Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar İtaliya Senatının kitabxanasında
“Ağrı” kitabının
təqdimatı olub
Xocalı soyqırımının
26-cı ildönümü ilə əlaqədar İtaliya Senatının kitabxanasında israilli müəlliflər Əmir
və Arye Qutun İtaliyada “Sandro Teti Editore”
nəşriyyat evi tərəfindən italyan
dilinə dərc olunmuş “Ağrı” (İl Dolore) bədii-sənədli romanının
təqdimatı keçirilib.
AZƏRTAC xəbər
verir ki, İtaliya-Azərbaycan Parlamentlərarası
Dostluq Assosiasiyasının
təşəbbüsü və Azərbaycanın İtaliyadakı səfirliyi,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
və “Sandro Teti Editore” nəşriyyat
evinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə İtaliya parlamentinin, dövlət qurumlarının, Romada akkreditə olunmuş diplomatik korpusun, İtaliyanın elmi-akademik, intellektual, mədəniyyət dairələrinin,
dini icma təşkilatlarının, kütləvi
informasiya vasitələrinin
nümayəndələri, azərbaycanlı tələbələr
iştirak ediblər.Tədbiri
açan “Sandro Teti Editore” nəşriyyat
evinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
İtaliya nümayəndəliyinin rəhbəri Sandro Teti “Ağrı” kitabının italyan dilində nəşr edilməsində məqsədin
Azərbaycanın multikultural
ənənələri, eyni
zamanda, Azərbaycan xalqının məruz qaldığı, bəşəriyyətin
müasir tarixinin ən qanlı səhifələrindən olan
Xocalı faciəsi barədə İtaliya ictimaiyyətinin
məlumatlandırılması olduğunu deyib və kitab barədə
məlumat verib.
İtaliya parlamentində İtaliya-Azərbaycan
Parlamentlərarası Dostluq
Assosiasiyasının sədri,
Senatın müdafiə
komissiyasının sədr
müavini senator Sercio Divina uzun
illərdir ki, Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünün, Azərbaycan
torpaqlarının işğalının
davam etdiyini, etnik təmizləmə nəticəsində
qaçqın və məcburi köçkün
düşmüş azərbaycanlıların
öz torpaqlarına qayıtmaqdan məhrum edildiyini bildirib. O, BMT-nin Təhlükəsizlik
Şurasının müvafiq
qətnamələrini xatırladaraq
bu təcavüzün
dayandırılması, Azərbaycanın
ərazi bütövlüyünün
bərpası, Xocalı
soyqırımı qurbanlarının
ədalətə qovuşması
üçün dünya
ictimaiyyətinin öz
səsini daha yüksəkdən söyləməsinə ehtiyac
olduğunu deyib.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycan
xalqının zəngin
multikultural ənənələrə,
yüksək qonaqpərvərlik
xüsusiyyətlərinə malik olduğu, bəşəri dəyərlərin
qorunmasına vacib töhfələr verdiyi halda tarixən haqsızlıqlarla və ədalətsizliklərlə
üzləşdiyini bildirib.
O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü,
etnik təmizləməyə
məruz qalan bir milyondan çox
azərbaycanlının öz
yurd-yuvalarından didərgin
salınması və
dinc azərbaycanlı
əhaliyə qarşı
müharibə cinayətləri,
o cümlədən Xocalı
soyqırımının törədilməsi
və bütün bunları törədən Ermənistana
qarşı təzyiqin
göstərilməməsinin ikili standartların bariz nümunəsi olduğunu deyib. Ədalətin bərpa olunması, təcavüzün
dayandırılması və
bu kimi cinayətlərin
təkrarlanmaması üçün
“Xocalıya ədalət!”
beynəlxalq təbliğat-təşviqat
kampaniyasının əhəmiyyətindən
danışan səfir
“Ağrı” bədii-sənədli
romanının bu xüsusda dəyərli mənbə olduğunu deyib. Kitabın müəllifləri olan Əmir və Arye Quta
təşəkkürünü bildirən səfir bu nəşrin münaqişə ilə bağlı həqiqətlərin
və Azərbaycan xalqının üzləşdiyi
ədalətsizliyin İtaliya
ictimaiyyətinə çatdırılmasında
yardımçı olacağına
ümid etdiyini deyib. Səfir bu il İtaliyanın
ATƏT-ə sədrliyinin Ermənistan-Azərbaycan
münaqişəsinin nizamlanmasına
töhfə verməklə
bağlı Azərbaycan
tərəfinin gözləntilərinə
də toxunub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov “Ağrı” kitabının və əsərdə göstərilən faktların Xocalı soyqırımı ilə bağlı həqiqətlərin işıqlandırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələri barədə məlumat verən Etibar Nəcəfov bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğal olunduğunu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayıb. O, Xocalıda baş vermiş soyqırımının Ermənistan qoşunlarının dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətlərin kulminasiya nöqtəsi olduğunu deyib, bu soyqırımının pislənilməsinin və onu törədənlərin cəzalandırılmasının vacibliyini bildirib. Bu xüsusda, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası, bir sıra ölkələrin qanunvericilik orqanları, eləcə də bu yaxınlarda Avropa Parlamenti tərəfindən qəbul edilmiş sənədlərə toxunan şöbə müdiri bütün bunların Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması nöqteyi-nəzərindən əhəmiyyətini bildirib. Etibar Nəcəfov təqdim olunan kitabın, həmçinin Azərbaycanda multikultural ənənələrin qorunub saxlanması və yüksək tolerantlıq mühitinin mövcudluğundan da bəhs edildiyini deyib, Azərbaycan dövlətinin bu sahədə apardığı uğurlu siyasətdən söz açıb.“Ağrı” bədii-sənədli romanının həmmüəllifi olan Arye Qut əsərin yazılması səbəbləri haqqında danışaraq, əsas məqsədin dünya ictimaiyyətinə Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı və ötən əsrin ən dəhşətli etnik təmizləmələrindən biri olan, 1992-ci il fevralın 26-da Xocalıda dinc azərbaycanlı əhalinin məruz qaldığı soyqırımı haqqında geniş məlumat vermək olduğunu bildirib. O, əsərin real hadisələrə, Xocalı qətliamını yaşamış şahidlərin söylədikləri faktlara əsaslandığını bildirərək, kitabda Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi qətliam, vəhşiliklər və digər cinayətlərin üzə çıxarılması və günahkarların cəzalandırılması üçün çağırış edildiyini diqqətə çatdırıb. İsrail vətəndaşı olmasına baxmayaraq, Azərbaycanda doğulduğunu və Azərbaycanı da öz doğma vətəni kimi sevdiyini bildirən həmmüəllif bu səbəbdən Xocalı şəhərində törədilmiş qanlı soyqırımı aktının özünün şəxsi ağrı-acısı, şəxsi faciəsi olduğunu qeyd edib. Arye Qut monoetnik ölkə olan Ermənistandan fərqli olaraq, Azərbaycanda daim müxtəlif mədəniyyətlərə və dinlərə məxsus insanların dinc yanaşı yaşadıqlarını, ölkədə multikultural dəyərlərə hər zaman hörmət edildiyini və qorunub saxlanıldığını bildirərək, romanın qəhrəmanları vasitəsilə yəhudilər və azərbaycanlıların da oxşar tarix və taleyə malik qardaşlar kimi həmişə birgə yaşadıqlarını bildirib. O, Azərbaycanda heç vaxt təqib, qırğın və antisemitizm faktlarının olmadığını, multikulturalizmin və tolerantlığın həyat tərzi olduğunu vurğulayıb.Sonda tədbirin bədii hissəsi çərçivəsində “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək olaraq kinorejissor Vaqif Mustafayevin çəkdiyi “Dərdimi çəkirəm” filmi nümayiş olunub, habelə aktrisa Olqa Mazzinanın ifasında “Azərbaycan şairələrinin antologiyası” kitabından Qarabağdan olan azərbaycanlı şairələrin şeirləri səsləndirilib.
Səs.-
2018.- 3 mart.- S.5.