Ağdamsız keçən 25 il
Bu gün Ağdamın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 25 il ötür. Modern.az xəbər verir ki, işğal nəticəsində ərazisi 1154 kvadrat kilometr, əhalisi 147000 nəfər olan Ağdam rayonu ermənilərin əlinə keçib. Hazırda rayonun yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. Ermənilər Ağdamın işğal olunan ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. İşğal nəticəsində 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb, Azərbaycan iqtisadiyyatına 3 milyard manatdan artıq ziyan dəyib.Qarabağ döyüşlərində ən çox küçə döyüşləri aparılan rayon da Ağdam olub. Ağdam uğrunda bir aydan artıq gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib.
Ağdam rayonu 1930-cu ildə təşkil edilib. Rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kur-Araz ovalığının qərbində yerləşir. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerlərdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-550 mm-dir.
Rayonun ərazisindən Qarqar və Xacın çayları axır. Dağlıq Qarabağ hadisələri
başlayandan Ağdam
burada cərəyan edən hadisələrin episentri olub.
Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində quran Ermənistan Azərbaycanın
yeni bir ərazisini - Dağlıq
Qarabağı işğal
etmək məqsədi
ilə 1988-ci ilin fevralından başladığı
müharibəyə ilk olaraq
məhz Ağdam rayonu cəlb olunub. Hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam
rayonunun, onun əhalisinin uzərinə
düşüb.
1988-ci ilin son aylarında Ermənistandan
öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq
Qarabağ Muxtar Vilayətindən doğma
isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə
qovulub didərgin salınan on minlərlə
azərbaycanlı məhz
Ağdam rayonuna pənah gətirdi. 1992-ci ildə Dağlıq
Qarabağı bütünlüklə
işğal edən Ermənistan bədnam rus ordusuna arxalanaraq,
bununla kifayətlənməyərək
Dağlıq Qarabağın
ətraf rayonlarına
da hucum etdi. Xüsusən, Ağdama olan
hucumların ardı -
arası kəsilmirdi.
1993-cu ilin may ayının
11-dən etibarən qızışan
bu hucum əməliyyatları həmin
il iyul
ayının 23-də Ağdamın
süqutu ilə başa catdı. Bundan sonra 1994-cu il mayın 12-dək davam edən hərbi təcavuz nəticəsində ermənilər
Ağdam rayonunun 846,7 kvadrat kilometrini,
yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə
nail oldu.
İşğal edilmiş Ağdam
şəhəri və
87 kənd oxşarı
olmayan bir vəhşiliklə darmadağın
edilərək yerlə
yeksan olundu. Ağdamın müdafiəsi
üzrə döyüşlərdə 5 min
nəfərdən çox azərbaycanlı
həlak oldu, minlərlə insan fiziki şikəstlik
qazandı
R. Hüseynova
Səs.- 2018.-
21 iyul.- S.12.