Sən istər ictimai xadim ol, istər dövlət xidmətində çalış, sadəcə, insanlığı qoruyub saxlamaq lazımdır

    Azərbaycanın tərəqqi inkişafına töhfələr vermək, əməli fəaliyyətin, mütərəqqi baxışların, ölkəyə olan sevginin bağlılığın məntiqi nəticəsidir. Azərbaycanın sosial-mədəni iqtisadi inkişafına xidmət edən genişmiqyaslı proqram layihələrin müəllifi olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım ƏliyevanınUşaq evləri internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəbproqramları, “Talassemiyasız həyat naminə”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Tolerantlığın ünvanı - Azərbaycanlayihələri digərləri geniş sferanı əhatə edir.Dünyada gedən qloballaşma prosesində bu ya digər layihələr sərhədləri aşaraq, hətta dünya ölkələrində belə həyata keçirilir qeyri-millətlərin nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Mehriban xanım Əliyevanın beynəlxalq səviyyədə gördüyü işlər cavabsız qalmayıb, dünya dövlətləri, nüfuzlu təşkilatlar tərəfindən müxtəlif adlara mükafatlara layiq görülüb. Onun hər bir uğuru Azərbaycanın nailiyyəti yüksəkliyidir. Azərbaycanın şifahi xalq ədəbiyyatının musiqi irsinin qorunub- saxlanılması inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə YUNESKO-nun Xoşməramlı Səfiri adını daşıması, “İlin qadınıseçilməsi, ictimai, mesenatlıq xeyriyyəçilik fəaliyyətinə görə, təhsil mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə RusiyanınYüzilliyin mesenatlarıBeynəlxalq Xeyriyyə FondununYaqut Xaçordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı fədakar fəaliyyətinə, həmçinin, islam aləmində görülən işlərə böyük dəstəyinə görə İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülməsi, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görəQızıl ürəkbeynəlxalq mükafatı ilə təltifi əməli fəaliyyətə söykənir. Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə, Polşa RespublikasınınXidmətlərə görəBöyük Komandor Xaçı ordeni ilə, YUNESKO-nunQızıl Motsartmedalı ilə, türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi qeyri-maddi mədəniyyət abidələrinin qorunması təbliği sahəsində böyük xidmətlərinə görə TÜRKSAV-ınTürk dünyasına xidmətmükafatına onlarla belə orden medallarla təltifi Mehriban xanımın xidmətlərinə olan mükafat qiymətdir. 2017-ci il dekabrın 26-da isə Moskvadakı Xilaskar İsa Kafedral Kilsə Məbədinin Taxt-tac salonunda Moskvanın bütün Rusiyanın patriarxı Zati-müqəddəsləri Kirill Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı II dərəcəli Müqəddəs Mələksima Knyagina Olqa ordeni ilə təltifiRus Pravoslav Kilsəsinə yardımına Həştərxan şəhərinin abadlaşdırılmasına göstərdiyi qayğıya görətəqdim edilib.

Bu günlərdə Rusiyanın “LIVEJOURNAL” nəşrində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirən məqalə dərc olunub. Məqalədə Mehriban xanım Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyagina Olqa ordeni ilə təltif edilməsi qeyd olunur Onun belə bir yüksək ordenlə təltif olunmasının bir çox əsaslı səbəbi olduğu qeyd edilir. Mehriban xanım Əliyevanın fəaliyyəti gördüyü işlər araşdırılaraq, təqdim edilir Azərbaycanın Birinci Xanımının kimliyi, Onu məşhurlaşdıran məsələlərə aydınlıq gətirilir. Məqalədə Mehriban Əliyevanın Cənubi Qafqazın ən nüfuzlu xanımı adlandırıldığını qeyd olunur Onun artıq bir ilə yaxındır ki, ölkənin Birinci vitse-prezidenti vəzifəsində çalışdığı, insanların bu xanımın müdrikliyinə gözəlliyinə heyran olduqları diqqətə çəkilir.

Keçdiyi həyat yoluna qısa nəzər salınır bütün həyatını ictimai fəaliyyətə insanlara kömək işinə həsr etdiyi vurğulanır. Mehriban xanım Əliyeva deyir: “Həqiqi mərhəmət real işlər görülməsini konkret addımlar atılmasını tələb edir. Ən dəhşətlisi laqeydlik biganəlikdir. Bunlar olmamalıdır. Sən istər ictimai xadim ol, istər dövlət xidmətində çalış, sadəcə, insanlığı qoruyub-saxlamaq lazımdır”.

Nəşrdə Mehriban Əliyevanın son altı ildə rəhbərlik etdiyi beynəlxalq oyunlara yarışlara nəzər salınır. Bakıda keçirilmiş “Eurovision-2012”, 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilində Mehriban xanım Əliyevanın rolu əvəzsizdir. Təşkilat Komitəsini sədri olaraq, fəaliyyəti bu tədbirlərin tarixinə yeni səhifə açımış oldu.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi ilk olaraq onun sədrliyi ilə Bakı Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirildi. Müşavirədə qaçqın məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl məqsədyönlü tədbirlərin həyata keçirildiyi diqqətə çatdırıldı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mövcud problemlər olduğunu qısa zamanda həll etmək üçün birgə çalışmağın vacibliyini bildirmişdi: “Bu gün bizim qarşımızda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir. Söhbət Bakı Sumqayıt şəhərlərində məskunlaşan köçkün ailələrindən gedir. Dediyim kimi, biz işlərimizi iki istiqamətdə qurmalıyıq. Yeni mənzillər, yeni binalar tikilməlidir inşa olunan yeni binalar keyfiyyət standartlarına tam cavab verməlidir”. Bəli, öz işinə məsiuliyyəti ilk günlərdən diqqətləri cəlb edir.

Mehriban xanım Əliyevanın uğurları təkcə siyasi ictimai fəaliyyətlə məhdudlaşmır. “O, həm qayğıkeş həyat yoldaşı üç övlad böyüdən xoşbəxt anadır” - yazan müəllif Mehriban xanımın öz ailəsini çox sevdiyini həmişə onun yanında olmağa çalışdığını qeyd edərək, məhz ailə dəyərləri birinci yerdə olmalıdır”, deyə vurğulayır.

Bütün bunlara bir sıra başqa səbəblərə görə, Mehriban Əliyeva elə bir siyasətçidir ki, dünyanın hər yerində onun haqqında danışırlar danışmaq istəyirlər”, - deyə fikirlərinə davam edərək, Mehriban Əliyevanın hazırda karyerasının zirvəsində olduğunu bildirir: “Lakin onun xarakterini, özünə inamını son dərəcədə dözümlü olmasını nəzərə alaraq, cəsarətlə deyə bilərik ki, kamilliyin son həddi yoxdur. Mehriban xanımın Azərbaycanda, Rusiyada dünyanın digər ölkələrində inanılmaz dərəcədə populyarlığı əsl fenomendir. Onun Rus Pravoslav Kilsəsi isə Onun gördüyü xeyirxah işləri ordenlə mükafatlandırıb”.

Göründüyü kimi, Azərbaycanın Birinci Xanımının həyata keçirdiyi layihələr təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə Mehriban xanım Əliyevanın böyük nüfuz qazandığını göstərir. Mehriban xanım Əliyeva, həqiqətən, gördüyü işlərlə kimliyini, böyüklüyünü gördüyü işlərlə reallaşdırır. Həyat vəzifə missiyası bir etalon olaraq cəmiyyətə təqdim olunur.

Nəzakət ƏLƏDDİNQIZ

Səs.- 2018.- 6 fevral.- S.4.