“İlham Əliyev. On beş
illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018”
adlı sənədli filmin və kitabın təqdimat mərasimi
keçirilib
Dekabrın 24-də Heydər Əliyev Mərkəzində
“İlham Əliyev. On beş illik prezidentlik dövrünün
uğur salnaməsi. 2003-2018” adlı sənədli
filmin və kitabın təqdimat mərasimi keçirilib.
Filmin ssenari müəllifləri Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi, tarix elmləri doktoru, professor
Əli Həsənov və “Azərbaycan Televiziya və Radio
Verilişləri” QSC-nin sədri Arif Alışanovdur. Kitabın
buraxılışına məsul Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, tərtibçi
müəllifləri Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor Əli Həsənov və Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə
Heyətinin sədri Aslan Aslanovdur. Kitaba “Ön söz”ü
tarix elmləri doktoru, professor Əli Həsənov yazıb.AZƏRTAC
xəbər verir ki, filmin nümayişindən sonra
çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan
Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov
ölkəmizin müasir dövrdəki nailiyyətlərinin
Prezident İlham Əliyevin adı ilə bağlı
olduğunu vurğulayıb. Qeyd edib ki, təqdimatı
keçirilən filmi və kitabı Prezident İlham
Əliyevin rəhbərliyi ilə son on beş
ildə Azərbaycanda əldə edilən uğurların
salnaməsi adlandırmaq olar. Filmin və
kitabın yüksək səviyyədə
hazırlandığını deyən Əli Əhmədov
müəlliflərə yeni yaradıcılıq
uğurları arzulayıb.Təqdimat mərasiminin çox
gözəl bir günə - Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin doğum gününə təsadüf
etdiyini xatırladan Əli Əhmədov fürsətdən
istifadə edərək özünün və tədbir
iştirakçılarının adından dövlətimizin
başçısını təbrik edib, ona Azərbaycan və
xalqımız naminə bundan sonrakı fəaliyyətində
daha böyük uğurlar və qələbələr
arzulayıb. O deyib: “Bu uğurlar, bu nailiyyətlər,
sözün həqiqi mənasında, o qədər
böyük və əzəmətlidir ki, Azərbaycan və
İlham Əliyev sözləri indi bir-biri ilə eyniyyət təşkil
edir. Əlbəttə ki, bu gün Azərbaycanı
İlham Əliyevsiz, onun həyata keçirdiyi siyasətdən
ayrılıqda təsəvvür etmək çox çətindir.
Azərbaycanın möhtəşəm nailiyyətlərini,
əslində isə Azərbaycanın möcüzəsini, Azərbaycanın
bütövlükdə inkişafını bugünkü
dünyanın ən böyük siyasi layihələrindən
biri hesab etmək mümkündür. XX əsrin
90-cı illərinin əvvəllərində total, hərtərəfli
böhranın məngənəsində sıxılan Azərbaycan
çox qısa bir vaxtdan sonra - XXI əsrin əvvəllərində
dünyanın ən sürətlə inkişaf edən
ölkəsinə çevrildi. Bunu
möcüzədən başqa bir sözlə ifadə etmək
qeyri-mümkündür. Nümayiş
olunan filmdə və təqdim edilən kitabda Azərbaycan
möcüzəsinin bütün tərəfləri, istiqamətləri
və məqamları öz əksini tapıb. Azərbaycan möcüzəsi – bu ifadə
bütövlükdə ölkəmizin inkişafını,
yüksəlişini hərtərəfli əhatə edən
bir anlayışdır”.
Ötən
on beş il ərzində Azərbaycanın
iqtisadiyyatının üç dəfədən çox
artdığını, inkişaf tempinə görə
dünyada birinci yer tutduğunu və bir neçə il
ardıcıllıqla bu statusu saxladığını, 2
milyona yaxın yeni iş yerinin
açıldığını xatırladan Əli Əhmədov
bütün bunların sayəsində ölkəmizin yeniləşdiyini,
modernləşdiyini qeyd edib, ordu quruculuğu sahəsində əldə
olunan nailiyyətləri vurğulayıb, bütün bu
uğurların xalqımızın qürur mənbəyinə
çevrildiyini bildirib.On beş il ərzində həyatın
bütün sahələrində böyük irəliləyişlər
baş verdiyini, möhtəşəm uğurlar
qazanıldığını diqqətə çatdıran
Əli Əhmədov qeyd edib ki, ölkəmiz coğrafi
baxımdan kiçik əraziyə malik olsa da, həyata keçirdiyi
qlobal layihələr sayəsində dünyanın humanitar,
siyasi, enerji, nəqliyyat, kommunikasiya, idman mərkəzlərindən
birinə çevrilib.
“Bu gün, Azərbaycan, sözün həqiqi mənasında,
özünün qızıl əsrini yaşamaqdadır və
bu dövr hələ uzun müddət davam edəcək. Azərbaycanın
inkişafı, Azərbaycanın möcüzələri, Azərbaycanın
tərəqqisi insanlarımızın məmnunluğunu
artırıb. Bu gün Azərbaycan vətəndaşı
öz həyatından məmnundur. Bu
gün Azərbaycan insanların arzularının həyata
keçirildiyi bir məmləkətə çevrilib. Həmçinin bu istək və arzuların
reallaşması üçün Azərbaycan dövləti və
hökuməti lazım olan bütün şəraiti və
imkanları təmin edir. Azərbaycanın
qızıl əsrinin başlıca müəllifi Heydər
Əliyev siyasətini uğurla həyata keçirən
Prezident İlham Əliyevdir. On beş
ilin nailiyyətləri Azərbaycan vətəndaşlarında
belə bir inamı qəti surətdə
formalaşdırıb ki, Azərbaycan bundan sonra da taleyini Heydər
Əliyev siyasəti və bu siyasəti uğurla həyata
keçirən İlham Əliyevlə bağlamalıdır. Çünki bu siyasət və onu həyata
keçirən İlham Əliyev Azərbaycana həmişə
uğur gətirir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanda on beş il ərzində əldə
olunan nailiyyətlərin fundamental əsaslarından biri Heydər
Əliyev siyasəti, habelə dövlətimizin
başçısının şəxsi keyfiyyətləri
ilə bilavasitə əlaqədardırsa, digər bir səbəbi
də İlham Əliyevin bu uğurları, bu inkişafı
ürəkdən istəməsi, yəni, niyyətinin bu
uğurlarla eyniyyət təşkil etməsi ilə
bağlıdır. Nə qədər İlham
Əliyev Azərbaycana rəhbərlik edirsə, ölkəmiz
bir o qədər inkişaf edəcək, növbəti illərdə
daha böyük uğurlar qazanacaq. Azərbaycanı
Prezident İlham Əliyevin rəhbərliyi ilə daha
böyük nailiyyətlər gözləyir”, - deyə
Əli Əhmədov vurğulayıb.
“İlham Əliyev. On beş illik prezidentlik
dövrünün uğur salnaməsi. 2003-2018”
kitabının tərtibçi və eyniadlı filminin ssenari
müəlliflərindən biri, Prezidentin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov
çıxışında qeyd edib ki, 15 illik uğurların
əsasında Prezident İlham Əliyevin Ümummilli Liderin
kursuna sədaqətli obrazı dayanır. Ümummilli
Liderin kursuna sədaqətlə xidmət etmək, onu qətiyyətlə
həyata keçirmək bu uğurların başlıca təməlidir.
Prezident İlham Əliyev okeanlara
çıxışı olmayan Azərbaycanı
dünyanın nəqliyyat, logistika mərkəzinə
çevirib. Dövlətimizin
başçısı dünya liderləri sırasında
qlobal düşüncəsi, beynəlxalq aləmdə baş
verən hadisələrə sistemli yanaşması, qətiyyəti,
prinsipiallığı, insanpərvərliyi, humanistliyi ilə
seçilir. Bütün bu keyfiyyətlər
Azərbaycanın hər bir sahədə yüksək
inkişafını təmin edir.
Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri
ilə bağlı bəzi məqamların təqdim olunan
kitabda və filmdə əks etdirildiyini bildirən Əli Həsənov
deyib ki, dövlətimizin başçısı həddən
artıq sədaqətli insandır. O, öz əqidəsinə,
inandığı işə, ona etibar olunmuş əmanətə,
xalqına, dövlətinə, partiyasına, qəbul etdiyi
ideyalara, Ümummilli Liderin irsinə, Azərbaycan
xalqının milli mənəvi dəyərlərinə həmişə
sədaqətli olub. Prezident İlham Əliyevin
həyata keçirdiyi işlər Ümummilli Liderin
ideyaları və Azərbaycan xalqının əsas maraq və
mənafeləri üzərində qurulub. Həm
filmdə, həm də kitabda bu xətt qabarıq şəkildə
əks etdirilib. İlham Əliyev 15 illik
prezidentlik dövründə qlobal və sistemli strateji
düşüncə tərzinə malik olduğunu
nümayiş etdirə bilib. Həm ölkə daxilində
gördüyü işlər, həm də yürütdüyü
xarici siyasət, onun təşəbbüsü ilə
gerçəkləşən əməkdaşlıq
platformaları, həyata vəsiqə alan
beynəlxalq və regional əhəmiyyətli layihələr
on illər, yüz illər sonra da Azərbaycana, Azərbaycan vətəndaşlarına
fayda gətirəcək, dövlətimizin qüdrətlənməsinə
xidmət edəcək. Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkədə təmin
edilmiş sabitlik Azərbaycanı təhlükəsiz,
geosiyasi problemlər vəd etməyən cəlbedici ixrac mənbəyinə,
enerji və nəqliyyat xabına çevirib. Bütün bunlar uzun illər Azərbaycanın
rifahını, dövlətimizin davamlı
inkişafını təmin edəcək.
Prezident İlham Əliyevin praqmatik və realist siyasi
xadim olduğunu vurğulayan Əli Həsənov deyib ki,
dövlətimizin başçısı həyata
keçirdiyi siyasətin nəticələrini əvvəlcədən
hesablayır, aydın konturlarını cızır. Azərbaycan
dövləti proqramlarla idarə olunan,
proqnozlaşdırıla bilən bir siyasət
yürüdür. İlham Əliyev
hansı hədəfləri müəyyən edirsə,
hansı vədləri verirsə proqramlaşdırıb həyata
keçirir. Onun ölkəyə rəhbərlik etdiyi
illərdə minimum aylıq əməkhaqqının məbləği
14,4 dəfə, orta aylıq əməkhaqqının
məbləği 6,8 dəfə, əmək
pensiyasının orta aylıq məbləği 11,3 dəfə
artıb. Ötən 15 ildə ardıcıl
olaraq həyata keçirilmiş tədbirlər, icra
edilmiş proqramlar sayəsində əhalinin aztəminatlı
təbəqəsinin ümumi əhali nisbətində
xüsusi çəkisi azalıb, yoxsulluq 49 faizdən 5 faizə
düşüb.
“Prezident İlham Əliyevin Azərbaycan xalqının
maraqlarını beynəlxalq müstəvidə necə qətiyyətlə
müdafiə etdiyi sizə təqdim olunan kitabda və
nümayiş etdirilən filmin kadrlarında öz əksini
tapıb”, - deyən Ə.Həsənov bildirib ki, dövlətimizin
başçısının rəhbərliyi ilə icra olunan
strateji kurs ölkəmizin beynəlxalq arenada nüfuzunun və
rolunun durmadan yüksəldilməsinə yönəlib. Onun liderlik
keyfiyyətləri, dərin zəkası, böyük
erudisiyası, qlobal düşüncəsi, intellekti,
çevik qərarlar qəbul etmək bacarığı
müasir dünya nizamında Azərbaycanın yerini,
nüfuzunu, çəkisini müəyyən edir. İlham Əliyevin təşəbbüsləri,
reallaşdırdığı proqram və layihələr
ölkəyə xarici investisiyaların cəlb edilməsi
üçün ciddi zəmin yaradıb. Dünyada
siyasi və iqtisadi vəziyyətin heç də ürəkaçan
olmadığı indiki zamanda Azərbaycan davamlı tərəqqi
nümayiş etdirir. İlham Əliyevin siyasi iradəsi
Azərbaycanı regionda sabitlik, tərəqqi adasına,
regional cazibə mərkəzinə çevirib, bu gün Azərbaycan
həm də regionda sülhün, asayişin qarantıdır.Prezident
İlham Əliyevin islahatçı, novator lider olduğunu
diqqətə çatdıran Əli Həsənov qeyd edib ki,
beynəlxalq qurumlar ölkədə həyata keçirilən
islahatları yüksək qiymətləndirirlər. Azərbaycanın
təqdim etdiyi “ASAN xidmət” brendi BMT-nin “Dövlət xidmətlərinin
göstərilməsinin təkmilləşdirilməsi”
kateqoriyasında birinci yerə layiq görülüb. “Doing Business”
hesabatına görə Azərbaycan dünyada “ən
islahatçı ölkə” hesab olunur. Bu gün Azərbaycan
sülh, əməkdaşlıq və dialoq platforması kimi
tanınır, beynəlxalq etimadın artmasına öz
töhfələrini verir. 2017-ci ildən etibarən
Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyinin
görüşlərinin keçirilməsi ənənəvi
hal alıb, Rusiya ilə Türkiyə arasında gərginliyin
azaldılmasına Azərbaycanın verdiyi dəstək
artıq hər iki ölkənin müxtəlif səviyyəli
siyasiləri tərəfindən dönə-dönə etiraf
olunub. Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzvlüyü və sədrliyi
dövründə qaldırdığı məsələlər,
dövlətimizin təşəbbüsü ilə beynəlxalq
qurumlarda qəbul olunmuş qətnamələr,
başladılmış “Bakı prosesi”, Bakını
“humanitar Davos” kimi tanıdan çoxsaylı beynəlxalq təşəbbüslər
dövlətimizi beynəlxalq əməkdaşlığın,
sülhün əsas müdafiəçilərindən birinə
çevirib. 2019-2022-ci illərdə dünyanın
120 ölkəsinin təmsil olunduğu Qoşulmama Hərəkatına
sədrlik edərkən də Azərbaycan bu siyasətini davam
etdirəcək.
Prezidentin köməkçisi
çıxışının sonunda deyib: “Film
və kitabın hazırlanması böyük zəhmət
hesabına başa gəlib, İlham Əliyevin 15 illik
prezidentliyi dövründə keçirdiyi təxminən 10
minə qədər tədbir, açılış,
görüş və çıxışlar təhlil edilib,
ensiklopedik formada hazırlanıb. Fürsətdən
istifadə edib həm filmin, həm də kitabın ərsəyə
gəlməsində əməyi keçmiş hər kəsə,
xüsusən də “Azərbaycan Televiziya və Radio
Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Arif Alışanova, eləcə də Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin
sədri Aslan Aslanova və onların rəhbərlik etdiyi
kollektivlərə öz dərin təşəkkürümü
bildirirəm”.
Qeyd edək ki, “İlham Əliyev. On beş
illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” kitabı bu tarixi və olduqca zəngin bir
dövrə işıq salır. Nəşrin
əsas məziyyətlərindən biri minimum sözlə
maksimum məna ifadə etməsi, sanballı fikir yükü
daşımasıdır. Azərbaycan Prezidentinin cild-cild
kitablar, çoxsaylı tədqiqatlar üçün
mövzu ola biləcək çoxşaxəli
fəaliyyəti nəşrdə yığcam, eyni zamanda,
dolğun əksini tapıb. Dərin ümumiləşdirmə
və təhlil, elmi-praktik yanaşma nəticəsində
Prezident İlham Əliyevin 15 illik titanik dövlətçilik
fəaliyyətinin diqqətçəkən salnaməsi, Azərbaycanın
müasir tarixinin çox parlaq bir dövrünün dolğun
mənzərəsi yaradılıb.
Səs.- 2018.- 24 dekabr.- S.12