"92-ci ilin
qarı"
Tariximizin ən dərin
qatlarını özündə
yaşadan, daş yaddaşlardan gələn
tarixi-mədəni irsi,
əxlaqi-mənəvi dəyərləri
nəsildən-nəsilə ötürən kino sənəti gerçəkliklərin,
yaşantılarımızın üzüdür desək,
fikrimzdə yanılmarıq.
Azərbaycan kinosunun xronoloji
süjetləri böyük
inkişaf yolu keçmiş bir xalqın tarixindən danışır, bir neçə dəqiqənin,
saatın aşıladığı
tarixi gerçəklik
illəri, qərinəni
belə bizə təqdim edir, yaddaşlara əbədi iz salır. Bu tarix hər
bir azərbaycanlının
əsrlərə iz salmış salnaməsidir.
Ermənistanın Azərbaycana qarşı
işğalçılıq və soyqırımı siyasətini, beynəlxalq hüququn norma və prinsiplərini, insan hüquq və azadlıqlarının
kütləvi şəkildə
və kobudcasına pozulması ilə nəticələnən Xocalı
soyqırımını da
əks etdirən olaylar ssenariləşdirilir,
yetişən nəslə,
dinindən, irqindən
asılı olmayaraq, bəşər insanına
təqdim olunur. Belə filmlər sırasında "92-ci ilin
qarı" sənədli
filmini də, xüsusi olaraq, qeyd etməliyik. Film kütləvi surətdə qətlə
yetirilmiş və ata-baba yurdlarından didərgin salmış Xocalı faciəsindən
bəhs edir. Qəddarcasına həyata keçirilən
terror əməliyyatı
nəticəsində şəhid
olmuş, qətlə
yetirilmiş, amansız
işgəncələrə məruz qalmış insanların taleyi, şəhid şəhər
müəllifin yaradıcılıq
təxəyyülünün məhsulu kimi təqdim olunur.
Filmin ssenari müəllifi
və rejissoru Gültəkin Nəriman
1992-ci il fevralın
25-dən 26-na keçən gecə törədilən
Xocalı soyqırımından,
qətliamdan xilas olmuş şəxslər
ilə görüşərək
lentə aldığı
kadrları sənədlər
və faktlar əsasında tamaşaçının
ixtiyarına verib.
Soyqırımı aktı zamanı
öz torpaqlarını
tərk etməyə məcbur olan Xocalı sakinlərinin bir qisminin məskunlaşdığı
Goranboy rayonunun Ağca kəndində məskunlaşmış Xocalı
sakinləri ilə qarlı bir gündə görüşərək
acı həqiqətləri
tariximin silinməz səhifəsinə sənədlər
əsasında köçürür. Müəllif üçün bu kadrları lentə almaq nə qədər
çətin, ağrılı
olsa da, o, peşəkarcasına sənədli
filmi ərsəyə
gətirmişdir.Filmdə Xocalı
hadisələrinin XX əsrin
ən böyük faciəsi kimi tarixə yazıldığı,
faciə zamanı yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə
qətlə yetirildiyi,
dözülməz işgəncələrə
məruz qaldığı
və doğma yurd-yuvalarından didərgin
salındığı göstərilir.
Özü də şaxtalı - qarlı bir gündə. Müəllif təbiətin
bu gözəlliyini, bütün insanlar kimi, vaxtilə Xocalı sakinlərinin dəhər zaman sevinclə qarşılaşdığını bildirir. Amma illərdir qar yağanda viran olmuş şəhərin
acı xatirələri
çözəlir. Filmdə,
həmçinin, faciə
şahidlərinin dəhşətli
hadisələrlə bağlı
sadaladıqları faktlara
da yer verilib.
Filmin ən dəhşətli anları
o illəri dilə gətirən Xocalı sakinlərinin ifadə etdikləri yaşantılarıdır.
Çox ağrılı
xronikalar hadisələrin
obyektiv mənzərəsini
canlandırır. Filmdə
erməni millətçilərinin
və onların havadarlarının Azərbaycan
xalqına qarşı
uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin dəhşətlərini
reallıqlarla əks etdirilir. Xocalı sakinlərindən olan Salman Abbasov,
Məmləkət Abışova,
Valeh Hüseynov, Şükür Bəşirov
və başqalarının
dilindən o günün
hadisələrini eşitmək
və erməni vəhşiliyi ilə bir daha tanış
olmaq insanı hiddətləndirir. Filmdə
"Həmin gecə çaylar al qana boyandı, qız-gəlinin ah-naləsi
ərşə çəkildi.
Həmin
gecə insanlar xüsusi qəddarlıqla
öldürüldü. Qocalar
diri-diri yandırıldı.
Həmin gecə bir şəhər yer üzündən silindi" - deyən müəllif ən ağır cinayətlərdən
olan genosidin filmdə əksini kadrlara köçürməklə,
bu hadisələrin yaddaşlarda yaşadılmasına
nail olur.
Bu sənədli
film xalqımızın
növbəti faciəsini
yaşadığı bir
tarixin gerçəkliyidir.
Soydaşlarımızın xüsusi amansızlıqla
qətlə yetirildiyi
o qış gecəsinin
dəhşətli anları,
hər bir azərbaycanlının qan
yaddaşına elə
çökmüşdür ki, bu hadisələri
kiminsə unutmağa mənəvi haqqı yoxdur. Heç bir haqqı olmayan erməni dünyanın gözü
qarşısında bəşəriyyət
tarixində ən ağır cinayətlərdən
birini - Xocalı soyqırımını törətdi.
Bu gün
dünya ictimaiyyətinə
Azərbaycan həqiqətləri
geniş şəkildə
çatdırılır. Dünya
insanı Qarabağda,
Xocalıda baş verən olayları layiqli və düzgün qiymətləndirir.
Dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında
cavab verməli və layiqli cəzalarını almalıdırlar.
"92-ci ilin qarı"
filmi Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı
olan Xocalı faciəsinin tariximizin ən acı səhifəsi olduğunu bir daha diqqətə çatdırır.
Bu film gənclərimizin
vətənpərvərlik tərbiyəsində mühüm
rol oynayır. Odur ki, Bakı
şəhər İcra
Hakimiyyətininin Kino Xidməti İdarəsinin
təşkilatçılığı ilə film bu
günə qədər
bir çox hərbi hissələrdə
və təhsil ocaqlarında nümayiş
olunub. Gənclər tarixdən nəticə çıxarmalı və
gələcəkdə bu
kimi faciələrin bir daha baş
verməməsi üçün
daha mübariz olmalıdırlar. Xocalı
faciəsinin və bütövlükdə, ermənilərin
Azərbaycan xalqına
qarşı apardıqları
etnik təmizləmə
və soyqırımı
siyasətinin konkret tarixi faktlarla gənclərimizin diqqətinə
çatdırılmasının böyük əhəmiyyəti
var. Film tarixin - Xocalı
SOYQIRIMININ silinməz bir
səhifəsini əbədiləşdirib.
Zümrüd BAYRAMOVA
Səs.-
2018.- 24 fevral.- S.10.