Kardeş kalemlerjurnalı noyabr nömrəsini görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illiyinə həsr edib

Türkiyədə nəşr olunanKardeş kalemleraylıq Avrasiya ədəbiyyat jurnalı noyabr buraxılışını görkəmli alim, yazıçı pedaqoq Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edib.

AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi Avrasiya Yazarlar Birliyi ButaAzərbaycan mədəniyyətini yayma yaşatma dərnəyinin ortaq layihəsi olaraq hazırlanıb. Jurnalda akademik Nizami CəfərovunMir Cəlal dünya xalqları”, professor Təyyar SalamoğlununBir gəncin manifestiesse romanı”, yazıçı-şair İftixar PiriyevinMir Cəlalın manifesti”, filologiya elmləri doktorları Almaz ÜlvininMir Cəlal: bir yarpaq söz”, Vaqif YusiflininMir Cəlal həqiqətləri”, Dünya Gənc Türk Yazıçılar Birliyi məsləhət Şurasının rəhbəri Əkbər QoşalınınMir Cəlal Paşayev”, gənc tədqiqatçı Şahanə MuşfiqinHəcv satira janrında iki usta isim: Mir Cəlal Əziz Nesinməqalələri yer alıb. Bundan başqa, yazıçınınDostumun qonaqpərvərliyiNazik mətləbhekayələri Oktay Hacımusanın tərcüməsində türkdilli oxuculara təqdim olunub.

Məqalələrdə Mir Cəlal Paşayevin zəngin yaradıcılıq yolu ətraflı təhlil olunur, ədibin böyük ədəbi ustalıqla qələmə aldığı əsərlərin mahiyyətindən bəhs edilir. Tədqiqatçılar əsaslandırırlar ki, Mir Cəlal Paşayev əsərləri bütün dövrlərdə cəlbedici olmuş, geniş oxucu auditoriyasına sahib çıxa bilmişdir.

Nəfis tərtibatda oxucuların görüşünə gələn jurnalda görkəmli ədibin həyatını əks etdirən maraqlı fotolara da yer ayrılıb.

Səs.- 2018.- 8 dekabr.- S.4.