəbşünaslığının patriarxı kimi tanınır.

Nəhayət, Hüseyn Əhmədovun alim-ziyalı xoşbəxtliyinin barı-bəhrəsi olan bu əsər tədqiqatçı şəxsiyyəti ilə tədqiqat obyektinin uğurlu vəhdətinin məhsulu kimi səciyyəvidir. Fikrimizcə, alimin ömründə iki məqam onun xoşbəxtliyinin rəhni, qarantıdır. Bunlardan biri onun ailə həyatıdırsa, ikincisi ömrünü-gününü həsr etdiyi elm sahəsidir. Hüseyn müəllimin taleyində bu iki qanadın hər ikisi qiptə ediləsidir. Təmizlik və paklığın, mənəvi ucalığın timsah olan Göyçə mahalında dünyaya göz açan Hüseyn müəllim təbiətən mülayim, istedadlı, sənəti, sənətkarı duyub qiymətləndirməyi bacarandır”.

Əlbəttə, Hüseyn müəllimin araşdırmalarına qədər də millitarixi fikirdə problemlə bağlı mülki tarixçilər tərəfındən bir çox nüfuzlu mülahizələr söylənmiş, ciddi araşdırmalar aparılmışdır. Hətta nəinki aparılmışdır, həm bu tədqiqatları aparanların çoxu elmi-ictimai mühitdə yüksək nüfuz sahibləri idi. Hüseyn müəllimin orijinallığı problemə sistemli, ardıcıl yanaşması, ilk dəfə olaraq onun tədqiqinə, tədrisinə və təbliğinə kompleks halda nail olması bu mövzuya dəfələrlə qayıtmasıdır. Bu çətin, mürəkkəb, amma müstəsna aktual əhəmiyyət kəsb edən pedaqoji vəzifənin gerçəkləşdirilməsi özü ciddi pedaqoji hadisədir.

Hüseyn Əhmədovun zəngin elmi-pedaqoji fəaliyyəti haqqında yazıya bir fikirlə nöqtə qoymaq istəyirəm. Elmi-pedaqoji fəaliyyətinin 75 illiyini sağlam, gumrah və titrəməyən qələmlə qarşılayan Hüseyn Əhmədov pedaqoqlar arasında bir əsrlik ömür payını da qeyd edəcək ilklərdən olacaqdır.

 

Həsən Bayramov,

Pedaqoji elmlər doktoru

 

Səs.- 2018.- 7 avqust.- S.11.