Mir Cəlal Paşayevin
“Füzulinin poetik xüsusiyyətləri” elmi
əsəri Türkiyədə
nəşr olunub
Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən
Azərbaycan kitabının
tanıdılması və
dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildə
başlanılmış “Azərbaycan
Kitabının Dünyaya
Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə
Azərbaycan ədəbiyyatı
nümunələrinin tərcüməsi, çapı və
Türkiyədə yayılması
işi davam etdirilir.Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu günlərdə layihə çərçivəsində
yazıçı, ədəbiyyatşünas
alim Mir Cəlal Paşayevin müəllifi olduğu, dahi Azərbaycan şairi Məhəmməd
Füzuli yaradıcılığından
bəhs edən
“Füzulinin poetik xüsusiyyətləri”
adlı elmi əsər şair-tərcüməçi
Yurtseven Şen tərəfindən türkcəyə
tərcümə olunaraq
“Sevinç Fırat Zengin Yayıncılık”
nəşriyyatında çap
olunub.Kitabın, eyni zamanda Türkiyədə Füzuli yaradıcılığının
tədris olunduğu bir sıra ali təhsil
müəssisələrində dərs vəsaiti kimi istifadəsi planlaşdırılır.Qeyd edək
ki, bu günə
qədər layihə
üzrə 9 adda Azərbaycan ədəbiyyatı
nümunələri çap
olunaraq, türkiyəli
kitabsevərlərə təqdim
edilib.
Səs.-
2018.- 8 fevral.- S.6.