Fransa mətbuatı Xocalı
soyqırımından yazır
Fransanın
www.atlantico.fr portalında “Dağlıq
Qarabağ: 26 il sonra Xocalı kütləvi qırğını
ilə bağlı qulaqbatırıcı sükut”
adlı məqalə dərc olunub. AZƏRTAC xəbər verir ki, məqalədə
26 il əvvəl -
1992-ci il fevralın
25-dən 26-a keçən gecə erməni silahlı qüvvələrinin
366-cı rus hərbi alayı ilə birlikdə 63-ü uşaq,
107-si qadın olmaqla
613 Azərbaycanlını qətlə
yetirdiyi bildirilir.
Fransa, eləcə
də Avropa və dünya siyasətçilərinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin ən
qanlı səhifəsi
olan Xocalı soyqırımı ilə
bağlı mövqelərini
açıq və qəti şəkildə bəyan etdikləri qeyd olunub. Yaradıcılıqlarında
Xocalı soyqırımına
toxunmuş üç
fransız - fotoqraf-jurnalist
Reza Deqati, bəstəkar Pyer Tilua və rəssam
Reno Baltzinger faciə ilə bağlı təəssüratlarını
bölüşüblər.
Fotoqraf-jurnalist Reza Deqati Xocalı soyqırımı
törədiləndə Ağdam
və Şuşa şəhərlərində olmasından,
yaxınlarından xəbər
gözləyən insanlarla
görüşündən, Xocalıda ermənilər
tərəfindən qətlə
yetirilmiş insanların
cəsədlərinə işgəncə
verilməsindən, onların
təhqir edilməsindən
danışıb. Gördüyü
reallıqları fotoları
vasitəsilə olduğu
kimi beynəlxalq ictimaiyyətə çatdırmaq
niyyətindən söhbət
açıb. Fransalı
bəstəkar Pyer Tilua ölkəmizə səfərindən, Xocalı
soyqırımı ilə
bağlı eşitdiklərindən
danışaraq, bu faciənin qurbanlarının
xatirəsinə bəstələdiyi
“Khodjaly 613” musiqi əsərini qeyd edib. Faciə ilə bağlı sükutu pozmağa, musiqi vasitəsilə həqiqəti ictimaiyyətə
çatdırmağa çalışdığını
bildirib. Rəssam Reno Baltzinger
Xocalı soyqırımının
məqsədli şəkildə
törədildiyini, mətbuatın
bu faciə ilə bağlı bilərəkdən susduğunu
deyərək, Xocalı
soyqırımına 50-yə qədər əsər həsr etdiyini vurğulayıb. Xocalı
kolleksiyasındakı əsərlərini
Fransanın sabiq mədəniyyət naziri Oreli Filipettiyə təqdim etdiyini diqqətə çatdırıb.
Xocalı cinayətinin
cəzasız qalmasının
ədalətsiz olduğunu
bildirən rəssam böyük “Ağ əsər”i ilə Xocalı kolleksiyasını
tamamladığını vurğulayıb.
Həmin əsərin
Fransada və Bakıda Heydər Əliyev Mərkəzində
nümayiş etdirildiyini
diqqətə çatdırıb.
Səs.-
2018.- 17 fevral.- S.3.