Ceyhun Hacıbəylinin “Seçilmiş
əsərləri” onun
irsinin öyrənilməsi
baxımından böyük
əhəmiyyət daşıyır
Fevralın 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
elektron akt zalında “Azərbaycan mühacirət ədəbiyyatı
kitabxanası” seriyasından
çap olunmuş növbəti kitabın - görkəmli yazıçı-publisist,
tərcüməçi, naşir
və ictimai xadim Ceyhun Hacıbəylinin
“Seçilmiş
əsərləri”nin təqdimat
mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti,
Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli
kitabın Prezident İlham Əliyevin “Ceyhun Hacıbəylinin
125 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 19
noyabr tarixli Sərəncamına əsasən təsdiqlənmiş
Tədbirlər Planına uyğun nəşr edildiyini söyləyib.
Bildirilib ki, “Azərbaycan mühacirət
ədəbiyyatı kitabxanası”
zəngin mühacirət
irsimizin təqdimi və təbliği baxımından Ədəbiyyat
İnstitutunun atdığı
mühüm addımlardan
biridir. Bu istiqamətdə işlər davam etdirilir.İnstitutun direktoru
dövlətimizin başçısının
Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı sərəncamları
əsasında AMEA-da görülmüş işlərdən
danışaraq qeyd edib ki, C.Hacıbəylinin
“Seçilmiş əsərləri”
də bunlardan biridir. İ.Həbibbəyli
C.Hacıbəylinin həyat
və fəaliyyətindən
bəhs edib, onun milli ədəbi-ictimai
fikir tarixinə böyük töhfələr
verdiyini vurğulayıb.
Bildirilib ki, yeni nəşr C.Hacıbəylinin irsinin öyrənilməsi baxımından
böyük əhəmiyyət
daşıyır.Filologiya elmləri
doktoru Abid Tahirli “Ceyhun Hacıbəylinin əsərlərinin
nəşri tarixindən”
mövzusunda məruzə
ilə çıxış
edib. A.Tahirli bildirib ki, C.Hacıbəylinin bədii-publisistik
əsərləri, ədəbiyyatşünaslıqla,
folklorla və mətbuat tarixi ilə bağlı araşdırmaları həm
XX əsrin əvvəlləri
Azərbaycan ədəbi-mədəni,
ictimai-siyasi həyatının
öyrənilməsi, həm
də istiqlal mücadiləsi tarixini, mühacirət problemlərini
tədqiq etmək, dəyərləndirmək baxımından
əvəzsiz mənbələrdir.
Qeyd olunub ki, bu kitab
görkəmli ədibin
mühacirət dövrü
bədii-publisistik və
elmi irsinin mühüm hissəsini əhatə edir. Onun digər əsərlərinin
tərcüməsi, nəşri
və tədqiqi Azərbaycan mühacirətşünaslığı
qarşısında duran
mühüm vəzifələrdəndir.Daha
sonra AMEA-nın müxbir üzvü Tehran Mustafayev, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, C.Hacıbəylinin fransızdilli ədəbi-elmi
irsinin tərcüməçisi
Mirzəbala Əmrahov,
Ədəbiyyat İnstitutunun
mühacirət ədəbiyyatı
şöbəsinin müdiri,
filologiya elmləri doktoru Nikpur Cabbarlı və başqaları təqdim olunan kitabın məziyyətindən danışıblar.Qeyd
edək ki, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə “Elm” nəşriyyatında
çapdan çıxmış
kitabın məsul redaktoru N.Cabbarlı, tərtibçisi, “Ön söz”ün və qeydlərin müəllifi
A.Tahirlidir. AMEA-nın Rəyasət Heyətinin qərarı ilə nəşr edilən kitabda XX əsr Azərbaycan ədəbiyyatının tanınmış
nümayəndələrindən olan Ceyhun Hacıbəylinin
(1891-1962) mühacirət illərində
yazdığı bədii-publisistik
əsərlər və
elmi araşdırmalar
yer alıb.
Səs.-
2018.- 8 fevral.- S.11.